Avşarlar sülaləsi

Əfşar imperiyası, (Əddəulət-u Əfşar, Xanədan-i Türkmaniyyə)[9] və ya Türkman eli[10] (farsca: ایران افشاری) — Səfəvi dövlətinin süqutundan sonra yaranmış və əsası Nadir Şah Əfşar tərəfindən qoyulmuş tarixi Azərbaycan türk dövlətidir.[11][12][13] Səfəvi şahı II Təhmasib Nadir Xanın nüfuzunun dövlətdə artdığını görüb öz nüfuzunu artırmaq məqsədilə 1731-ci ildə Osmanlılara qarşı yürüşə keçdi, lakin döyüşdə məğlub olduqdan sonra Nadir xanın Osmanlılardan azad etdiyi ərazilər təkrar Osmanlının əlinə keçdi. Nadir xan 1732-ci ildə Şah II Təhmasibi hakimiyyətdən salaraq onun yerinə şahın oğlu III Abbası hakimiyyətə gətirdi və dövləti onun adından idarə etməyə başladı. Dövlətin bütün torpaqlarını işğaldan azad etdikdən sonra o, 1736-cı ildə Səfəviləri devirib Əfşarlar imperiyasını qurdu.[14]

İmperiya
Əfşar imperiyası
Bayraq Gerb
Bayraq Gerb
Nadir şahın dövründə Əfşarlar dövlətinin ərazisi 3.800.000 km²[1][2]
Nadir şahın dövründə Əfşarlar dövlətinin ərazisi 3.800.000 km²[1][2]
 
 
 
 
 

Paytaxt Məşhəd[4][5][6]
Rəsmi dili
Dövlət dini İslam
Valyuta Tümən
İdarəetmə forması Mütləq monarxiya
ÜDM $119.85 milyard[8]
Şahənşah
 • (1736–1747) I Nadir
 • (1747-1747) I Adil
 • (1747–1748) I İbrahim
 • (1748–1796) I Şahrux
 • (1797-1803) II Nadir
Davamiyyət
 →
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əfşarlar sülaləsinin mənşəyi

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Əfşar boyu

İlk olaraq deyək ki Nadir şah bir ömürlük imperiyanı idarə edib. Fəzlullah Rəşidəddin və Əbülqazi Bahadır xan Xivəliyə görə əfşar adının mənası "işlərini cəld görən və ova həvəslidir". Bəzi müəlliflər isə bu adı əsərlərində "toplayıcı" və ya "əfsər, zabit" kimi açıqlayır. K. Nemət isə əfşar adının "avşı" feilindən yarandığı, "itaətli" mənasını verdiyini yazır. Türkoloq Mahmud Kaşğari "Divani-Lüğət-it-türk" əsərində 22 oğuz tayfalarından birini Əfşarlar qeyd etmişdir. Bu boy Boz oxlardan, Oğuz Xaqanın oğlu Ulduz xanın dörd oğlundan ən böyüyü olan Əfşarın soyundan gəlir.[15]

Əfşarlar Orta Asiyada, Dədə Qorqud dastanlarında Oğuz eli deyilən Sırdərya bölgəsində yaşamışdılar. Böyük köç ilə Xuzistan, Xorasan yolu ilə Azərbaycana, bir qismi isə İraq, Suriya yolu ilə Anadoluya gəlmişdilər və İrana, İraq Suriyasına, və Əfqanıstana da yayılmışlar. Əfşarlar Oğuzun o biri nəvələri Qınıqlar və Sürüşülər kimi dövlət qurmuş, böyük hökmdarlar və sülalələr yetişdirmişlər.[16]

Bu adın əfşar Azərbaycan-türk mənşəli etnonimdən yaranması şübhə doğurmur. Əfşarlar Azərbaycan xalqı və dilinin formalaşmasında əsas rol oynayan və Azərbaycan ərazisində toponimlərin yaranmasında fəal iştirak edən etnos olmuşlar. Avşar etnonimi İran ərazisində də çox yayılmışdır. Türk xalqlarının abidələrində bu tayfanın adı çəkilir.[17] Əfşarların İranda geniş ərazidə yayıldığını V. İ. Savina qeyd edir: "Əfşarlar İranın türk əhalisinin arasında hazırkı dönəmdə böyük qrupları vardır. Səfəvilərə qədər Azərbaycanda (Cağatu çayından şərqdə), sonra demək olar ki, hər tərəfə yayıldılar. İndi onlara Azərbaycanda rast gəlmək mümkündür." Əfşarların 1071-ci il Malazgird döyüşündə Anadolunun türk yurdu halına gəlməsində Qayılar, Qınıqlar kimi ilk sıralarda yer aldıqlarını göstərən mənbələr mövcuddur. Onlar, türk ulusu içərində bir boy olduğuna baxmayaraq türk topluluğu arasında əfşarların adı çox çəkilir. Əfşarlar Oğuzların islamdan öncəki tarixində də əhəmiyyətli rol oynamış boylardan biridir.[16]

