Teymur Aliməmmədov
Teymur Aliməmmədov (tam adı: Teymur Yəhya oğlu Aliməmmədov; 20 oktyabr 1972, Keçili, Şahbuz rayonu, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ – 31 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi.
== Həyatı ==
1972-ci il oktyabrın 20-si Şahbuz rayonunun Keçili kəndində anadan olmuşdur.1989-cu ildə orta məktəbi bitirən Teymur elə həmin il N. Nərimanov adına Tibb Universitetinin əczaçılıq fakültəsinə qəbul olmuşdur. Şəhid olduğu ərəfədə 1-ci kursda oxuyurdu.Subay idi.
== Qanlı Yanvar faciəsi ==
Teymur birinci imtahan sessiyasını uğurla başa vurduğundan doğma kəndlərinə getmək üçün yanvarın 23-ü Aerokassadan bilet almış, yolda iki dostu və yerlisi ilə söhbət edə-edə qayıdarkən başından güllə yarası almışdır. Güllə Teymurun əmgəyindən dəymiş, üst çənəsində ilişib qalmışdır. 4 nömrəli klinik xəstəxanasına gətirmişdir. Həkim Nizami Məmmədov yeddi gün yaralını həyata qaytarmaq üçün çalışmış, lakin Teymur özünə gəlmədən yanvarın 31-i saat 03.45-dəqiqədə vəfat etmişdir.
Şahbuz rayonunun Keçili kənd qəbiristanlığında dəfn olunmuşdur.