QOBU

I
сущ. балка, овраг (русло высохшей реки, неглубокая долина)
II
прил. балочный, овражный. Qobu relyef геогр. геол. балочный рельеф
QOBELEN
QOBUR
OBASTAN VİKİ
Qobu
Qobu — Azərbaycan Respublikasının Abşeron rayonunun Qobu qəsəbə inzibati ərazi dairəsində şəhər tipli qəsəbə. == Tarixi == Qobu Abşeronun qədim kəndlərindən olsa da tarixi az öyrənilib. Tarixçi Sara Aşurbəyli tədqiqatlarında yazıb ki, Qobu kəndi təxminən 700 il əvvəl yaranıb. Bu yaşayış məskəninin adı “çökəklik, müvəqqəti su axarı olan dərə, düzən” mənalarını verir. Qobu hər tərəfdən Şubanı dağları ilə əhatə olunub. XVIII əsrin 40-cı illərində Abşeron yarımadasında yaranmış Bakı xanlığının tərkibinə 39 kənd daxil idi. Bu kəndlərdən biri də Qobu kəndi idi. 1747-1806-cı illərdə Bakı xanlığının Qobu kəndi, 1806-1920-ci illərdə isə Bakı quberniyasının Bakı qəzasının Qobu kəndi olmuşdur. 1870-ci ildə Tiflis şəhərində Qafqaz Canişinliyinin Baş İdarəsi yanında Qafqaz Statistika Komitəsinin nəşr etdirdiyi «Rusiya İmperiyasının Qafqaz regionu üzrə məşkunlaşmış yerlərinin siyahısı» adlı statistik məlumatın Bakı quberniyasına aid olan 65-ci buraxılışında Bakı qəzasının yaşayış yerlərinin siyahısında 42-ci yerdə Qobu kəndi qeyd edilmişdir. Kitabın tərtibatçısı Qafqaz Statistika Komitəsinin baş redaktoru rus statistiki Nikolay Karloviç Zeydliç olmuşdur.
Qobu Dilağarda
Qobu Dilağarda — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Azərbaycan dilində qobu "quru dərə", "quruyarğan" və Qaraqoyunluların Dilağarda tayfasının adındandır. Mənşəcə Qaraqoyunlu tayfa ittifaqına mənsub Dilaqarda eli 1820-ci ildə 600 ailədən ibarət olmaqla Cənubi Azərbaycandan Şimala keçmişdir. 2020-ci il noyabr ayının 9-u Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.. == Toponimikası == Qobu Dilağarda oyk. Füzuli r-nunun Dilağarda i.ə.v.-da kənd. Qarabağ silsiləsinin ətəyindədir. Oykonim qobu və dilağarda (etn,) sözlərindən ibarətdir. Yaşayış məntəqəsi XIX əsrin əvvəllərində dilağarda tayfaşının Cənubi Azərbaycandan gəlib məskunlaşması nəticəsində yaranmışdır. Kəndin adı 'Qobuda maskunlaşmış dilağarda" mənasındadır.
Qobu bələdiyyəsi
Abşeron bələdiyyələri — Abşeron rayonunda fəaliyyət göstərən bələdiyyələr. Abşeron rayonu ərazisində fəaliyyət göstərən 15 bələdiyyə var. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qobu hamamı
Qobu hamamı və ya Hacı Abdulla hamamı — 1882-ci ildə Qobu kəndində Hacı Abdulla Kazım oğlu tərəfindən tikilmiş hamam. Təmirə ehtiyacı olan hamam tarixi abidə kimi qorunur. == Haqqında == === Tarixi === Qobu hamamı kəndin ən zəngin imkanlı şəxslərindən biri olan Hacı Abdulla Hacı Kazım oğlunun tapşırığı ilə 1882-ci ildə inşa edilib. Hacı Abdulla qeyri-adi bir hamam tikdirmək istədiyinə görə hər yerə sorğu göndərib, yaxşı usta axtarıb. Ona Usta Abbasəlini məsləhət görüblər. Usta Abbasəli isə Hacıdan hər daş üçün qızıl onluq istəyib. Hamamdan həftənin cüt günləri kişilər, tək günləri isə qadınlar istifadə edirmişlər. Müstəqillikdən sonra hamam öz fəaliyyətini dayandırıb. Hazırda baxımsız vəziyyətdədir və əsaslı təmirə ehtiyacı var. === Memarlığı === Qobu hamamı digər Abşeron hamamlarından fərqli oalraq kəndin kənarında bir yüksəklikdə tikilmişdir.
