is. [
fars. ]
1. Od. Atəşin təqazası yandırmaqdır.
O xasiyyət daim onda büruz edər. “Əkinçi”.
Hər tərəfi atəş sarımış, alovların təşkil etdiyi atəşin dairə dəqiqəbədəqiqə daralmaqda idi. A.Şaiq.
Ocağın alovu sönüb tamam olurdu.
Qıraqlarındakı atəşləri kül yavaş-yavaş cavanlığı qocalıq bürüyən kimi bürüyürdü. A.Divanbəyoğlu.
// Ocaq mənasında. Atəş kənarı qış gününün laləzarıdır. (
Ata. sözü ).
// məc. Klassik ədəbiyyatda adətən izafət tərkiblərində işlənir.
Atəşi-eşqindən dil kabab olmuş; Dolanır, çevrilir pərvanələnmiş. M.V.Vidadi.
Görən saətdə zövqümdən yıxıldım məstü layəqəl; Dağıldı əql başımdan, alışdı atəşi-sevda. Nəbati.
2. məc. İşıqsaçan şey, işıqsaçan nöqtə. Uzaqdan şəhərin saysız-hesabsız atəş nöqtələri görünürdü.
3. məc. Qızğınlıq, coşqunluq, hərarət, ehtiras mənasında. Gözləri atəş saçır.
– Nəriman, içində alovlanan bir atəş duydu. Mir Cəlal.
4. Tüfəng və ya topdan atış.
Hər atəşdə, hər hücumda düşmənlərə hər səfər; “Hədiyyələr” göndərirdik isti-isti güllələr! S.Rüstəm.
Atəş halqasını keçib yönəldim; Dərhal məntəqənin üstünə gəldim. M.Rahim.
Düşmən qurtara bilmir atəşindən başını. M.Seyidzadə.
□ Atəş açmaq –
1) tüfəng və s.-dən atmağa başlamaq.
Bu halda müsəlləh atlı kazaklar və jandarmlar camaatın qarşısını alaraq atəş açdılar. S.S.Axundov.
[Nikitin] avtomatdan arasıkəsilməz atəş açdı. M.İbrahimov;
2) bax
atəşə tutmaq 2-ci mənada.
Dəmirov rayonun vəziyyətini ətraflı təhlil edərək, öz məruzəsində kəsirlərə qarşı atəş açmış(dı). S.Rəhimov.
Atəşə tutmaq –
1) gülləyə basmaq, topa tutmaq.
[Qəhrəman:] Mən burada dörd nəfər yoldaşım və bir pulemyot ilə həm körpünü, həm də meydanı yaxşıca atəşə tuta bilərdim. H.Nəzərli.
Tuturlar onları qafil atəşə; Gizləyir dostları qalın bir meşə. M.Rahim;
2) şiddətli tənqid etmək (bu mənada, adətən, “tənqid atəşinə tutmaq” şəklində işlənir).
Atəş xətti hərb. – atılan güllə və mərmilərin təsir dairəsi.
İndi artıq Moskva atəş xəttindən uzaqdadır. M.Hüseyn.
Yaylım atəşi – bax
yaylım.
// Atəş açmaq üçün hərbi komanda: atəş!