Tarixi araşdırmalardan birində Əfşar boyunun Şahsevən boyundan yaranması və Kerman vilayətində yerləşməsi qeyd olunur. Məlumdur ki, Şahsevən boyu da türk boyudur və əfşarlar bu boydan yaranması haqqında ciddi faktlar yoxdur. Əfşarların Kerman vilayətində yaşamasını isə tarixi ədəbiyyatda Səfəvi dövrü ilə bağlılığı və əfşarların Kerman ətrafına Şah İsmayıl tərəfindən köçürülməsi təsdiqlənir. O da bildirilir ki, "Kerman ətrafında hazırda da əfşarlar yaşamaqda davam edirlər. Ancaq onların çoxu fars əhalisi ilə assimliyasiya olunmuş və çox az bir hissəsi hazırda ana dilində danışa bilir."[18]

Nadir şah haqqında irihəcmli tədqiqat əsərinin müəllifi olan Əbuturab Sərdadvər öz kitabında Əfşar boyunun ilkin olaraq Qafqazda və Azərbaycan məskunlaşdıqlarını təsdiq edir. Və sonra da bu boyun sırf İran boyu olduğunu iddia edir. Müəllif əlavə edir ki, bu boyun yalnız dili Azərbaycan dilidir. Qalan bütün xüsusiyyətləri isə İranla bağlıdır. Başqa bir İran təqdiqatçısı Əlirza Əfşar Cəm də Əfşar boyunu tamamilə İranla bağlayır və onun türklərə ümumiyyətlə heç bir aidliyi olmadığını irəli sürür. Onun iddiasına görə Əfşarlar qədim İranın qədim tayfalarından olmaqla part irqinə mənsubdurlar. Müəllif yazır ki, yalnız monqol hücumları başlayarkən onlar Türküstandan hərəkət edib Qərbi Azərbaycana köç etmişlər.[18][19]

L. Lokkart da bu fikri təsdiq edir. Onun yazdıqlarına görə, əfşarlar Mərkəzi Asiyadan monqol hücumları nəticəsində sıxışdırılaraq Azərbaycana köçmüş və sonra da buradan İranın bütün ərazisinə yayılmışlar. Lokkartın istinad etdiyi fikrə görə, əfşarların Mərkəzi Asiyadan Azərbaycana doğru hərəkət etməsi XVI əsrdə baş vermişdir.[18]

Nadir şah (1736–1747)

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Nadir şah Əfşar

Əfşar sülaləsinin hakimiyyətə gəlməsi

[redaktə | mənbəni redaktə et]

Nadirqulu xan Əfşar 1730–1736-cı illərdə Səfəvi İmperiyasının ali baş komandanı, 1732–1736-cı illərdə isə şahın qəyyumu idi. 1732–1736-cı illərdə Səfəvilər dövlətinin itirilmiş bütün ərazilərini geri qaytaran Nadir 1736-cı ilin əvvəllərində özünü şah elan etmək üçün münasib şərait yaratdı. Əvvəlcədən hazırlanmış plana görə III Şah Abbasın qəflətən ölümündən istifadə edərək, 1736-cı ilin martın 21-də Suqovuşan adlanan yer olan Qalaqayında[20] (indiki Sabirabad şəhərində Kürlə Arazın qovuşduğu yer) toplanmış Muğan qurultayında Nadir xan özünü şah elan etdi.[21] Beləliklə, əslində Səfəvilər sülaləsinin hakimiyyətinə son qoyuldu və İranla Azərbaycanda yeni türk-müsəlman sülaləsi olan Əfşarlar sülaləsi hakimiyyətə gəldi.[22]

Dağıstanda Əfşarlar əleyhinə üsyanlar

[redaktə | mənbəni redaktə et]

Nadir şahın fəthləri

[redaktə | mənbəni redaktə et]

Nadir şah ömrünün təqribən 37 ilini müxtəlif döyüşlərdə at belində keçirib, xarici işğalçılara qarşı 120-dən artıq irili-xırdalı müharibələr aparmışdır. Onların çox azında məğlub olsa da, bu uğursuzluqların heç biri onu ruhdan salmamış, əksinə o, məğlubiyyətin səbəblərini dərindən öyrənib daha ciddi, daha möhkəm hazırlıqla hücuma keçib, düşmənlərinin məğlub etmişdir. Bu misilsiz sərkərdə öz polad iradəsi, cəsarəti, mətanəti, möhkəm səbri, ağıllı tədbirləri, hədsiz rəşadəti və şücaəti ilə qarşıya çıxan çətinlikləri mərdliklə aradan qaldırıb, daxili və xarici düşmənlərin öhdəsindən layiqincə gəlirdi.