Qobu yaşayış yeri
Qоbu yаşаyış yеri — Şərur rаyоnunun Ахаmət kəndindən qərbdə yеrləşir. Yаşаyış yеrinin bir qismi kаnаl qаzılаrkən dаğıdılmışdır. Hаzırdа yаşаyış yеrinin ərаzisində kül qаlıqlаrınа, bаd qırıqlаrınа rаstlаnır. Tikintilər еhtimаl ki, möhrədən оlmuş və tаmаmilə dаğılmışdır. Аpаrılаn аrаşdırmаlаr zаmаnı yаşаyış yеrindən çəhrаyı və sаrı rəngdə bişirilmiş kеrаmikа, о cümlədən şirli qаblаrın pаrçаlаrı аşkаr еdilmişdir. Kеrаmikа nümunələri Оrtа əsrlərin inkişаf еtmiş və sоn dövrü üçün хаrаktеrikdir. Yаşаyış yеrinin sаhəsi 5 hеktаrdаn аrtıqdır. Yеrli əhаlinin məlumаtınа görə təsərrüfаt işləri görülərkən аbidənin ərаzisindən təndir qаlıqlаrı və kеrаmikа nümunələri аşkаr оlunmuşdur. Аrхеоlоji mаtеriаllаrа əsаsən yаşаyış yеrini XIV-XIX əsrlərə аid еtmək оlаr.
Qobu Bozdağı palçıq vulkanı
Bakıdan 15 km şimal-qərbdə, Qobu kəndindən 3 km şimal və şimal-şərqdə yerləşir. Boçdağ yüksəkliyi en istiqamətində yerləşmiş uzun bənddən ibarətdir. Bəndin mərkəzində iki qrupdan təşkil olunmuş palçıq vulkanı yerləşir. Bu qruplardan biri Qobu kəndindən şimalda eyni adlı dağın təpəsində, digəri isə birincidən 800–1000 m şərqə doğru yerləşmişdir. == Mənbə == Yusifov, Elman. Bioloji müxtəliflik: Abşeron yarımadasının təbiət abidələri- Bakı : Nurlar NPM, 2007.
50 saylı Abşeron-Qobustan seçki dairəsi
50 saylı Qobustan-Xızı-Quba seçki dairəsi
50 saylı Qobustan-Xızı-Sumqayıt seçki dairəsi
Ağbulaq (Qobustan)
Ağbulaq - Azərbaycan Respublikası Qobustan rayonu ərazisində mineral su bulağı. Ceyrankeçməz çayının dərəsində, Mərəzə qəsəbəsi yaxınlığındadır. Suyu soyuq, kükürdlüdür. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası, I cild, Bakı,2009, səh.175.
Aşağı Qobuüstü
Aşağı Qobuüstü (əvvəlki adı:Yeniarx (?-2015)) — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 29 may 2015-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Yuxarı Nemətabad kənd inzibati ərazi dairəsi tərkibindəki Yeniarx kəndi Aşağı Qobuüstü kəndi adlandırılmışdır. == İnfrastruktur == 2009-cu ildə kəndin əhalisinə təbii qazın verilməsi bərpa olunub.
Cəngi (Qobustan)
Cəngi — Azərbaycan Respublikasının Qobustan rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Qobustan rayonunun faktiki mövcud olan Cəngi kəndi dəqiqləşdirmə qaydasında Nabur kənd sovetinin tərkibində rayonun yaşayış məntəqələri siyahısına daxil edilmişdir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 102 nəfər əhali yaşayır.
