NAÇALNİK

is. [ rus. начальник]
1. Bir idarəyə, müəssisəyə rəhbərlik edən vəzifəli şəxs; müdir, rəis.
Nikolay hospital naçalnikinə raport yazdı. Ə.Əbülhəsən.

// Belə şəxslərə müraciət.
[Usta Xəlilova:] Xoş gördük, yoldaş naçalnik! M.Hüseyn.
[Kişi:] Belədir, naçalnik! – deyə çeşməyini alnına qaldırıb başını şübhə ilə buladı. S.Rəhimov.

2. İnqilabdan əvvəl: polis, jandarm rəisi.
[Pirverdi bəy Kabla Qulamalıya:] Bu saat oğlun Mustafanı get, gətir cənab nəçərnikin hüzuruna! C.Məmmədquluzadə.
Samovar üstə çaynik; Dostum olsun uryadnik; Dur, şikayətə gedək; Divan qursun naçalnik. Ə.Cavad.

Sinonimlər (yaxın mənalı sözlər)

  • NAÇALNİK naçalnik bax 1. rəis; 2. müdir
NAÇAQLIQ
NAÇAR

Digər lüğətlərdə

антропоме́тр бахчево́дство витами́ны восходя́щая йугуртовый по-ма́миному усложнённый финля́ндка фла́йт-реко́рдер хли́пкость черногла́зка дальнобо́йный жураве́ль просу́нуться растеле́шиться сре́занный топта́ть Fes metatheory rocket-cress row up special plea unbred онколог тщедушный