ATMAK
AVANTAJ
OBASTAN VİKİ
AV
Astronomik vahid (AU və ya UA) — uzunluq ölçüsü. Yer kürəsi ilə Günəş mərkəzi arasındakı orta məsafə vahid olaraq seçilərsə, bu uzaqlığa astronomik vahidi (AV) deyilir. 1 Astronomik Vahidi (AV) = 149 597 870 km İşıq ili (İİ) = 63240 AV = 9.5x10 ^ 15 m Parsek (PC) = 206265 AV = 3.1x10 ^ 16 m = 3.26 İİ Astronomiyada digər qəbul olunan uzunluq ölçüləri Parsek və İşıq ili ilə bərabər Astronomik vahidindən də istifadə olunur.
"Avropada ilin muzeyi" müsabiqəsi
"Avropada ilin muzeyi" müsabiqəsi (ing. European Museum of the Year Award - EMYA) — dünyada muzey işi sahəsində ən nüfuzlu və böyük tarixi olan müsabiqələrdən biri. == Tarixi == Müsabiqə 1977-ci ildən bəri Avropa Muzey Forumu tərəfindən keçirilir. Hər il onlarla Avropa muzeyi bu yarışmada iştirak edərək nailiyyətlərini və qabaqcıl təcrübəsini həmkarları arasında paylaşmaq imkanı qazanır. Müsabiqə, eyni zamanda, geniş ictimaiyyətin diqqətini muzeylərdə keyfiyyət səviyyəsinin artmasına və innovasiyalara cəlb etmək məqsədi daşıyır. == Şərtləri == Mövcud şərtlərə görə, müsabiqədə son iki ildə açılmış, yaxud eyni dövrdə əsaslı yenidənqurmadan keçmiş, yeni bölüm yaratmış muzeylər iştirak edə bilərlər. Əsas seçim meyarları muzeyin ictimaiyyətlə sıx əlaqə qura bilməsi, muzey mövzularının və əşyaların təqdimatında yeni və eksperimental üsullardan istifadə etməsi, ümumiyyətlə, əhaliyə yüksək mədəni xidmət göstərməsidir.
"Avtomatik Xətlər" Elmi-İstehsalat Müəssisəsi
Avtomatik Xətlər Elmi-İstehsalat Müəssisəsi — Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki müəssisə. == Tarixi == 1970-ci ildə SSRİ Elektrotexnika Sənayesi Nazirliyinin "Ümumittifaq Elektro-Maşınqayırma Elmi-Tədqiqat Texnoloji İnstitutunun Bakı şöbəsi" yaradılmışdır. 1988-ci ildə onun bazasında "Stator" Elmi-İstehsalat Birliyi yaradılmışdır. 1989-cu ildə "Stator" EİB Elektrotexnika və Cihazqayırma Sənayesi Nazirliyinin tabeliyinə keçirilmişdir. 1993-cü ildə "Stator" EİB Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibinə daxil edilmişdir. 2006-cı ilin sentyabr ayında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə "Stator" EİB Avtomatik Xətlər və Qeyri Standart Avadanlıqlar Elmi-İstehsalat Müəssisəsi adlandırılmış və Müdafiə Sənayesi Nazirliyinin tabeliyinə verilmişdir. Müəssisənin müasir texnologiya və istehsal avadanlığı ilə təchiz olunması: "Fergüsson" tipli presizion mexanizmlər – materialın pres-avtomatlara və digər avtomatik qurğulara verilməsi dəqiqliyinin təmin olunması üçün (Avropa praktikasında ilkin olaraq) istehsalının; Polad rulonunun fiqurlu biçilməsinin səmərəliliyini artırmaq üçün avtomatik xətlər (materiala 15%-dək qənaət olunur) istehsalının; "İzot" və "Fenot" elektrotexniki poladların elektroizolyasiyası üçün antikorroziya örtükləri çəkilməsinin mənimsənilməsinə imkan yaratmışdır. 2008-ci ildən Avtomatik Xətlər Elmi-İstehsalat Müəssisəsi adı altında fəaliyyətini davam etdirir.
