Atəşkəs — münaqişə tərəflərinin razılığı ilə hərbi əməliyyatların bütün cəbhə boyu və ya cəbhənin müəyyən bir hissəsində dayandırılması. Ümumi atəşkəsdən sonra adətən sülh müqaviləsi imzalanır. Atəşkəs müharibə şəraitində olan ölkə və ya ölkələrdə silah-sursatla və eləcə də digər vasitələrlə vətəndaşların fərdi, kütləvi qətl edilməsi ilə müşahidə edilən daxili və xarici münaqişələri müvəqqəti və ya daimi durdurmaq üçün münaqişə tərəflərinin birgə razılaşma qərarlarını ifadə edən rəsmi bəyanatdır.
Hüquq ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |