28 Aprel (Yevlax)
Aran (əvvəlki adı: 28 Aprel) — Azərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Yevlax rayonunun 28 Aprel qəsəbəsi Aran qəsəbəsi adlandırılmışdır.
== Tarixi ==
Qəsəbə 1935-ci ildə qurulub. Yevlax rayonunun ən böyük yaşayış məntəqəsidir. Aran qəsəbəsi sovet vaxtlarında maldarlıqla ad göstərib.
== Əhali ==
Aran qəsəbəsində 7.263 nəfər yaşayır. Onlardan 4.103 kişi, 3.160 qadındır.
== Mədəniyyət ==
Qəsəbədə Seyid Maral Seyid Bayram qızının ziyarətgahı vardır.
== Təhsil ==
Aran qəsəbəsi Yevlax rayonunun ən böyük qəsəbəsidir və iki hissədən ibarətdir: Aran 1 və Aran 2, Aran qəsəbəsində 2 tam orta məktəb və 1 ümumi tam ora məktəb var 1-№-li ümumi tam orta məktəb Aran-1 ərazisində yerləşirə, 2-№-li orta məktəb isə Aran-2 ərazisində yerləşir.
== İnfrastruktur ==
Yaxın gələcəkdə isə Aran-Duzdağ yolunun çəkilməsi gözlənilir.