"Azərbaycan Respublikası Mülki Aviasiyasının 75 illiyi (1938-2013)" Azərbaycan Respublikasının yubiley medalı
"Azərbaycan Respublikası Mülki Aviasiyasının 75 illiyi (1938–2013)" yubiley medalı — Azərbaycan Mülki Aviasiyasının 75 illik yubileyi münasibətilə təsis edilən medal. == Təsis edilməsi == 2013-cü il sentyabrın 30-da Azərbaycan Respublikasının Milli Məclisində Mülki Aviasiyanın 75 illiyi münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi təqdim edilmiş və təsdiqlənmişdir. Azərbaycan Respublikasının "Mülki Aviasiyasının 75 illiyi (1938–2013)" medalının əsasnaməsi Azərbaycan Respublikasının 2013-cü il 30 sentyabr tarixli Qanunu ilə təsdiq edilmişdir. Əsasnamədə deyilir: Maddə 1. Təltif edilən şəxslər "Azərbaycan Respublikası Mülki Aviasiyasının 75 illiyi (1938–2013)" Azərbaycan Respublikasının yubiley medalı ilə vəzifələrini nümunəvi icra edən, istehsal fəaliyyətində yüksək nəticələr göstərən mülki aviasiya işçiləri, habelə Azərbaycan Respublikası Mülki Aviasiyasının inkişafı və təkmilləşdirilməsində xüsusi rolu olan şəxslər təltif edilirlər Maddə 2. Təltif edən orqan Bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxsləri "Azərbaycan Respublikası Mülki Aviasiyasının 75 illiyi (1938–2013)" Azərbaycan Respublikasının yubiley medalı ilə müvafiq icra hakimiyyəti orqanı təltif edir. Maddə 3. Taxılma qaydası "Azərbaycan Respublikası Mülki Aviasiyasının 75 illiyi (1938–2013)" Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, onlardan sonra taxılır. == Təsviri == Azərbaycan Respublikasının 2013-cü il 30 sentyabr tarixli 721-IVQD nömrəli Qanunu ilə təsdiq edilmişdir. Maddə 1.
"Azərbaycan avtomobil yolları – 100 il (1918-2018)" yubiley medalı
"Azərbaycan avtomobil yolları – 100 il (1918–2018)" Azərbaycan Respublikasının yubiley medalı — Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1018-VQD nömrəli qanunu ilə təsdiq edilmiş medal. "Azərbaycan avtomobil yolları – 100 il (1918–2018)" Azərbaycan Respublikasının yubiley medalı ilə Azərbaycan avtomobil yolları infrastrukturunun inkişafında xüsusi xidmətləri olan, yol təsərrüfatı orqanlarında vəzifələrini nümunəvi yerinə yetirən, avtomobil yollarının, körpülərin, tunellərin və digər yol qurğularının tikintisində yüksək nəticələr əldə edən işçilər, veteranlar, habelə avtomobil yollarının bərpası və təmiri sahəsində yüksək xidmətləri olan şəxslər təltif edilirlər. == Təltif edilən şəxslər == "Azərbaycan avtomobil yolları – 100 il (1918–2018)" Azərbaycan Respublikasının yubiley medalı ilə Azərbaycan avtomobil yolları infrastrukturunun inkişafında xüsusi xidmətləri olan, yol təsərrüfatı orqanlarında vəzifələrini nümunəvi yerinə yetirən, avtomobil yollarının, körpülərin, tunellərin və digər yol qurğularının tikintisində yüksək nəticələr əldə edən işçilər, veteranlar, habelə avtomobil yollarının bərpası və təmiri sahəsində yüksək xidmətləri olan şəxslər təltif edilirlər. == Təltif edən orqan == "Azərbaycan avtomobil yolları – 100 il (1918–2018)" Azərbaycan Respublikasının yubiley medalı ilə, 2018-ci il 23 fevral tarixli 1018-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri təltif edir. == Taxılma qaydası == "Azərbaycan avtomobil yolları – 100 il (1918–2018)" Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır. == Medalın təsviri == === Medalın ümumi təsviri === "Azərbaycan avtomobil yolları — 100 il (1918–2018)" Azərbaycan Respublikasının yubiley medalı bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 36 mm, qalınlığı 3 mm olan dairəvi lövhədən ibarətdir. === Medalın ön tərəfi === Diametr boyu kiçik kürəkciklərlə haşiyələnmiş medalın ön tərəfinin aşağı hissəsindən yuxarı hissəsinə doğru açılan günəş şüalarının üzərində yol, körpü və səkkizguşəli ulduzun fraqmentindən ibarət kompozisiya yerləşdirilmişdir. Kompozisiyanın aşağı hissəsində palıd budağı, yuxarı hissəsində "100" rəqəmi təsvir olunmuşdur. Ön tərəfin yuxarı hissəsində qövs boyunca "AZƏRBAYCAN AVTOMOBİL YOLLARI", aşağı hissəsində qövs boyunca "1918" və "2018" rəqəmləri həkk olunmuşdur. Yazılar ilə rəqəmlər arasında sol və sağ tərəflərdə diametri 2 mm olan səkkizguşəli ulduz və kompozisiyanı tamamlayan xətlər təsvir olunmuşdur.