Get-gedə Nadirin əhatəsi və şöhrəti böyüdü. 1719–1720-ci illərdə Nadir Kelata hücum etdi və oranı tutdu. Kelat qalasının hakimini və onun qoşunlarını əsir aldı. Nadir 1727-ci ildə Bağdaddakı əfqanları və qiyamçılarını qılıncdan keçirtdi. Nadir 500 nəfərlə 4 gün içərisində əfqanların içərisinə elə bir vəlvələ saldı ki, əfqanlar Herata doğru geri çəkildilər. O, 1729-cu ildə əfqanları Bəstanda, Mehmandüştanda, Xar dərəsində darmadağın etdi. 1729-cu il 26 oktyabrda isə İsfahan şəhərini əfqanlardan təmizlədi. Tezliklə Nadir Şiraza doğru hücum edib, əfqan ordusunu darmadağın etdi. Əfqan ordusunun başçısı Əşrəf xan Sistanndə öldürüldü Əşrəfin öldürülməsi ilə əfqanlar üzərində 1730-cu ildə qəti qələbə çalındı. 1729-cu ildə Qəndahar şəhərində, Dəludustanda əfqan qüvvələri tamamilə darmadağın edildi. Nadir Qəndəharı tutmaqla Səfəvi ordusunun şərəfini və eyni zamanda Səfəvilərin əldən getmiş torpaqlarını geri qaytardı.[23] Nadir 1730-cu ilin mart ayında 25 min atlı və xeyli sayda qoşunla Həmədana doğru irəlilədi. Nadir qəflətən Nəhavənddə Osmanlı qoşunlarını darmadağın etdi və osmanlı ordusunun baş komandanı Osman paşa Həmədana qaçdı. Nadir irəliləyərək daha sonra 50 minlik Osmanlı ordusuna ağır zərbə vurdu və Osmanlı ordusu məğlub olub Bağdada çəkildi. Çoxlu sayda silah, at və cəbbəxana sursatları Nadirin əlinə keçdi. Nadir tezliklə Həmədanı tutub Kirmanşaha hücum etdi. Osmanlı ordusunun baş komandanı Həsən paşa Kirmanşahı buraxıb, Həmədana qaçdı. Nadir şah Azərbaycanı osmanlılardan təmizləmək üçün Gürcüstandan Azərbaycan ərazisinə keçdi. Bu xəbəri eşidən Osmanlı sultanı 1730-cu ilin 24 iyulunda Səfəvilərə rəsmi müharibə elan etdi. Nadir Miyandaba şəhərində toplaşan Osmanlı qoşunlarına hücum etdi, 100 minlik Nadiri nqoşunu qarşısında Osmanlı ordusu Marağaya doğru qaçdı. Nadir şah onları təqib edib, Marağanı və onun ətrafını osmanlılardan azad etdi. Nadir iki gün Marağada qaldıqdan sonra Təbrizi azad etmək üçün Təbrizə doğru hücuma keçib, Rüstəm paşa və Mustafa paşanın ordularını darmadağın edib, 17 avqust 1730-cu ildə Təbrizi osmanlılardan azad etdi.

