Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Torpedo FK
«Тorpedo» — Taqanroq şəhərində fəaliyyət göstərən sovet və rus futbol klubu. == Adları == 1920-ci illərin əvvəlləri — Artyom adına klub 1936—1946 — «Zenit» 1946—1953 — «Traktor» 1953—2004 — «Torteqo» == Tarixi == Klub ilk dəfə 1920-ci illərdə Artyom adına klub olaraq təsis edilmişdir. Sonradan «Zenit» (1936—1946) adı ilə fəaliyyət göstərir. Klub 1946—1953-ci illər «Traktor», 1953—2004-ci illər isə «Torpedo» adi ilə fəaliyyət göstərmişdir. Klub rəsmən öz fəaliyyətini 2004-cü ildə başa vurmuşdur. 1955-ci ildə Taqanroq kombayn zavodunun direktori Aleksandr Matveeviç Merkulov «Torpedo» klubuna Moskvadan Qeorqi Vasileviç Mazanovu məşqçi qismində dəvət edir. Artıq növbəti il 1956-cı ildə «B» dəstəsində ikinci yeri tutur. Onlar peşəkar liqaya düşməkdə 1 xal minsk klubuna uduzurlar. == Nəticələri == RSFSR çempionu (1955). RSFSR çempionatının gümüş medalçısı (1954).
Torpedo aparatı
Torpedo aparatı və ya Torpedo borusu üfüqi istiqamətdə torpedoları işə salmaq üçün işlədilən bir cihazdır. Torpedo borularının və ya aparatının iki əsas növü var: Sualtı gəmilərə və bəzi suüstü gəmilərə quraşdırıla bilən suyun səviyyəsindən aşağıda işləmək üçün hazırlanmış rampalar. Yalnız suüstü gəmilərdə göyərtəyə quraşdırıla bilən rampalar.
Torpedo gəmisi
Torpedo gəmisi — torpedoları döyüşdə daşımaq üçün hazırlanmış nisbətən kiçik və sürətli bir döyüş gəmisidir. Ən erkən dizaynlar bomba yüklü bir torpedonun gəmidə aparılaraq digər gəmiyə çırpılmasına əsaslanır. İkinci nəsil dizaynlar isə torpedo borularından özüyeriyən torpedaları işə sala biləcək sistemlərdir. (Bu növ torpedonu dünyada ilk dəfə istifadə edən sualtı qayıq Əbdülhəmid sualtı qayığı olub.) Torpedo gəmiləri sürət və çeviklik baxımından ondan daha ağır və yavaş döyüş gəmilərini məhv etmək üçün hazırlanmışdır. Bir sıra ucuz qayıq və gəmilərdən ibarət torpedo qayıqları, güclü silahlanmış və bahalı döyüş gəmilərinə qarşı uğur qazandı. Bu şəkildə ucuz bir torpedo gəmilərindən ibarət olan donanma özünün kiçik ölçüləri və məhdud yanacaq tutumuna görə yalnız kiçik sahilboyu əraziləri özündən çox daha böyük və daha bahalı donanmalara qarşı uğurla müdafiə edə bilirdi. 19-cu əsrin sonlarında sürətli torpedo gəmilərinin tətbiqi dövrün dəniz qüvvələri üçün ciddi narahatlıq yaratdı. Buna cavab olaraq böyük gəmilərdən ibarət donanmalar təhlükəyə qarşı kiçik gəmilərlə təchiz edilməyə başlanıldılar. Əslində bunlarda qarşılaşdıqları torpedo gəmilərinə bənzəyirdiləe, lakin torpedonun əvəzinə bunlarda yüngül silahlar quraşdırılmışdı. Dizaynlar və ehtiyaclar yaxşılaşdıqca “torpedo gəmisi destroyeri” istehsal edilməyə başlanıldı.
Torpedo Kutaisi FK
Torpedo — Gürcüstanın futbol klubu. == Tarixi == 1946-cı ildə yaranmışdır.