"Azərbaycan avtomobil yolları — 100 il (1918–2018)" yubiley medalı

"Bakılı" press-avtomatı (film, 1967)
"Bakılı" press-avtomatı — qısametrajlı sənədli film. Rejissor Seyfulla Bədəlov tərəfindən 1967-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmdə yeni texnikanın-"Bakılı" press-avtomatının istehsalatda tətbiqindən, bunun xalq təsərrüfatının inkişafında əhəmiyyətli rolundan danışılır. == Məzmun == Filmdə yeni texnikanın-"Bakılı" press-avtomatının istehsalatda tətbiqindən, bunun xalq təsərrüfatının inkişafında əhəmiyyətli rolundan danışılır.
"Mülki Aviasiyasının 75 illiyi (1938-2013)" yubiley medalı
"Azərbaycan Respublikası Mülki Aviasiyasının 75 illiyi (1938–2013)" yubiley medalı — Azərbaycan Mülki Aviasiyasının 75 illik yubileyi münasibətilə təsis edilən medal. == Təsis edilməsi == 2013-cü il sentyabrın 30-da Azərbaycan Respublikasının Milli Məclisində Mülki Aviasiyanın 75 illiyi münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi təqdim edilmiş və təsdiqlənmişdir. Azərbaycan Respublikasının "Mülki Aviasiyasının 75 illiyi (1938–2013)" medalının əsasnaməsi Azərbaycan Respublikasının 2013-cü il 30 sentyabr tarixli Qanunu ilə təsdiq edilmişdir. Əsasnamədə deyilir: Maddə 1. Təltif edilən şəxslər "Azərbaycan Respublikası Mülki Aviasiyasının 75 illiyi (1938–2013)" Azərbaycan Respublikasının yubiley medalı ilə vəzifələrini nümunəvi icra edən, istehsal fəaliyyətində yüksək nəticələr göstərən mülki aviasiya işçiləri, habelə Azərbaycan Respublikası Mülki Aviasiyasının inkişafı və təkmilləşdirilməsində xüsusi rolu olan şəxslər təltif edilirlər Maddə 2. Təltif edən orqan Bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxsləri "Azərbaycan Respublikası Mülki Aviasiyasının 75 illiyi (1938–2013)" Azərbaycan Respublikasının yubiley medalı ilə müvafiq icra hakimiyyəti orqanı təltif edir. Maddə 3. Taxılma qaydası "Azərbaycan Respublikası Mülki Aviasiyasının 75 illiyi (1938–2013)" Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, onlardan sonra taxılır. == Təsviri == Azərbaycan Respublikasının 2013-cü il 30 sentyabr tarixli 721-IVQD nömrəli Qanunu ilə təsdiq edilmişdir. Maddə 1.