Nadirin dalbadal qələbələri osmanlıları narahat etdi. Osmanlılar elə zənn edirdilər ki, ruslar Nadirə kömək edirlər. O dövrün fransız səfiri Şevalye Qerqan 1730-cu ildə İsfahandan Fransaya gedərkən yazır: "Bəsrədən Bağdada, Hələb darvazalarına qədər hamı Nadir xanın adı gələndə tir-tir əsirdi".'[24]II Şah Təhmasib 1731-ci ildə osmanlılarla müharibəyə başladı, lakin II Şah Təhmasibin ordusu Həmədan yaxınlığında Qurcanda osmanlılarla döyüşdə məğlub oldu və yenidən osmanlılar Əli paşanın başçılığı ilə Azərbaycana yürüş edib, Təbrizi, Marağanı tutdu. 11 yanvar 1732-ci ildə Təhmasib şah osmanlılar ilə sülh müqaviləsi(Kirmanşah müqaviləsi) bağlamalı oldu. 1732-ci ildə Nadir Şah Təhmasibi hakimiyyətdən kənarlaşdırıb, 8 aylıq III Şah Abbası Səfəvi şahı elan etdi. Tezliklə Nadir 1732-ci ildə Kirmanşahı osmanlılardan azad etdi. Daha sonra o, KərkükVan şəhərlərinə hücum edib, osmanlı ordusundan azad etdi. Bağdada doğru hücuma keçdi, tezliklə o, Kərbəla, Nəcəf və köhnə Bağdad şəhərini tutdu. Osmanlı imperatoru Bağdadın vəziyyətinin çətin olduğunu görüb, görkəmli sərkərdəsi Topal Osman paşanı 100 minlik qoşunla Bağdada göndərdi. Bu döyüşdə Osman paşa öldürüldü. Nadir tezliklə Təbrizi də azad etdi və yenidən 30 minlik ordu ilə Bağdada qayıtdı. Bir neçə gündən sonra Osmanlı ordusuna rəhbərlik edən Əhməd paşa Nadirin yanına adam göndərib, sülh müqaviləsi bağlamasını təklif etdi. Tutduqları bütün Səfəvi torpaqlarını geri qaytaracaqlarını vəd etdi. 1733-cü ilin qışında osmanlılarla sülh müqaviləsi imzalandı. Müqaviləyə əsasən Səfəvi əsirləri və işğal olunmuş Səfəvi torpaqları geri qaytarıldı. Bundan sonra Nadirin qoşunları 1734-cü ilin 21 martında Novruz bayramını Şirazda təntənə ilə qeyd etdi və Osmanlı dövlətinə xəbərdarlıq etdi ki, Araz çayının şimalındakı Azərbaycan torpaqlarını geri qaytarsınlar. Tezliklə Nadir anladı ki, Osmanlı dövləti Bağdad sülhünə əsasən Araz çayının şimalında olan Azərbaycan torpaqlarını qaytarmaq istəmir. Nadir rus hökumətinin səfiri Kaluşkindən Xəzərboyu əyalətlərdən əl çəkməyi tələb etdi. Nadir Şamaxıya hücum edib (bu taktiki siyasi addım idi) rus dövlətini qorxuya saldı, həmçinin gürcü çarı VI Vaxtanq Nadirin qorxusundan ruslara itaət etməkdən əl çəkib, Nadirə itaət etdi. 1735-ci il noyabrın 10-da Gəncədə bağlanan müqaviləyə əsasən rus qoşunları zəbt etdikləri Xəzəryanı ərazini Nadirin hücumundan qorxub tamamilə tərk etdilər. 1735-ci ilin yazında Nadir, demək olar ki, Azərbaycanın qərb torpaqlarını – Gəncəni, Borçalını, İrəvanı, həmçinin Gürcüstanı, osmanlılardan azad etdi. 1735-ci ildə Qarsı mühasirəyə aldı, may ayının 15-də Qarsı və onun ətrafını ələ keçirtdi. Nadirin qoşunları Osmanlı ərazisində Ərzurum, Qars, Van əyalətlərini və bir sıra şimal bölgələrini yenidən öz imperiyasının tərkibinə qatdı. Bundan sonra o, qoşununu cənuba – Fars körfəzinin əyalətlərinə çəkib, tezliklə Bəsrəni, Bəhreyni ələ keçirdiyi Fars körfəzində apardığı müharibələrdə dəniz donanmasının da yaranmasına böyük əhəmiyyət verdi.[25][26] 1741-ci ildə Dərbənddən Osmanlı dövlətinə tərəf geri qayıtdı. Dərbənddə olarkən o, Xəzər dənizində də donanma təşkil etmək və gələcəkdə türklərin əzəli torpağı olan Həştərxan və Volqaboyu əraziləri də ələ keçirtmək niyyətində idi, lakin osmanlılarla gedən müharibə onu bu fikrindən daşındırdı.

