Avtomatik Xətlər Elmi-İstehsalat Müəssisəsi — Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki müəssisə.
1970-ci ildə SSRİ Elektrotexnika Sənayesi Nazirliyinin "Ümumittifaq Elektro-Maşınqayırma Elmi-Tədqiqat Texnoloji İnstitutunun Bakı şöbəsi" yaradılmışdır. 1988-ci ildə onun bazasında "Stator" Elmi-İstehsalat Birliyi yaradılmışdır. 1989-cu ildə "Stator" EİB Elektrotexnika və Cihazqayırma Sənayesi Nazirliyinin tabeliyinə keçirilmişdir. 1993-cü ildə "Stator" EİB Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibinə daxil edilmişdir. 2006-cı ilin sentyabr ayında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə "Stator" EİB Avtomatik Xətlər və Qeyri Standart Avadanlıqlar Elmi-İstehsalat Müəssisəsi adlandırılmış və Müdafiə Sənayesi Nazirliyinin tabeliyinə verilmişdir. Müəssisənin müasir texnologiya və istehsal avadanlığı ilə təchiz olunması:
2008-ci ildən Avtomatik Xətlər Elmi-İstehsalat Müəssisəsi adı altında fəaliyyətini davam etdirir.[1]