"Qarabağ" FK Avropa yarışlarında
Qarabağ FK Avropa yarışlarında — Azərbaycan Premyer Liqasında çıxış edən və 1993-cü ildən 2020-ci ilə qədər Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunan Ağdam şəhərini təmsil edən Azərbaycanın futbol klubu. "Qarabağ"ın Avropa yarışlarındakı ev oyunları əsasən Tofiq Bəhramov Stadionunda və qismən Bakı Olimpiya Stadionunda baş tutur. 2012-ci ildə yenidən qurulan Tofiq Bəhramov Stadionunun tutumu 31.200 nəfərdir. "Qarabağ"ın heyətində UEFA yarışlarında ən çox meydana çıxan futbolçu Maksim Medvedev (121), ən çox qol vuran futbolçu isə Zubirdir (14). == Qısa tarixi == === 1996–2007-ci illər === "Qarabağ" UEFA səviyyəsində birinci yarışına, 1996/1997-ci illər mövsümündə UEFA Kuboklar Kuboku turniri çərçivəsində qatıldı. Avqustun 8-də Tofiq Bəhramov Stadionunda Finlandiyanın "MyuPa" futbolçularına qarşı baş tutan birinci görüşdə "Qarabağ", 83-cü dəqiqədə buraxdığı qolla rəqibinə 0:1 hesabı ilə məğlub oldu. Avqustun 22-də baş tutan cavab görüşündə, "Qarabağ" 1:0 hesabı ilə qalib gəldi. Komandanın yeganə qolunu, 27-ci dəqiqədə Bəxtiyar Musayev vurdu. Əlavə vaxtda isə "Qarabağ", 119-cu dəqiqədə buraxdığı qolla, ümumi nəticədə "MyuPa" futbolçulara 1:2 hesabı ilə məğlub oldu və yarışlarda mübarizəni dayandırdı. 1997/1998-ci illər mövsümündə "Qarabağ", UEFA Kuboku turnirində mübarizə apardı.
"Qaraheybət" aviasiya poliqo­nunda helikopter qəzası
Qaraheybət helikopter qəzası və ya Qaraheybət faciəsi — Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğraması. İlkin məlumatlara görə, helikopterin qəzaya uğraması nəticəsində 14 nəfər həlak olmuş, 2 nəfər isə yaralanmışdır. Bu, Azərbaycanın hüquq-mühafizə orqanlarının tarixindəki ən böyük aviasiya qəzasıdır. Qəzadan dərhal sonra DSX-nin və Baş Prokurorluğun rəhbər heyəti hadisə yerinə getmişdir. Baş Prokurorun birinci müavini ədliyyə general-mayoru Elçin Məmmədovun rəhbərliyi ilə hadisə haqqında istintaq başlanılmışdır. Hadisənin səbəbi hələ də araşdırılır. Azərbaycan Prezidenti İlham Əliyev və vitse-prezident Mehriban Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ölkədəki digər siyasi xadimlər, xarici ölkələrin Azərbaycandakı səfirlikləri, eləcə də beynəlxalq qurumlar tərəfindən hadisədə həlak olan şəxslərin doğmalarına və yaxınlarına başsağlığı verilmişdir. == Zəmin == "Mi-17" tipli hərbi helikopter DSX-nin arsenalına təxminən 2011-ci ildə daxil edilmişdir. Bu helikopterin təyinatı quru qoşunların mobilliyinin artırılmasına və döyüş meydanında atəş dəstəyinin verilməsinə hesablanmışdır. DSX-nin aviasiya sistemində "Mi-17" bütün variantlarda istifadə olunur.
106 nömrəli avtobusda partlayış (film, 2004)
106 nömrəli avtobusda partlayış qısametrajlı sənədli-bədii televiziya filmi rejissor Oleq Namazov tərəfindən 2004-cü ildə çəkilmişdir. Film Lider televiziyasında istehsal edilmişdir. Film 1984-cü ildə Bakıda 106 saylı avtobusun partladılması terror hadisəsi haqqındadır. == Məzmun == Film 1984-cü ildə Bakıda 106 saylı avtobusun partladılması terror hadisəsi haqqındadır. Terror hadisəsi nəticəsində iki uşaq anası olan bir qadın həlak olmuş, daha bir neçə nəfər yaralanmışdı. Bu cinayəti törətmiş terrorçunun şəxsiyyəti müəyyən edilmiş, onun Vartanov soyadlı erməni olması sübuta yetirilmişdir.