Nadir şahın Hindistana yürüşü

Nadir şah Rusiya və Osmanlı dövlətləriylə əlaqələri nizama saldıqdan sonra Hindistana üz tutur. Nadir şahın Hindistana yürüşünün səbəbi bu ölkənin ərazisində sığınacaq tapan qiyamçı əfqanlara qarşı Hindistan sarayının qətiyyətli mövqe tutmaması ilə əlaqələndirilir. İstər şimaldakı əbdali əfqanları, istərsə cənubda gilzayi əfqanları mütəmadi olaraq qiyamçı yürüşlər edib mərkəzi dövlətin möhkəmlənməsinə zərbə vurdular. Hakimiyyətinin möhkəmləndirilməsi üçün ciddi narahatlıq mənbəyi olan əfqan qiyamçılarının əsas qüvvələrinin birdəfəlik susdurulması Nadir şahın arzularından biri idi, amma əfqanlar Nadir şahın qoşunlarının təqibindən qaçıb Hindistan ərazisində sığınacaq tapa bilirdilər. Nadir şah Hindistan padşahı Məhəmməd şah Gurganinin nəzərinə çatdırdı ki, Qəndəharın gilzayi əfqanlarından təmizlənməsi üçün lazımi tədbirlər həyata keçirəcəkdir. Bu zaman əfqanlar Kabula və oradan da Hindistana geri çəkiləcəklər. Nadir şah buna yol verməmək üçün sərhədlərin bağlanmasını xahiş edirdi. Nadirin göndərdiyi elçinin Məhəmməd şah qayıtmasına izin vermədi. Nadir bundan qəzəblənib, 1738-ci ilin yazında QəznəKabula hərəkətə keçdi. 1738-ci ilin 14 iyununda Nadirin qoşunları Qəznəyə çatdı. Oradan Kabula keçdi. Kabul hakimi Nəsir xan Dehlidən kömək istədi, lakin onlardan heç bir kömək gəlmədi. Tezliklə Kabul təslim oldu və Nadirin qoşunu Hindistanın paytaxtı Dehliyə doğru hücuma başladı. Onu da vurğulayıram ki, Nadir şah Məhəmməd şaha bir neçə dəfə müraciət etsə də, Məhəmməd şah ona cavab verməmişdi. Nadir də bu soyuqqanlılıqdan sonra Məhəmməd şahın üzərinə hücum etmək qərarına gəlimişdi. Tezliklə Pişəvər, Lahor əyalətləri Nadir tərəfindən zəbt olunur. Nadirin ordusu çətin dağ aşırımlarından, çaylardan keçərək, Yəminabadın, Abadı, Kəşmiri, Xornalı və Hindistanın başqa şəhərlərini ələ keçirtdi. Nadir şahın qoşunları Hindistanın qərb hissəsini fəth edib, Dehliyə yaxınlaşdılar. 1739-cu ilin 24 fevralında Məhəmməd şahın qoşunları Nadirin qoşunları ilə Dehlinin yaxınlığında, Karnal deyilən ərazidə qarşılaşdılar. Mənbələrə görə, hind qoşunlarının sayı 350 min nəfər, Nadir şahın qoşunlarının sayı isə 160 min nəfər idi. Hind qoşunlarının əhatə etdiyi ərazi 50 hektarlıq bir sahə idi. Bu üstünlüklərə baxmayaraq, tezliklə Nadirin ordusu özündən qat-qat güclü olan hind ordusunu darmadağın etdi. Məhəmməd şah sülh müqaviləsi bağlamağa məcbur qaldı. 31-də ordusu ilə birgə Nadirə təslim oldu. Məhəmməd şah da türk-soylu sülalədən olan bir şah idi. Ona görə Nadir şah onun şahlığını əlindən almadı bu mərhəmət müqabilində 150 (75 milyon) kurur tümən müharibə xərci kimi Hindistan tərəfindən ödənildi. Eyni zamanda müqavilədə hansı ərazilərin əfşarlar dövlətinin tərkibinə qatılması da dəqiqləşdirildi. Bu ərazilər aşağıdakılar idi: Ətək çayının və Sind çayının Absind və Nalasəng qalalarından qərbdə olan ərazilər, yəni, Pişavər, Kabul əyaləti, Qəzni, Əfqanıstan, hezarələr yaşayan ərazilər və s. Bir sözlə Ətək çayının qərbindən başlayaraq keçmiş Səfəvi sərhədlərinə qədər olan ərazilər Azərbaycana verilməli idi. Həmin ərazilərin idarə edilməsi Nadir şah sarayının ixtiyarna verilirdi. Hindistan daxilindəki işləri nizama saldıqdan, çoxlu sayda sərvət ələ keçirdikdən və istirahət üçün zəruri olan vaxt başa çatdıqdan sonra Nadir şah geri qayıtmaq qərarına gəldi. "Tarix-e Cahanqoşaye Naderi"nin yazdığına görə, Nadir şah Hindistanda 57 gün qaldı[27]

Hindistandakı işləri qaydaya salandan sonra Nadir şah Türküstana yürüşə hazırlaşır. Türküstana yürüş başlanmasının əsas səbəbi Türküstan xanı İlbars xanın Nadir şaha qarşı saymazyanalığı, dəfələrlə Xorasan vilayətinə basqınlar etməsi, Xorasana növbəti müdaxilələrin qarşısının birdəfəlik alınması istəyi idi. 1740-cı ilin yazında Türküstana doğru yürüşə başladı. Nadirin Türküstana yürüşü yerli xalqlar tərəfindən çox sevinclə qarşılandı. Hətta bəzi qala qapıları yerli insanlar tərəfindən Nadirin qoşunlarının üzünə açılırdı. Tezliklə Nadirin qoşunları 1740-cı il avqustun 20-də Kərki məntəqəsinə daxil oldular. Türküstan xanı Əbülfəz Əmir Teymura məxsus olan qılıncı, Çingiz xana məxsus olan dəbilqə və zirehi və çoxsaylı hədiyyələri, eyni zamanda bütün xəzinəsini Nadir şaha hədiyyə etdi. Nadir də öz növbəsində, Hindis tandan gətirdiyi qiymətli hədiyyələrdən Əbülfəz xanı və digər ona tabe olan əyyanları mükafatlandırdı. Əbülfəz xan ilə barışıq sazişi əldə edildikdən sonra Nadir şah Əbülfəz xanı yenidən Türküstan xanı elan etdi(vassal olaraq). 1740-cı il oktyabr ayın 17-də Türküstanın şahlıq tacını ona qaytardı. 1740-cı il noyabr ayının 14-də İlbars xan məğlub edilərək öldürüldü və tezliklə Buxara, Səmərqənd istiqamətində olan ərazilər də Nadirin hakimiyyətini qəbul etdilər. Nadir şah tezliklə Xivədə, Xarəzmdə öz hakimiyyətini bərqərar etdi.