Cəyirli (Qobustan)
Cəyirli — Azərbaycan Respublikasının Qobustan rayonunun Cəyirli kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Cəyirli kəndinin adı eyniadlı tayfanın adı ilə bağlıdır. Cəyirli tayfası Tulunc yaylasında oturaq həyata keçmiş, və beləliklə Cəyirli kəndi yaranmışdır. Cəyirlilər Çakirli, Çəkirli şəklində adlarla bilinən Qaraqoyunlu tayfalarından biridir. Öz adını Cəlayirilər dövründə Əmir Cagirdən aldığı güman edilən bu tayfa onun ölümündən sonra oğlu Bəstam Cagir tərəfindən idarə edilmişdir. Ərdəbil bölgəsinin bu tayfanın qədim yurdu və Qızılbaş tayfasından olduğu qeyd edilmişdir. Tayfanın ən böyük əmiri Əmir Bəstam illərlə Qara Yusif Türkmanla vuruşdu və axırda onun əmir əl-ümərası oldu.(Onun) oğlanlarından Əmir Bayəzid Cahanşah padşahın divan əmiri (əmir-i divan) idi və ölümündən sonra qardaşı Əbülfəth bəy onu əvəz etdi. Bəyazid bəyin oğlu Ömər bəy isə Cahanşahın böyük əmiri olmuş,Həsənəlinin məğlubiyyətindən sonra Əbu Səidin xidmətinə keçmişdir.Sonda isə Həsən padşah tərəfindən əsir alınmışdır. Tayfanın nümayəndələrindən Əli bəy Cahan şahın böyük əmiri idi və Səncəq döyüşündə Həsən padşahın qoşunu tərəfindən öldürüldü.Bu tayfa ilə bağlı olan oykonimlər İmişli, Göyçay, Cəbrayıl və Masallı bölgələrində "Çaxırlı" şəklində saxlanılmışdır. Lakin Cagirlu tayfası ilə bağlı oykonimlərə vaxtı ilə Göyçay,Cavanşir,Nuxa,Şamaxı və Yelizavetpol qəzalarında Cagirli,hazırda isə Bərdə, Şəki, Göyçay, Şəmkir və Qobustan bölgələrində Cəyirli formasında rast gəlinir.
Cəyirli bələdiyyəsi (Qobustan)
Qobustan bələdiyyələri — Qobustan rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycan bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Dərəkənd (Qobustan)
Dərəkənd — Azərbaycan Respublikasının Qobustan rayonunun Dərəkənd kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Kənd dağətəyi ərazidədir. Keçmiş adı Mərəzəli Dərəkənd olmuşdur. Yaşayış məntəqəsi keçmiş Mərəzə (indiki Nəriman kəndi) kəndindən köçmüş ailələrin Zəngidərə çayının (Pirsaat çayının qolu) dərəsində məskunlaşması nəticəsində yaranmışdır. Oykonim dərə (çökək) və kənd (yaşayış məntəqəsi) komponentlərindən düzəlib, "dərədə yerləşən kənd" deməkdir. == Tarixi == Kəndin XIX əsrdə salınması haqqında məlumat var. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 426 nəfər əhali yaşayır.
Göydərə (Qobustan)
Göydərə — Azərbaycan Respublikasının Qobustan rayonunun Ərəbqədim kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == == Tatixi == == Coğrafiyası və iqlimi == Kənd coğrafi mövqeyinə görə il boyu başı qarlı Böyük Qafqaz sıra dağlarının cənub-şərq ətəyindəki Gicəki dağı (Gicəki d., 1047 m) zirvəsinin qərbində yerləşir. Göydərə kəndi insan sağlamlığı üçün vacib olan son dərəcə rütubətsiz və əlverişli quru iqlim şəraitinə malikdir. Kəndin dəmyə torpaqlara və geniş otlaq sahələri var. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 518 nəfər əhali yaşayır. === Tanınmış şəxsləri === İlqar Məmmədov — riyaziyyat üzrə elmlər doktoru, AMEA-nın professoru, laboratoriya rəhbəri. Telman Güləliyev — biologiya elmləri namizədi. Ağaseyid Camalov — cərrah. Vəli Vəliyev — iqtisad elmləri namizədi. == İqtisadiyyatı == Kənd əhalisinin əsas məşğuliyyətini əkinçilik və heyvandarlıq təşkil edir.
Qobustan həbsxanası
Qobustan həbsxanası — Ədliyyə nazirliyinin nəzdində fəaliyyət göstərən qapalı cəza çəkmə mərkəzi. == Ünvan == AZ-1080, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi.
Qobustan jurnalı
"Qobustan" — 1969-cu ildən Bakıda nəşr edilən rüblük incəsənət toplusu. İncəsənət almanaxının davamıdır. İlk baş redaktoru xalq yazıçısı Anar olmuşdur. İldə dörd dəfə çıxan toplunun indiyəcən 132 sayı işıq üzü görmüşdür. Anar Azərbaycan Yazıçılar Birliyinin sədri seçiləndən sonra jurnala xalq şairi Fikrət Qoca rəhbərlik etmişdir (1989-2004). 2004-cü ildən 2013-cü ilə qədər jurnalın redaktoru Ələkbər Salahzadə olmuşdur. 2013-cü ildən jurnalın baş redaktoru Vaqif Əlixanlıdır. 2 İyul 2021-ci ildə jurnalın baş redaktorluğu yazıçı Pərvin Nurəliyevaya həvalə olunmuşdur. 24 noyabr 1997-ci ildə Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə jurnalın dövlət büdcəsinin vəsaiti hesabına çap olunması qərara alınmışdır. "Qobustan" öz səhifələrində bütün sənət sahələrini əhatə edən araşdırmalara, nəzəri-tənqidi yazılara, klassik irslə və çağdaş dünya sənətçilərinin yaradıcılığı ilə bağlı materiallara geniş yer ayırır.