106 saylı avtobusun partladılması
106 saylı avtobusun partladılması — 17 iyun 1984-cü ildə Bakı şəhərində 106 saylı sərnişin avtobusunun erməni terrorçusu Henrix Vartanov tərəfindən partladılması hadisəsi. == Haqqında == 17 iyun 1984-cü ildə Bakı şəhərində 106 saylı sərnişin avtobusu erməni terrorçusu Henrix Vartanov tərəfindən partladıldı. Vartanovun bu qanlı əməli o vaxt SSRİ-nin xüsusi xidmət orqanları tərəfindən terror aktı kimi deyil, onunla müdiriyyət arasında olan narazılıq kimi qiymətləndirildi. == Nəticə == İki uşaq anası olan bir qadın həlak olmuş, üç nəfər yaralanmışdır. == İstinadlar == == Ədəbiyyat == "Zaman Azərbaycan" qəzeti, 22 noyabr 2012-ci il. == Xarici keçidlər == Təmiz Söhbət - Ziya Yusifzadə (26.03.1999) — YouTube saytı.
10 avqust
10 avqust — Qriqorian təqvimində ilin 222-ci günü. (uzun ildə 223-cü) Bu tarixdə ilin sonuna 143 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 28 iyul tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === 1821 — Missuri ABŞ-nin 24-cü ştatı olub. === 1901–cari === 1910 — Antanta Dövlətləri və Osmanlı imperiyası arasında Sevr müqaviləsi imzalanmışdır. === Azərbaycana aid hadisələr === 1990 — Gəncədən 20 km uzaqlıqda Tbilisi-Ağdam marşrut avtobusu partladılmışdır. 2012 — Londonda keçən 2012 Yay Olimpiya Oyunlarında boksçular Məhəmmədrəsul Məcidov və Teymur Məmmədov bürünc medal qazanıb.
11 avqust
11 avqust — Qriqorian təqvimində ilin 223-cü günü. (uzun ildə 224-cü) Bu tarixdə ilin sonuna 142 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 29 iyul tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === 1473 — Ağqoyunlular və Osmanlı imperiyası arasında Otluqbeli döyüşü baş vermişdir. === 1601–1900 === === 1901–cari === 1920 — RSFSR və Latviya arasında Riqa sülh müqaviləsi imzalanmışdır. 1932 — Belarusda Belovejskaya Puşça Milli Parkı yaranmışdır. 1960 — Çad Fransadan müstəqilliyini elan edib. 2012 — İranın Şərqi Azərbaycan ostanında zəlzələlər baş vermişdir. === Azərbaycana aid hadisələr === 2008 — Pekində keçən 2008 Yay Olimpiya Oyunlarında cüdoçu Elnur Məmmədli qızıl medal qazanıb. 2012 — Londonda keçən 2012 Yay Olimpiya Oyunlarında güləşçilər Şərif Şərifov və Toğrul Əsgərov qızıl medal qazanıb.
12 avqust
12 avqust — Qriqorian təqvimində ilin 224-cü günü. (uzun ildə 225-ci) Bu tarixdə ilin sonuna 141 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 30 iyul tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === 1121 — Gürcüstan çarlığı və Böyük Səlcuq imperiyası arasında Didqori döyüşü baş vermişdir. === 1601–1900 === 1883 — Sonuncu kvaqqa Hollandiyanın Amsterdam şəhərindəki Natura Artis Maqistra zooparkında ölüb. === 1901–cari === 1981 — IBM PC buraxılmışdır. === Azərbaycana aid hadisələr === 2008 — Pekində keçən 2008 Yay Olimpiya Oyunlarında güləçi Rövşən Bayramov gümüş medal qazanıb. 2012 — Londonda keçən 2012 Yay Olimpiya Oyunlarında güləşçi Xetaq Qazyumov bürünc medal qazanıb. 2018 — Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan arasında Xəzər Dənizinin Hüquqi Statusu Haqqında Konvensiya imzalanmışdır.
13 avqust
13 avqust — Qriqorian təqvimində ilin 225-ci günü. (uzun ildə 226-cı) Bu tarixdə ilin sonuna 140 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 31 iyul tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === 1895 — ABŞ və İspaniya arasında İspan-ABŞ müharibəsi bitmişdir. === 1901–cari === 1960 — Mərkəzi Afrika Respublikası Fransadan müstəqilliyini elan edib. 1961 — Soyuq müharibə: Şərqi Almaniya sakinlərinin Qərbə qaçmaq cəhdlərinin qarşısını almaq üçün, Berlinin şərq və qərb sektorları arasındakı sərhədi bağlayır və Berlin divarının tikintisi başlanır. 2004 — XXVIII Yay Olimpiya Oyunları Afinada keçirilib.