Nadir şah HindistanıTürküstanı fəth etdikdən sonra Məşhədə qayıtdı. Daxili idarəçilik və qoşunların nizamlanması ilə məşğul oldu. Türküstanın fəthindən sonra qardaşı İbrahimin qisasını almaqdan ötrü Dağıstana yürüş etməli idi. Həmçinin bu yürüş İbrahim xanın qisasının alınmasından başqa Dağıstan ərazisini və rus qoşunlarının da Şimali Qafqaza girməsinin qarşısını almaq idi. 1741-ci il mart ayının 14-də Nadir şahın qoşunları Məşhəddən Dağıstana doğru istiqamət götürdülər. 1742-ci ilin mayında Tabasaranda Nadir böyük əməliyyat keçirdib həmin əraziləri itaət altına aldı. Nadir Dağıstanda, Qumuxda, Qaraqayıtda və Tabasaranda çox ciddi müqavimətə rast gəldi. Nadir belə bir qərara gəldi ki, burada hücumlarını dayandırsın. Dağıstanın nüfuzlu əyyanlarından olan Üsmi Əhməd xan Qürreyş qalasında Nadirə ciddi müqavimət göstərdi, lakin Nadirin qoşunları tezliklə Qürreyş qalasını da ələ keçirtdi. Üsmi Əhmət xan gizlincə qaladan qaçaraq Avara üz tutdu. Nadirin əmri ilə Qürreyş qalası yerlə yeksan edildi. Döyüşlərin son dərəcə ağır getməsinə baxmayaraq, Nadir şahın qoşunları Dağıstanın böyük bir hissəsini nəzarət altına ala bildi. 1742-ci ilin oktyabrında Samurçay ətrafında məskunlaşan və Nadir şaha itaətini bəyan edən dağlılar Nadir şah tərəfindən bahalı hədiyyələrə layiq görüldü.[28]

Parçalanması və dağılması

[redaktə | mənbəni redaktə et]

Hicri-qəməri tarixi ilə 1160-cı il Cəmadül-Sani ayının 11-i axşamı (bazar gecəsi) Xəbuşan yaxınlığındakı Fəthabadda qurulan düşərgədə Məhəmməd bəy Qacar İrəvani, Musa bəy Əmirli Əfşar, Qoca bəy Kəndirli Əfşar, Saleh xan Qırxlının, keşikçibaşı Məmmədqulu xan Əfşarın və bir sıra digər həmişəkeşiyin dəstəyi ilə gecə yarı Nadir şahın çadırına daxil oldular, Nadir şahı qətlə yetirdilər.[29] Əliqulu xan Nadir şahın qətli xəbərini alan kimi dərhal Məşhədə yola düşdü və Nadir şahın öldürülməsindən 16 gün sonra özünü Məşhəddə ölkə şahı elan etdi. Əliqulu xanın əmri ilə Kelatda Rzaqulu Mirzə və Nadir şahın övlad və nəvələrindən daha 16 nəfəri qətlə yetirildi.[30] Qətlə yetirilənlər arasında Nadir şahın kiçik yaşlı övladları və nəvələri var idi. Ədalətli şah olacağını qabartmaq üçün Əliqulu xan adını da dəyişdirdi və Adil şah adını öz üzərinə götürdü. Ona bəzən Əli şah kimi də müraciət olunurdu. 1748-ci ilin iyulunda Adil şah qardaşı İbrahim tərəfindən məğlub edilərək öldürüldü.[31] Nadir şahın həyatına qəsd edən Adil şahın şahlığı cəmi bir il çəkdi. İbrahim xan özünü şah elan etdi və adına sikkə zərb etdirdi. 1748-ci ildə İbrahim şah Əfşar ölkədə çox böyük gücə malik olan Əmiraslan xanı Marağa yaxınlığında məğlub edəndən sonra bütün hakimiyyəti öz əlində birləşdirdi. Əmiraslan xan məğlubiyyətə uğradıqdan sonra Azərbaycanda, Gürcüstanda, Luristanda, Xuzistanda, Farsda və Fars körfəzində, habelə Kirmanda olan Nadir şah qoşunlarının qalıqları, habelə əfqanözbək tayfaları onun tərəfinə keçdilər. Eyni zamanda adları çəkilən vilayətlər də onun nəzarəti altına düşdülər. Mənbələrin verdiyi məlumata görə, İbrahim xanın tabeliyində olan qoşunların ümumi sayı 120 min nəfərə çatdı . İbrahim şah isə Şahrux Mirzə tərəfindən öldürüldü.[32][33] Şahrux şahın da hakimiyyəti uzun sürmədi. Bir müddətdən sonra Şah Sultan Hüseynin bacısının əri, Seyid Məhəmməd adlı birisi Şahrux şahı sünniliklə bağlı olması bəhanəsi ilə ona qarşı təbliğata başladı və ətrafına xeyli adam toplaya bildi. Onun tərəfdarları o qədər çoxaldı ki, hətta Şahrux şahın üzərinə qoşun da çəkdi. Seyid Məhəmməd öz tərəfdarları ilə birlikdə Şahrux şaha üstün gəldi. Şahrux şah həbs edilib gözləri çıxardıldı. Seyid Məhəmməd özünü Süleyman şah adı ilə şah elan etdi. Bununla da əslində, ölkə daxilində yenidən hərc-mərclik yaranmasına rəvac verildi. Çox keçmədi ki, Şahrux Mirzənin sərkərdələrindən olan Yusifəli adlı birisi Süleyman şahın üstünə qoşun çəkdi. Onu öldürdü və Şahrux şah yenidən şah elan edildi. Qısa müddətdən sonra Xorasanda güclənən çəkişmələr nəticəsində Şahrux Mirzə bir daha taxt tacdan uzaqlaşdırıldı. Əhməd xan Əbdali Dürraninin rəhbərliyi altında olan əfqanlar hücumla Məşhədi tutub Şahrux şahı yenə taxta çıxardılar. Ölkədə qızışan daxili çəkişmələr Şahrux şahın hakimiyyətini yalnız Xorasan vilayəti ilə məhdudlaşdırırdı. Digər vilayətlərin hakimləri isə Şahrux Mirzə hakimiyyətini tanımaq istəmirdilər. 1796-cı ildə Xorasan vilayəti də Ağa Məhəmməd xan Qacarın hücumuna məruz qaldı. Ağa Məhəmməd xan Şahruxu taxtdan saldı və öldürdü.[34] Şahrux şahın oğlu II Nadir şah əfqanların köməyi ilə 1800-cü ildə Xorasanda özünü hakim elan etdi. 1805-ci ildə o, Fətəli şah Qacar tərəfindən qətlə yetirildi. Bununla, Nadir şahın ölümündən 58 il sonra onun sülaləsinə də son qoyuldu.

