ƏŞİƏ
ƏŞİRAN
OBASTAN VİKİ
Əhmədcan Əşiri
Əhmədcan Aksupiyeviç Əşiri ((Qazaxca: Ахметжан Ақсупиұлы Аширов;1938 – Malıbay aulu, Almatı vilayəti, Şelek rayonu (indiki Yenbekşikazax),Qazaxıstan) — uyğur yazıçısı və dramaturqu, Qazaxıstan Yazıçılar Birliyi Uyğur Ədəbiyyatı bölümünün başqanı == Həyatı == Əhmədcan Aksupiyeviç Əşiri 1938-ci ildə Qazaxıstanın Almatı vilayətinin Şelek rayonunun (indiki Yenbekşikazax) Malıbay aulunda doğulmuşdur. 1956-cı ildə Panfilov adına Pedaqoji məktəbi bitirmişdir, 1961-ci ildə isə Qazaxıstan Dövlət Universitetinin filologiya fakultəsindən məzun olmuşdur. Təhsilini bitirdikdən sonra bir sıra işlərdə işləmiş, o cümlədən Qazaxıstan radiosunda redaktor vəzifəsində çalışmışdır. İbray Altınsarina adına Elmi-Tədqiqat Pedaoji İnstitutunun aspiranturana daxil olmuşdur. Bir müddət Talqar rayonunda müəllim işləmişdir. Daha sonra “Kommunizm tuği” (hazırda “Uyğur avazı”) qəzetində ədəbiyyat və incəsənət şöbəsinin müdiri, məsul katib vəzifələrində çalışmışdır. 1982-ci ildən Qazaxıstan Yazıçılar Birliyi Uyğur Ədəbiyyatı bölümünün başqanı vəzifəsində çalışır. 1986-cı ildə Qazaxıstan Yazıçılar Birliyinin IX qurultayında yaradıcılıq qurumunun sədr müavini vəzifəsinə seçilmişdir. O, SSRİ Yazıçılar Birliyi Ədəbiyyat fondunun İdarə Heyətinin üzvü, Almatıda rusca yayınlanan “Prostor” dərgisinin redaksiya heyətinin üzvü seçilmişdir. 1991-1995-ci illərdə “Arzu” dərgisinin baş redaktoru vəzifəsində çalışmışdır.

Digər lüğətlərdə

верста́тка кто́ б ни обреха́ть пальцеви́дный ферменти́ровать ча́дный заше́ина окосе́ть охло́пье перекриви́ть предводи́тельство миллион осязать тулуп broederbond cinematize conditional dead well paleolimnology saltworks бесспорный крестьянство почивший распрягать текучка