Qobustan kurqanları
Qobustan kurqanları — Qobustanda Böyükdaş və Kiçikdaş dağları ətəyində kurqanlar. Daş və torpaq örtüklüdür. Qobustan kurqanları üçün örtük halında bir cərgə düzülmüş dairəvi daş səciyyəvidir. Qobustan kurqanları həmçinin tikinti xüsusuyyətinə malikdir. Ölülər sağ və ya sol böyrü üstə, bükülü, xəndəkli və ya xəndəksiz qutu qəburlərdə dəfn olunub. Yalnız bir qəbirdə ana ilə işağın burgə dəfni müşahidə edilib. Bəzi kurqanlarda ölü qırmızı rənglə boyanıb. Qobustan kurqanları Tunc dövrünə aiddir.
Qobustan kölgələri
"Qobustan kölgələri" — Bəstəkar Fərəc Qarayevin yazdığı və xoreoqraflar Rəfiqə Axundova və Maqsud Məmmədovun quruluş verdiyi dördpərdəli balet. Libretto Vyaçeslav Yesman və Maqsud Məmmədovundur. Premyera 1969-cu ilin may ayında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında olub: rəssam Toğrul Nərimanbəyov, dirijor Rauf Abdullayev idi. Əsərin xaricdə ilk nümayişi Parisdə olub. == Məzmun == Bu baletin əsas ideyası alt-bilincdəki qarmaqarışıqlığa təbiətlə ünsiyyət, əmək yoluyla qalib gəlmək mümkünlüyünü göstərməkdir.
Qobustan kölgələri (balet)
"Qobustan kölgələri" — Bəstəkar Fərəc Qarayevin yazdığı və xoreoqraflar Rəfiqə Axundova və Maqsud Məmmədovun quruluş verdiyi dördpərdəli balet. Libretto Vyaçeslav Yesman və Maqsud Məmmədovundur. Premyera 1969-cu ilin may ayında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında olub: rəssam Toğrul Nərimanbəyov, dirijor Rauf Abdullayev idi. Əsərin xaricdə ilk nümayişi Parisdə olub. == Məzmun == Bu baletin əsas ideyası alt-bilincdəki qarmaqarışıqlığa təbiətlə ünsiyyət, əmək yoluyla qalib gəlmək mümkünlüyünü göstərməkdir.
Qobustan malloziyası
Qobustan malloziyası (lat. Mallosia galinae) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin sərtqanadlılar dəstəsinin uzunbığlar fəsiləsinin malloziya cinsinə aid heyvan növü. == Təsviri == Erkək fərdlərdə bədənin uzunluğu 21.0-31.5 mm, eni 5.5-9.5 mm, dişilərdə bədənin uzunluğu 24.8-31.8 mm, eni 7.0-9.8 mm-dir. Qanadüstlükləri iri punktirlidir. Punktirlər qalxancığın yanında daha kobud, qırışıqlı və birləşmişdir. Qalxancıq üzərində medial çökük aydın görünür. == Yayılması == İranın şimalında və Türkiyədə rast gəlinir. Azərbaycanda yarımnövünə Qobustan rayonunun şərqində, Ceyrankeçməz vadisində və Giləzi ərazisində rast gəlinir. == Həyat tərzi == Böcəklər may və iyunda nadir hallarda ferula cinsindən olan iri (çətirçiçəklilər fəsiləsi) bitkilərin gövdə və köklərində görünür. Sürfələr bu bitkinin köklərində qidalanır.
