Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ulubaba
Ulubaba - (ingilisə grandparent, ruscaпредок) baba - (ingilisə grandfather, ruscaдед) baba-ata-oğul (ing. grandfather/father/son, ruscaдед-отец-сын) == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Ulubaba (Xocalı)
Ulubaba və ya Ulubab – Azərbaycan Respublikasının Xocalı rayonunun Seyidbəyli kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Ulubaba kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə qaytarılmışdır. == Toponimikası == Keçmiş adı Uroxaç olmuşdur. Ulubab kəndi Qarabağ silsiləsinin yamacındadır. Əsl adı Ulubabıdır. Yaşayış məntəqəsini XIX əsrin ortalarında Seyidbəyli kəndindən çixmiş ailələr salmışlar. Oykonimin birinci komponenti türk dillərindəki ulu sözündən olub, “böyük”, “əzəmətli”, “möhtərəm”, “müqəddəs”, “qədim” mənalarını bildirir. Babi isə qədim pirin adıdır.