anker
ankerli 2021
OBASTAN VİKİ
Ankerit
Ankerit – karbonatlar qrupuna aid mineral. Avstriya mineraloqu M. Ankerin (1771–1843) şərəfinə adlandırılmışdır. Tərkibi dolomit kimi ikiqat duz tiplidir – Ca(Fe2+,Mg)[CO3]2. Sinqoniyası triqonaldır. Kristalları romboedrik, aqreqatları, əsasən, dənəlidir. Rəngi ağ, boz sarımtıl, qonurudur. Şüşə parıltısı var. Sərtliyi – 3,5–4, sıxlığı – 2930–3100 kq/m³. Maqnezium və dəmirlə zəngin süxurlara hidrotermal məhlulların təsirindən əmələ gəlir. Aşınma nəticəsində qonuru rəng aldığı üçün ankeritə qonur şpat da deyilir.