14 avqust
14 avqust — Qriqorian təqvimində ilin 226-cı günü. (uzun ildə 227-ci) Bu tarixdə ilin sonuna 139 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 1 avqust tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === === 1901–cari === 1920 — VII Yay Olimpiya Oyunları Antverpendə keçirilib. 1947 — Pakistan Britaniya imperiyasından müstəqillik qazanıb. === Azərbaycana aid hadisələr === 2008 — Pekində keçən 2008 Yay Olimpiya Oyunlarında cüdoçu Mövlud Mirəliyev bürünc medal qazanıb.
15 avqust
15 avqust — Qriqorian təqvimində ilin 227-ci günü. (uzun ildə 228-ci) Bu tarixdə ilin sonuna 138 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 2 avqust tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === === 1901–cari === 1960 — Konqo Respublikası (Brazzavil) Fransadan müstəqilliyini qazanıb. === Azərbaycana aid hadisələr === 1992 — Azərbaycan manatı dövriyyəyə buraxılmışdır. 1994 — Azərbaycan və Sinqapur arasında diplomatik əlaqələr qurulmuşdur. 2016 — Rio-de-Janeyroda keçən 2016 Yay Olimpiya Oyunlarında güləşçi Sabah Şəriəti bürünc medal qazanıb.
15 avqust (film, 2001)
15 avqust (fr. 15 Août) — 2001-ci ildə istehsal olunmuş Fransa filmi.
160-cı Xüsusi Əməliyyat Aviasiya Polku
160-cı Xüsusi Əməliyyatlar Aviasiya polku (Hava-Desant Qüvvəsi) (ing. 160th Special Operations Aviation Regiment (Airborne)) və ya ləqəbi ilə “Gecə izləyiciləri” (ing. Night Stalkers) — xüsusi əməliyyat qüvvələrinə hava dəstəyi verən Birləşmiş Ştatların Quru Qoşunlarına bağlı xüsusi bir əməliyyatdır qüvvəsidir. Hücumlar, qarşıdurma və kəşfiyyat tapşırıqlarını yerinə yetirən polk ümumiyyətlə gecələr işləyir. 16 oktyabr 1981-ci ildə yaradılan polkun mərkəzi Amerika Birləşmiş Ştatlarının Kentucky ştatındakı Fort Campbell regionunda yerləşir.
16 avqust
16 avqust — Qriqorian təqvimində ilin 228-ci günü. (uzun ildə 229-cu) Bu tarixdə ilin sonuna 137 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 3 avqust tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === === 1901–cari === 1960 — Kipr Böyük Britaniyadan müstəqilliyini qazanıb. === Azərbaycana aid hadisələr === 2008 — Pekində keçən 2008 Yay Olimpiya Oyunlarında güləşçi Mariya Stadnik bürünc medal qazanıb. 2010 — Azərbaycan və Türkiyə arasında Türkiyə-Azərbaycan Strateji Əməkdaşlıq Sazişi imzalanmışdır. 2016 — Rio-de-Janeyroda keçən 2016 Yay Olimpiya Oyunlarında kanoeçi İnna Osipenko-Radomska və güləşçi Rəsul Çunayev bürünc medal qazanıb.
17 avqust
17 avqust — Qriqorian təqvimində ilin 229-cu günü. (uzun ildə 230-cu) Bu tarixdə ilin sonuna 136 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 4 avqust tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === 1668 — Osmanlı imperiyasında Şimali Anadolu zəlzələsi baş vermişdir. === 1901–cari === 1999 — Türkiyədə İzmit zəlzələsi baş vermişdir. 2008 — Amerikalı üzgüçü Maykl Felps Olimpiya Oyunlarında səkkiz qızıl medal qazanan ilk şəxs oldu. === Azərbaycana aid hadisələr === 2008 — Bakıdakı Əbu Bəkr məscidində terror hadisə baş vermişdir. 2016 — Rio-de-Janeyroda keçən 2016 Yay Olimpiya Oyunlarında güləşçi Mariya Stadnik gümüş, taekvonduçu Patimat Abakarova isə bürünc medal qazanıb.
