is. 1. Qədim müharibələrdə düşməni tutmaq üçün uzaqdan atılan ucuilməkli uzun ip.
[Dəmirçioğlu] axırda belindən kəməndini açıb, qayaya atdı. “Koroğlu”.
// Ovda heyvanı və ya xam atı tutmaq üçün işlədilən həmin ip.
[Dərviş:] Bir dəfə xam at tuturduq, at Ruqiyyənin yanından keçən zaman Ruqiyyənin əlindən kəmənd çıxdı. A.Divanbəyoğlu.
Beyrək qulaylanıb kəməndi atdı. M.Rzaquluzadə.
// İlmək, bağ, düyün.
□ Kəməndə düşmək –
1) kəməndlə tutulmaq (at və s. haqqında). Göy ürkəyə kəmənd atdılar.
At kəməndə düşdü. Ə.Vəliyev;
2) məc. tora düşmək.
2. klas. Şairanə təşbehlərdə gözəlin saçına, zülfünə işarə.
O tari-zülfə əsirəm, şikayətim çoxdur; Özüm kəməndinə bağlanmışam iradə ilə. S.Ə.Şirvani.
□ Kəmənd kimi – şairanə təşbehlərdə.
Kəmənd kimi tökülübdür gərdənə; Dönübdür sərasər şahmara tellər. M.P.Vaqif.
◊ Kəməndə keçmək (düşmək) – ilişmək, dolaşmaq, tora düşmək, hiylənin qurbanı olmaq.
[Qulu:] Qoca elə kəməndə keçməyib ki, qurtara bilsin. N.Vəzirov.
Kəməndə salmaq – tora salmaq, hiylə ilə tutmaq.
Çərxifələk saldı məni kəməndə; Buların oduna düşmüşəm mən də. Aşıq Ələsgər.
Şirin söz ilə saldı o, ahunu kəməndə. M.Ə.Sabir.
[Təlxək əcinnə:] Xoş gördük, ay mənim gülüm! Yenə kimi kəməndə salıbsan? Ə.Haqverdiyev.