ARCH-FOE

n insan nəslinin düşməni, şeytan, iblis

ARCH-ENEMY
ARCH-VILLAIN
OBASTAN VİKİ
Arch Enemy
Arch Enemy — 1996-cı ildə İsveçin Halmstad şəhərində yaranmış melodik death metal qrupudur. Mayk Amott, Carcass'ın dağılmasının ardından, 1995-ci ildə İsveçin Halmstad şəhərində açdığı bir musiqi mağazasını işlədirdi. Hətta Mayk həmin dövrdə Soilwork'ün ilk albomunun çıxması üçün qrupu musiqi şirkətləri ilə tanış etmiş və bunun nəticəsində Soilwork'ün karyerasını başlatmışdır. Bu sıralarda öz adına bir qrup qurmağa qərar verən Mayk, qısa müddətdə bir ulduzlar heyəti meydana gətirdi və ilk albom hazırlıqlarına başladı. İkinci gitarist olaraq Armageddon qrupunun gitaristi və qardaşı olan Xristafor Amott'u qrupa qatan Mayk, bas gitarist olaraq Viçeri, İluill və Mercyful Fate'də də çalmış olan Şarli d'Angelo'nu, perkusiyaçı olaraq da Euçarist və In Flames'də da olan və At The Gates perkusiyaçısı Adrian'ın da qardaşı olan Daniyel Erlandsson'u qrupa qatdı. Vokalist əskikliyini isə o günə qədər adı eşidilmiş bir qrupda yer almamış olan Yohan Liiva ilə doldurdu. Bu ulduzlar heyətiylə şirkət tapmaqda çətinlik çəkən Arch Enemy, Century Media Records ilə razılaşaraq 1996-cı ildə "Black Earth" albomunu satışa çıxartdı. Melodik və bir o qədər də sərt mahnıların yer aldığı bu albom, qısa müddətdə qrupun adını eşitdirməsini təmin etdi. Albomda həm də Iron Maiden "Ides of March" coveri də yer alırdı. "Bury Me An Angel" mahnısına çəkilən klip və uzaq şərq turundan sonra qrup ikinci albomunun işlərinə başladı.
The Arch
The Arch — Honkonqda yerləşən bina. Honkonqun 3-cü ən hündür yaşayış binasıdır. Binanın uzunluğu 231 metrdir. 2001-ci ildə inşası başlamış və 2005-ci ildə tamamlanmışdır. Binada 1000 mənzil vardır.
Arch Linux
Arch Linux — müstəqil olaraq inkişaf etdirilmiş x86-64 ümumi təyinatlı Linux paylanması. Arch dalğavari buraxılış modelinə əməl etməklə əksər proqramların ən son stabil versiyalarını təmin etməyə çalışır. Defolt quraşdırma istifadəçi tərəfindən yalnız məqsədyönlü şəkildə tələb olunanları əlavə etmək üçün konfiqurasiya edilmiş minimal baza sistemidir. Arch Linux üçün xüsusi olaraq yazılmış paket meneceri olan Pacman, proqram paketlərini quraşdırmaq, silmək və yeniləmək üçün istifadə olunur. Arch Linux dalğavari buraxılış modelindən istifadə edir, yəni sistemin tamamilə yeni versiyalarının "əsas buraxılışları" yoxdur. Ən son Arch proqram təminatını əldə etmək üçün lazım olan tək şey müntəzəm sistem yeniləməsidir. Arch komandası tərəfindən hər ay yayımlanan quraşdırma skriptləri əsas sistem komponentlərinin sadəcə olaraq ən son anlıq görüntüləridir. Arch Linux-un, ArchWiki kimi tanınan icma tərəfindən idarə olunan vikidən ibarət hərtərəfli sənədləri mövcuddur. == Tarixi == Başqa bir minimalist paylanma olan CRUX-dan ilhamlanan Cad Vinet, 2002-ci ilin martında Arch Linux layihəsinə başladı. İlk x86_64 quraşdırma ISO-su əvvəlcə yalnız 32-bit x86 CPU-lar üçün 2006-cı ilin aprelində buraxıldı.