1848-1849-cu illər Avstriya inqilabı
1848–1849-cu illər Avstriya inqilabı — Avstriya imperiyasında baş vermiş burjua-demokratik inqilab, 1848-ci il inqilablarından biri. == Tarixi == Avstriyada da inqilab Fransada baş verən inqilabının təsiri altında baş verdi. Avstriya hakim dairələri mətbuata Fransada baş verənlər haqqında bir kəlmə belə qeyd etməmək üçün qadağalar qoysa da, artıq mart ayının 3-də aşağı landtaqların tələbləri meydana çıxdı. Bu tələblərdə senzuranın ləğvi, təmsilçiliyin artırılması, landtaqların hüquqlarının genişləndirilməsi əks olunmuşdu. Mart ayının 13-də isə Vyanada baş verən üsyan nəticəsində, mart ayının 14-də Klemens Metternix hakimiyyətdən devrildi. Mart ayının 15-də isə Macarıstanda Buda və Peşt şəhərlərində üsyanların baş qaldırması ilə inqilab qalibiyyət çaldı. == Ədəbiyyat == Авербух Р. А. Революция в Австрии (1848–1849 гг.). М., 1970.
1911 Güləş üzrə Avropa Çempionatı
1911-ci ildə Güləş üzrə Avropa Çempionatı Budapeşt şəhərində (Avstriya-Macarıstan) keçirilmişdir. Güləş üzrə ilk Avropa Çempionatı idi. Yarışçılar ancaq Yunan-Roma güləşində mübarizə aparırdılar.
1921 Güləş üzrə Avropa Çempionatı
1921-ci ildə Güləş üzrə Avropa Çempionatı Almaniyanın Offenbax şəhərində keçirlmişdir. Yarışçılar ancaq Yunan-Roma güləşində mübarizə aparırdılar. Qaliblərin hamısı Almaniya təmsilçiləri oldular.
1924 Güləş üzrə Avropa Çempionatı
1924-cü ildə Güləş üzrə Avropa Çempionatı Almaniyanın Noynkirxen şəhərində keçirlmişdir. Yarışçılar ancaq Yunan-Roma güləşində mübarizə aparırdılar. Qaliblərin hamısı Almaniya təmsilçiləri oldular.
McDonnell Douglas AV-8B Harrier II
AV-8B Harrier II sözün əsl mənasında bütün V/STOL təyyarələri içərisində ən məşhur olan hərbi təyyarədir Onun bir ədəd Rolls Royce Pegasus II mühərriki vardır. Mühərrik təyyarənin tam mərkəzində yerləşir və təyyarənin hər iki tərəfində görünən hava girişləri təyyarənin mərkəzində yerləşən Rolls Royce Pegasus II mühərrikini hava ilə təmin edir. İlk Harrier II uçuşunun 1981-ci ilin payızında baş verdiyini nəzərə alaraq, orijinal Hawker P.1127-nin ilk uçuşunun üstündən çoxlu illərin keçdiyini görmək mümkündür. P.1127 1957-ci il dizaynlı olub, bir fransız mühərrik konsepsiyasının əsasında hazırlanmış və təkmilləşdirilmişdir. Layihənin maliyyələşdirilməsi Britaniyanın Bristol Engine Co. şirkəti və ABŞ Hökuməti tərəfindən “Müştərək Silahların İnkişafı Proqramı” (MWDP) çərçivəsində həyata keçirilmişdir. Mühərrikin konfiqurasiyası müəyyən edildikdən və mühərrikin inkişafı üçün tədqiqat işləri qaydasına salındıqdan sonra Hawket Aircraft Ltd. mühəndisləri diqqətlərini bu mühərrikdən istifadə edəcək V/STOL təyyarəsini yaratmağa yönəltmişdirlər. Onlar hökumətin və ordunun dəstəyi olmadan tək mühərrikli hücum-kəşfiyyat təyyarəsi istehsal etməyi bacarmışdırlar. Mühərrikin fırlanan eqzoslarından başqa, reaksiya idarəetmə sistemi də V/STOL qabiliyyəti üçün tələb olunan yeganə komplikasiya olmuşdur.

Значение слова в других словарях