AVOKADO

сущ. бот. авокадо (род вечнозел ёных плодовых растений сем. лавровых)
AVLAQ
AVRAL
OBASTAN VİKİ
Avokado
Avokado (lat. Persea) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinə aid bitki cinsi. Avokado həmişəyaşıl meyvə bitkiləri cinsidir. Tropik meyvədir. Hünd. 10–20 m-dir. Çiçəkləri ikicinsiyyətli və ağımtıldır. Armud formalı meyvələri tündyaşıl, yaxud qara və birtoxumlu olur. Əkiləndən 4-5 il sonra məhsul verməyə başlayır; hər ağacı 150-200 kq meyvə verir. Meyvələri 250-600 qr gəlir, yeyilir, qoz dadı verir.
Amerika avokadosu
Amerika avokadosu (lat. Persea americana) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinin avokado cinsinə aid bitki növü. Vətəni Mərkəzi Amerika və Meksikanın yüksəkdağlı rayonlarıdır. Botaniki cəhətdən avakado giləmeyvədir. Lakin əmtəəşünaslıq təsnifatına görə çəyirdəkli meyvələr qrupuna aid edilir. Meyvəsi yumru, oval formada, bəzən armudaoxşardır. Qabığı sıx, dərivari hamar və ya çopuq, qara, bənövşəyi və ya yaşıl rəngdədir. Yetişmiş meyvələrin ətliyi qabığından asan aralanır. Meyvənin daxilində iri çəyirdəyi var. Meyvənin ümumi kütləsinin 25%-ni təşkil edir.

Digər lüğətlərdə