ASTROLOGY
ASTRONAUTICS
OBASTAN VİKİ
God Is an Astronaut
God is an Astronaut — İrlandiyalı İnstrumental rok qrupu, üslubları post-roku icra edən kollektividir. God is an Astronaut Post-rock üslubunun gəlmiş - getmiş ən məşhur qruplarından biri hesab edilir. Qrup 2002-ci ildə yarandı və şəxsi leyble studioları olan Revive Records-da 2002-ci ildə ilk debüt "The End of the Beginning" adlı albomu buraxdı. Albomdakı iki sinqllarına "The End of the Beginning" və "From Dust to the Beyond"-ə video klip çəkdilər, bu kliplər MTV UK-da və MTV-in başqa avropa şəbəkələrində nümayiş edilməyə başlandı. Buda qrup üçün tanınmaq üçün əlverişli bir hadisə oldu. 2005-ci ildə "All Is Violent, All Is Bright" — adlı albom, qrupun ikinci albomu oldu və üslublarına ambient, space rok və estetika əlavə etdərək bu albom qrup üçün tarixi uğuru əldə etdi. Bu albom qrupun İngiltərədə, MTV2 kanalın da 120- dəqlik canlı şou ilə çıxış etdi. 2006-cı ildə qrup EP formatında "A Moment of Stillness" albomunu buraxdı. 2007-ci ilin aprelində qrupun üçüncü studio "Far From Refuge" adlı albomu buraxıldı. God Is an Astronaut-un rəsmi saytında albomu pulsuz edərək yükləmə imkanı yaratdı.