Hacıxanlı
Hacıxanlı (əvvəlki adı: Zorkeşiş) — Azərbaycan Respublikasının Laçın rayonu Hacıxanlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Laçın rayonunun Şəlvə kənd Sovetinin Zorkeşiş kəndi Hacıxanlı kəndi adlandırılmışdır. Hacıxanlı kəndi Şəlvə kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Hacıxanlı kənd Soveti yaradılmışdır. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.
== Toponimikası ==
Kənd XIX əsrin əvvəllərində gəlmə ermənilər yerləşdirildikdən sonar salındığı ərazinin adı ilə Zorkeşin/Zorkeşiş adlandırılmışdı. Kəndin ərazisi əvvəllər mənşəcə qarabayramlı tayfasının hacıxanlı tirəsinin qışlaqlarından biri olmuş, sonralar daimi yaşayış məntəqəsinə çevrilmişdir.
== Tarixi ==
== Coğrafiyası və iqlimi ==
Kənd dağətəyi ərazidə yerləşir.
== Əhalisi ==
Əhalisi azərbaycanlılardan ibarətdir.
== İqtisadiyyatı ==
Kənd əhalisinin əsas məşğuliyyəti heyvandarlıq olub.