Qobustan petroqlifləri
Qədim qobustanlıların hansı dildə danışmaları və ya ümumiyyətlə danşıb-danışmamaları elmdə mübahisə doğuran məsələlərdəndir. Lakin onlar özlərindən miras qoyduqları təsvirlər vasitəsiylə bu gün də özləri, yaşamları haqqında məlumat verməkdədirlər. Min illərlə bir-birinin dalınca gələn nəsillər tərəfindən 1000-ə qədər qayada dönə-dönə çəkilmiş, bir-birini təkrar edən və etməyən 4–5 mindən artıq heyvan, insan şəkilləri, həyati macəralar, ov və rəqs səhnələri çox qədim bir rəssamlıq məktəbinin yaradıcılığıdır. Rəsmlərin xeyli hissəsi yaşayış yerlərinin divarlarını təşkil edən iri qayalarda, bəzən də köhnə şəkillərin üstündən çəkilmişdir. Qayalardakı təsvirlər ilk vaxtlarda təbii böyüklükdə çəkilən heyvan və insan rəsmləri ilə başlayaraq sonralar ara-sıra, gah sxematikləşdirilmiş, gah kiçildilmiş, gah da təsvir edilən heyvan və insanların öz ölçülərinə yaxınlaşdırılmışdır. Xətlərlə ifadə olunan rəsmlərdə heyvanların və insanların bədən quruluşundakı nisbətlər böyük məharətlə gözlənilmişdir. Qədim rəsm ustaları təsviri böyük bacarıq tələb edən maral kimi heyvanların şəkillərini çəkərək bu vəzifənin öhdəsindən məharətlə gələ bilmişlər. Heyvan və insanların duruş maneraları şəkillərdəki dinamizmdən aydın surətdə oxunur. Qobustan rəsmlərində nəzərə çarpan xüsusiyyətlərdən biri də odur ki, ovçuluqla məşğul olan insanların qıç əzələləri qabarıq şəkildə təsvir olunmuş, onların başları nisbətən kiçildilmiş və surət cizgiləri – burun, ağız, göz, qulaq və s. verilməmişdir.
Qobustan qiyamı (1999)
Qobustan qiyamı — 7 yanvar 1999-cu ildə Qaradağ rayonunun Qobustan qəsəbəsindəki həbsxanada aralarında general da olmaqla bir qrup məhkumun qaldırdığı qiyam. == Haqqında == 1999-cu ilin yanvarında Qobustan həbsxanasında 11 məhbus, əsasən dövlət çevrilişinə cəhddə təqsirli bilinən keçmiş hərbçilər qiyam qaldırır. Onların ikisi silah ələ keçirmək istəyəndə öldürülür. Dustaqlar 28 girov və silah götürə bilir. Qiyamçı dustaqlar ölkədən çıxmaq üçün onlara nəqliyyat verilməsini tələb edir. Həmin vaxt hüquq-mühafizə orqanları həbsxanada xüsusi əməliyyat keçirdir. Girovlardan biri və 9 məhbus öldürülür. Qiyam zamanı öldürülənlərdən biri də 1993-cü ilin avqustunda Azərbaycan Respublikasının müdafiə naziri olmuş Vahid Musayev olmuşdur. Qiyam zamanı Qobustan həbsxanasında xidməti vəzifəsini yerinə yetirərkən həbsxanada baş verən hadisə zamanı Mixail Aleksandroviç Slesaryov dərhal əməliyyat qrupu yaradaraq, qiyamı yatırmağa müvəffəq olur. Azərbaycan Respublikası Prezidentinin 12 yanvar 1999-cu il tarixli 73 saylı Fərmanı ilə Mixail Slesaryova "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilir.
Qobustan radiosu
Qobustan radiosu — Krım vilayətinin Sevostopol şəhərində Azərbaycan dilində yayımlanan radio. Krım vilayətinin Sevostopol şəhərində Azərbaycan dilində “Qobustan" radiosu on iki ildir ki, fəaliyyət göstərir. Bu müddət ərzində Azərbaycan milli adət-ənənələrinin, tanınmış ziyalılarının, mədəniyyətinin, incəsənətinin, həmçinin erməni terror təşkilatlarının Azərbaycanda törətdikləri vandal aktları barəsində yerli əhaliyə ətraflı məlumatlar verilir, klassik musiqilərimiz səsləndirilir. “Qobustan” radiosu getdikcə öz proqramlarını zənginləşdirmiş və rəngarəng verlişləri ilə dinləyicilərin rəğbətini qazanmışdır. 2010-cu ilin əvvəllərində radionun 150-ci verilişi dinləyicilərə təqdim olunmuşdur. "Qobustan" bu radionun yaradılmasında və yerli əhali arasında böyük nüfuz qazanmasında onun redaktoru Həbib Əliyevin xüsusi əməyi olmuşdur.