Torpedo Taqanroq FK
«Тorpedo» — Taqanroq şəhərində fəaliyyət göstərən sovet və rus futbol klubu. == Adları == 1920-ci illərin əvvəlləri — Artyom adına klub 1936—1946 — «Zenit» 1946—1953 — «Traktor» 1953—2004 — «Torteqo» == Tarixi == Klub ilk dəfə 1920-ci illərdə Artyom adına klub olaraq təsis edilmişdir. Sonradan «Zenit» (1936—1946) adı ilə fəaliyyət göstərir. Klub 1946—1953-ci illər «Traktor», 1953—2004-ci illər isə «Torpedo» adi ilə fəaliyyət göstərmişdir. Klub rəsmən öz fəaliyyətini 2004-cü ildə başa vurmuşdur. 1955-ci ildə Taqanroq kombayn zavodunun direktori Aleksandr Matveeviç Merkulov «Torpedo» klubuna Moskvadan Qeorqi Vasileviç Mazanovu məşqçi qismində dəvət edir. Artıq növbəti il 1956-cı ildə «B» dəstəsində ikinci yeri tutur. Onlar peşəkar liqaya düşməkdə 1 xal minsk klubuna uduzurlar. == Nəticələri == RSFSR çempionu (1955). RSFSR çempionatının gümüş medalçısı (1954).
Torpağa Məhəbbətlə (1975)
Cim Torpe
Cim Torp (tam adı: Ceyms Frensis Torpe, ing. James Francis Thorpe; ən tezi 22 may 1887 və ən geci 28 may 1888 – 28 mart 1953) — Amerikalı idmançı, müasir idman dünyasının çox istiqamətli atletlərindən biri sayılır. Olimpiadalarda "pentatlon" ve "dekatlon" (atletizmdə müsabiqə növləri) üzrə qızıl medal sahibi, eyni zamanda amerikan futbolunda kollec və peşəkar liqalarda ulduz oyunçu, Amerika milli beysbol liqasında oyunçu və basketbolda karyerası olan bir idmançıdır. Olimpiadalarda yarışmadan əvvəl ikinci beysbol liqasında iki mövsüm peşəkar olaraq oynadığı ortaya çıxanda həvəskar müsabiqə qaydalarına zidd olması səbəbindən medallarını itirmişdir. Ancaq ölümündən otuz il sonra 1983-cü ildə bu medallar ona təkrar verilmişdir. == İstinadlar == == Ədəbiyyat == The Best of the Athletic Boys: The White Man's Impact on Jim Thorpe, Jack Newcombe, 1975. Jim Thorpe, the Legend Remembered, Rosemary Kissinger Updyke, 1997 In the Matter of Jacobus Franciscus Thorpe, The 1912 Olympic Games — Results for All Competitors in All Events, with Commentary içinde, Bill Mallon and Ture Widlund, 2002. The Complete Book of the Summer Olympics (Sydney 2000 Edition) David Wallechinsky, 2000. Jim Thorpe: The World's Greatest Athlete Robert W. Wheeler, 2003 History Detectives: The Jim Thorpe Ticket PBS, 2005.
Torpağa məhəbbətlə (film, 1975)
== Məzmun == Film Sosialist Əməyi Qəhrəmanı, məşhur pambıq ustası Qızqayıt Həsənovanın həyat və fəaliyyətindən danışır.
Törədağ
Törədağ — Şəki rayonu ərazisində dağ. Şinçay və Kişçayın suayrıcısıdır. Hündürlüyü 2029 m. Tədqiqatçılara görə, oronim qədim türk dillərindəki tavur (möhkəmləndirilmiş yer) sözünun təhrif olunmuş forması və dağ coğrafi terminindən ibarət olub, "möhkəmləndirilmiş, möhkəm yerdə yerləşən dağ" mənasındadır. Törə adlı yüksəkliklər Azərbaycanın qərb zonasında çox yayılmışdır. Bu zonada törə "gödək boylu, təpə, yastı" mənalarında işlənir.
Tоrpaqda neftlə çirklənmənin təyini