ABADLIQ

is.
1. Hər hansı bir yerdə əhalinin yaşayışına lazım olan şərait və vəsait. Şəhərin abadlığına çox diqqət yetirilir.
– Bakıda gedən quruculuq və abadlıq işlərinin sürət və vüsətini rayon mərkəzlərinə köçürməliyik. Ə.Vəliyev.

2. Abad yer, yaşayış yeri, yaşayış üçün yararlı yer; şenlik. Ölkəmizin hər yeri abadlıqdır. – İnsan abadlıq, bayquş xarabalıq sevər. ( Ata. sözü ).
[Bədəl:] Az keçər, qardaşlar, Pərviz xan xaraba qoyduğu yerlərdə abadlıq görərsiniz. Ə.Haqverdiyev.

3. məc. klas. Ruh rahatlığı, dərdsizlik, qayğısızlıq mənasında.
Hiç rəng ilə mənə abadlıq mümkün deyil. Füzuli.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ABADLIQ ABADLIQ (müxtəlif mənalarda: kənd, şəhər, məskən, şənlik, yaşayış üçün şərait) [Atabəy:] Sən Şimali Azərbaycan xalqının səadəti və məmləkətin abadlığı
  • ABADLIQ bax: abadanlıq

Antonimlər (əks mənalı sözlər)

  • ABADLIQ ABADLIQ – BƏRBADLIQ Şəhərimizin hər yerində abadlıq işləri aparılır. Yolların bərbadlığı hamını narahat edir
ABADLAŞMAQ
ABAJÚR

Digər lüğətlərdə

боло́нка люля́-кеба́б молниеви́дный обры́ть окра́сочный плани́да по́месь пропада́ние ре́зка бритоголо́вый сере́ть сознава́ть субальпи́йский куролесить смякать тай exploitability firry retrench waitlist watch pocket несовершеннолетний облик подкашиваться творить