Qobustan rayonu
Qobustan rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. 1990-cı ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə yaradılan yeni ərazi-inzibati vahidlərdən biridir. İnzibati mərkəzi Qobustan şəhəridir. == Etimologiyası == Qədim yaşayış mərkəzlərindən olan Qobustan Şirvan tarixi vilayətinin tərkibində olmuşdur. Qədim türk sözü olan "qobu" (qobi) — quru, susuz yer. ölkə, oba mənasnı daşıyır. Landşaftşünaslıda "qobu" quru və ya müvəqqəti su axan olan dərə, yarğan landşaflarına deyilir. Başqa mülahizələrə görə "qobu" sözünün bu məkana heç bir uyğunluğu yoxdur. O, müqqəddəs yer mənasında ərəbcə "qabustan’' sözündən yaranmışdır. Bu söz iki hecadan ibarət olub "Qabu" — Allaha yaxın.
Qobustan xalçaları
Qobustan xalçaları — Şirvan xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları.
Qobustanın masa dağları
Qobustanın masa dağları - Azərbaycan Respublikasının nadir relyef formalarından biri də yalnız Şərqi Qobustanın hüdudları daxilində bu günümüzə qədər gəlib çıxmış masa dağlarıdır. Onlar sıldırım və sərt yamaclı oval (dairəvi) formalı və ya uzadılmış ellipsoid görünüşlü, yastı zirvəli yüksəkliklərdir. Masa dağlarının zirehli zirvə­ləri və ya “üst taxtaları” eopleystosenə (orta-üst abşeron) aid sıx qabıqlı əhəng­daşılarının subhorizontal laylarından formalaşmışdır; onlar bir vaxtlar Qobustan ərazisini tamamilə örtmüş və gec dördüncü dövrün şaquli hərəkətləri ilə bağlı olan denudasion proseslərin təsiri altında yuyulmuş yastı düzənliyin qalıqları­dır. Bakı şəhərindən cənubda, Xəzər dənizi sahilinin yaxınlığında ucalan Böyükdaş və Kiçikdaş yüksəklikləri də masa dağları sırasına aid edilir. “Üst taxtaların” kənarlarından uçub tökülmüş müxtəlif ölçülü əhəngdaşı qırıntıları­nın masa dağlarının yamaclarında qalaqlanması nəticəsində qəribə ahəngdarlıq yaradan qaya ansamblları, taxça, kaha və zağalardan ibarət “qayalar dənizi”-nin bənzərsiz landşaftı yaranmışdır. Bu və yaxınlıqda yerləşən Cingirdağ, Şonqardağ və Şıxqaya masa dağ­larının qaya və mağaralarında daş əsri və sonrakı dövrlərə aid çoxlu artefaktları – ibtidai insanın yaşayış məskənləri, qayaüstü təsvirlər, qəbirlər və i.a. aşkar edil­mişdir. Ən qədim petroqliflər yeni eradan əvvəl 10-8-ci minilliklər, ən ge­c­ləri isə orta əsrlərə aid edilir. Böyükdaş, Kiçikdaş, Cingirdağ dağları, Yazılı təpəsi və ətraf ərazilər də daxil olmaqla, 1967-ci ildə burada “Qobustan” Dövlət Tarix-İncəsənət Qoruğu yaradılmışdır. Qoruğun ərazisində yerləşən qədim mə­dəniyyət abidələri UNESCO-nun ümumdünya mədəniyyət və təbiət irsi ob­yekt­ləri sıra­sında yer almış bəşəriyyətin ən qiymətli abidələri siyahısına salın­mışdır.
Qobuz
Qobuz — Yüksək keyfiyyətli musiqi təklif edən Fransanın musiqi dinləmə və yükləmə xidməti. 2007-ci ildə Yves Tizel tərəfindən qurulub, Birləşmiş Krallıq, Niderland, Almaniya, İtaliya, İspaniya və ABŞ daxil olmaqla bir çox xarici bazarlarda istifadəyə verilib. Qobuz leybllar, distribyutorlar/aqreqatorlar və hüquq sahibləri tərəfindən təmin edilən 24 bit/192 kHz-ə qədər itkisiz FLAC fayllarını yayımlayır. 2022-ci ildə Qobuz CD və "Hi-Res" keyfiyyətində (192 kHz-ə qədər 24 bit) 80 milyondan çox trek təklif edir.
Qobuçay
Qobuçay — Ağsu və Kürdəmir rayonlarında çay. Qobuçay — Qəbələ rayonunda çay. Göyçayın sağ qoludur; Qobuçay — Zaqatala rayonu ərazisində çay.
Qədirli (Qobustan)
Qədirli — Azərbaycan Respublikasının Qobustan rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1999-cu ildə yaradılmışdır.

Значение слова в других словарях