Əfşarların mənşəyi

[redaktə | mənbəni redaktə et]

"Əfşar" – yəni "ovda çevik olan". Onlar Oğuz xanın oğlu Ulduz xanın övladlarıdır.[35] Əfşar boyu Oğuz Xaqan dastanına görə oğuzların 24 boyundan biri[36]Mahmud Kaşğariyə görə "Divanü Lüğat-it-Türk"dəki iyirmi iki oğuz bölümündən altıncısıdır.[37][38] Bu boy Boz oxlardan, Oğuz Xaqanın oğlu Ulduz xanın dörd oğlundan ən böyüyü olan Əfşarın(Afşarın) soyundan gəlir.

Əfşarlar Orta Asiyada, Dədə Qorqud dastanlarında Oğuzeli deyilən Sırdərya bölgəsində yaşamışdılar. Böyük köç ilə Xuzistan, Xorasan yolu ilə Azərbaycana, bir qismi isə İraq, Suriya yolu ilə Anadoluya gəlmişdilər və İrana, İraq Suriyasına, və Əfqanıstana da yayılmışlar. Əfşarlar Oğuzun o biri nəvələri Qınıqlar və Sürüşülər kimi dövlət qurmuş, böyük hökmdarlar və sülalələr yetişdirmişlər. Türklük şuurları olduqca güçlü bir boydur.[39]

Azərbaycanda Əfşarların birinci dalğası 1399–1400-cü ildə Əmir Teymur tərəfindən, Qorgin Bəy Usalu (Qurd Osalu) adında birini bu bölgənin (Urmiyanın) valisi təyin edən zaman yerləşmişdir.[40]

