Teymur Aliməmmədov (tam adı: Teymur Yəhya oğlu Aliməmmədov; 20 oktyabr 1972, Keçili, Şahbuz rayonu, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ – 31 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi.[1]
Teymur Aliməmmədov | |
---|---|
Teymur Yəhya oğlu Aliməmmədov | |
Doğum tarixi | 20 oktyabr 1972 |
Doğum yeri | |
Vəfat tarixi | 31 yanvar 1990 (17 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | Keçili kənd qəbiristanlığı |
Atası | Yəhya |
Milliyyəti | azərbaycanlı |
Təhsili | |
Fəaliyyəti | tələbə |
1972-ci il oktyabrın 20-si[2] Şahbuz rayonunun Keçili kəndində anadan olmuşdur.[3]
1989-cu ildə orta məktəbi bitirən Teymur elə həmin il N. Nərimanov adına Tibb Universitetinin əczaçılıq fakültəsinə qəbul olmuşdur. Şəhid olduğu ərəfədə 1-ci kursda oxuyurdu.[4]
Subay idi.
Teymur birinci imtahan sessiyasını uğurla başa vurduğundan doğma kəndlərinə getmək üçün yanvarın 23-ü Aerokassadan bilet almış, yolda iki dostu və yerlisi ilə söhbət edə-edə qayıdarkən başından güllə yarası almışdır. Güllə Teymurun əmgəyindən dəymiş, üst çənəsində ilişib qalmışdır. 4 nömrəli klinik xəstəxanasına gətirmişdir. Həkim Nizami Məmmədov yeddi gün yaralını həyata qaytarmaq üçün çalışmış, lakin Teymur özünə gəlmədən yanvarın 31-i saat 03.45-dəqiqədə vəfat etmişdir.
Şahbuz rayonunun Keçili kənd qəbiristanlığında dəfn olunmuşdur.