avşarlamaq
avtargiya 2021
OBASTAN VİKİ
Avşarlar
Əfşarlar — Türk xalqı, 24 oğuz boyundan biri. Tarixi əfşarlar qədim oğuzlar, müasir əfşarlar isə azərbaycanlıların subetnosu hesab edilir. Əfşarlar — 1732-1802-ci illərdə hökmranlıq etmiş xanədanlıq.
Avşarlar (kitab)
Avşarlar sülaləsi
Əfşar imperiyası, (Əddəulət-u Əfşar, Xanədan-i Türkmaniyyə) (farsca: ایران افشاری) — Səfəvi dövlətinin süqutundan sonra yaranmış və əsası Nadir Şah Əfşar tərəfindən qoyulmuş tarixi Azərbaycan türk dövlətidir. Səfəvi şahı II.Təhmasib Nadir Xanın nüfuzunun dövlətdə artdığını görüb öz nüfuzunu artırmaq məqsədi ilə 1731-ci ildə Osmanlılara qarşı yürüşə keçdi, lakin döyüşdə məğlub olduqdan sonra Nadir xanın Osmanlılardan azad etdiyi ərazilər təkrar Osmanlının əlinə keçdi. Nadir xan 1732-ci ildə Şah II Təhmasibi hakimiyyətdən salaraq onun yerinə şahın oğlu III Abbası hakimiyyətə gətirdi və dövləti onun adından idarə etməyə başladı. Dövlətin bütün torpaqlarını işğaldan azad etdikdən sonra o, 1736-cı ildə Səfəviləri devirib Əfşarlar imperiyasını qurdu. == Əfşarlar sülaləsinin mənşəyi == İlk olaraq deyək ki Nadir şah bir ömürlük imperiyanı idarə edib. Fəzlullah Rəşidəddin və Əbülqazi Bahadır xan Xivəliyə görə əfşar adının mənası "işlərini cəld görən və ova həvəslidir". Bəzi müəlliflər isə bu adı əsərlərində "toplayıcı" və ya "əfsər, zabit" kimi açıqlayır. K. Nemət isə əfşar adının "avşı" feilindən yarandığı, "itaətli" mənasını verdiyini yazır. Türkoloq Mahmud Kaşğari "Divani-Lüğət-it-türk" əsərində 22 oğuz tayfalarından birini Əfşarlar qeyd etmişdir. Bu boy Boz oxlardan, Oğuz Xaqanın oğlu Ulduz xanın dörd oğlundan ən böyüyü olan Əfşarın soyundan gəlir.
Avşarlar (film)
Avşarlar qısametrajlı sənədli televiziya filmi rejissor Nazim Abbas tərəfindən 1996-cı ildə çəkilmişdir. Azərbaycan televiziyasında istehsal edilmişdir. Filmdə Avşar elinin tarixi, etnoqrafiyası əks etdirilir. == Məzmun == Filmdə Oğuzların Avşar boyuna mənsub köçəbə tayfa ittifaqı, tarixboyu İranda, Azərbaycanda, Əfqanıstanda, İraq və Suriyada yaşayan Avşar elinin tarixi və etnoqrafiyası əks etdirilir.
Avşarlar (film, 1996)

Məşhur avşarlar (kitab)