Əfşar şahları

[redaktə | mənbəni redaktə et]
Adı Portreti Atası Həyatı Hakimiyyətinin başlanğıcı Hakimiyyətinin sonu
1 Nadir şah İmamqulu bəy Əfşar 1688–1747 21 mart 1736 19 iyun 1747
2 Adil şah İbrahim xan Əfşar 1719–1748 17 iyun 1747 iyul 1748
3 İbrahim şah İbrahim xan Əfşar 1717–1748 iyul 1748 sentyabr 1748
4 Şahrux şah Rzaqulu xan Əfşar 1734–1796 sentyabr 1748 1749 (1796)
5 II Nadir şah Şahrux şah Qırxlı-Avşar ?–1803 noyabr 1797 aprel 1803
  • Ənvər Çingizoğlu, Aydın Avşar. Avşar eli və Avşarlar. Bakı: "Şuşa" nəşriyyatı, 2008.
  1. "NĀDER SHAH – Encyclopaedia Iranica". 2018-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-08.
  2. Soucek, Svat. A History of Inner Asia. Cambridge University Press. 2000. səh. 179. ISBN 9780521657044. In 1740 Nadir Shah, the new ruler of Iran, crossed the Amu Darya and, accepting the submission of Muhammad Hakim Bi which was then formalized by the acquiescence of Abulfayz Khan himself, proceeded to attack Khiva. When rebellions broke out in 1743 upon the death of Muhammad Hakim, the shah dispatched the ataliq’s son Muhammad Rahim Bi, who had accompanied him to Iran, to quell them.
  3. https://iranicaonline.org/articles/afsharids-dynasty.
  4. Riyahi M. Ə. «Aləm Ara-ye Naderi»yə əsərinə müqəddimə, c. I, Tehran, 1358, s. 42.
  5. Şəbani R. Tarix-e ectemai-ye İran dər əsr-e Əfşariyye. Tehran, 1371, s. 151, 153.
  6. Axworthy, Michael (2006). The Sword of Persia . I.B. Tauris. pp. 5, 45, 70, 80, 157, 279. ISBN 1-84511-982-7
  7. Turan uygarlığına giriş. Turan mefkuresi ve tanrıcılık, Faik Elekberli, astana yayınları. Səh-142,143
  8. Iran Transportation Policy and Regulations Handbook Volume 1 Strategic Information and Developments.2013. ISBN: 9781433066337, 1433066335. Səhifə - 286.
  9. T. C. BAŞBAKANLIK DEVLET ARŞİVLERİ GENEL MÜDÜRLÜĞÜ Osmanlı Arşivi Daire Başkanlığı Yayın Nu: 136, I MAHMUD-NADİR ŞAH MEKTUPLAŞMALARI, 3 Numaralı Nâme-i Hümâyûn Defteri (Transkripsiyon / Tıpkıbasım), İSTANBUL
  10. T. C. BAŞBAKANLIK DEVLET ARŞİVLERİ GENEL MÜDÜRLÜĞÜ Osmanlı Arşivi Daire Başkanlığı Yayın Nu: 136 I.MAHMUD-NADİR ŞAH MEKTUPLAŞMALARI =5 3 Numaralı Nâme-i Hümâyûn Defteri ( Transkripsiyon / Tıpkıbasım ) İSTANBUL 2014 Səhifə - 33,67,68,69
  11. Waines, David. An Introduction to Islam (ingilis). Cambridge University Press. 2003. 195.
  12. Barfield, Thomas. Afghanistan: A cultural and Politicial history (ingilis). 2010. 89. A generation later their more hierarchical cousins, the Durrani Pashtuns, would be more successful by adopting many of the structural characteristics of the Turkish Afsharid Empire, in which they had served as soldiers.
  13. Turkic-Iranian Contact Areas Historical and Linguistic Aspects (ingilis). 2006. 33. Iran proper had been under Turkic rule, in one form or another, since Ghaznavid and Seljuk times. This tradition largely continued under the Afshar (1736-1796) and Qajar (1779-1925) dynasties. (#first_missing_last)
  14. "Arxivlənmiş surət" (PDF). 2023-06-30 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-07-09.
  15. Ənvər Çingizoğlu, Aydın Avşar.s.29.
  16. 1 2 Ənvər Çingizoğlu, Aydın Avşar.s.30.
  17. Ənvər Çingizoğlu, Aydın Avşar.s.29–30.
  18. 1 2 3 Mehman Süleymanov.s.8.
  19. Cahangir Hüseyn Əfşar.s.34.
  20. Şahin Fərzəliyev - tarix elmləri doktoru, professor. Quba xanlığı: əhali tarixi və azadlıq mücadiləsi. Elm. 2012. səh. 336. ISBN 978-9952-453-43-0.
  21. Yaqub M. Mahmudov, Kərim K. Şükürov. Azərbaycan beynəlxalq münasibətlər və diplomatiya tarixi, Dövlətlərarası müqavilələr və digər xarici siyasət aktları 1639–1828. Dörd cilddə. Birinci cild, Bakı 2009. səh 95
  22. Azərabycan Tarixi (9-cu sinif üçün dərslik). Bakı. "Aspoliqraf". 2005. səh. 66
  23. M. H. Qüddusi. Nadir şah. Bakı, 1999, s.102.
  24. Mərvi Məhəmməd Kazım. "Aləm Ara-ye Naderi" Tehran, I c. s 468.
  25. Mərvi Məhəmməd Kazım. "Aləm Ara-ye Naderi" Tehran, s.421,224.
  26. M. H. Qüddusi. Nadir şah. Bakı, 1999, s.98.
  27. M. H. Qüddusi. Nadir şah. Bakı, 1999, s.67,78.
  28. Arunova M. R., Əşrəfyan K. Z. … s.221
  29. Aləm Ara-ye Naderi, c. III, … s.1196
  30. Aləm Ara-ye Naderi, c. III, … s. 1197–1198
  31. Tarix-e Cahanqoşa-ye Naderi, … s. 546
  32. M. H. Qüddusi. Nadir şah. Bakı, 1999, s.417.
  33. Cahanqoşa-ye Naderi, … s. 549
  34. Larudi N., … s.247–248
  35. Tarix-i Qezelbaşan, Vivo-Book.com Bakı — 2015 səh.32.
  36. Encyclopædia Iranica. Статья: AFŠĀR Arxivləşdirilib 2011-04-29 at the Wayback Machine
  37. Atalay, Besim (2006). Divanü Lügati't — Türk. Ankara: Türk Tarih Kurumu Basımevi. ISBN 975 16-0405-2, Cilt I, sayfa 56
  38. "Arxivlənmiş surət". 2018-07-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-07-08.
  39. "Arxivlənmiş surət". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-08.
  40. B. Nikitin, "Urmiya Avşarları", 1929