Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Şadbad
Şadbad-i Məşayiq (Təbriz)
Aşağı Şadbad (Təbriz)
Aşağı Şadbad (fars. شادبادعليا‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1.884 nəfər yaşayır (508 ailə).
Şadbad-i Məşayiq (Təbriz)
Şadbad-i Məşayiq (fars. شادبادمشايخ‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. Kəndlilərin özləri bu kəndi "Pinə Şalvar" adlandırırlar. Xondəmir Qiyasəddin, Həbib əs-Seyr tarixinin müəllifi bu kəndin adını "Piran Şirvan" (fars. پیران شروان Şirvanın Pirləri) olaraq qeyd etdib. Azərbaycan şairi Qətran Təbrizi burada anadan olmuşdur. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 4.317 nəfər yaşayır (1.086 ailə).
Badraç
Badrud
Badrud — İranın İsfahan ostanının Nətənz şəhristanının İmamzadə bəxşində şəhər və həmin bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən əhalisi 14,391 nəfər və 3,709 ailədən ibarət idi.
Badyan
Badyan (lat. Conium) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi.
Balbal
Balballar - Orta Asiya türklərində, şamanizm dininin etibarlılığını geniş şəkildə qoruduğu dövrdə, ölən döyüşçülərin kurgan deyilən məzarlarının ətrafına tikilmiş, döyüşçünün öldürdüyü düşmənləri işarələyən, ümumiyyətlə bir daş parçasının üzərinə yonulmuş bir əlində qılınc, fiqurlarından ibarət olan heykəllərə verilən ad. Bu daşların sayının çoxluğu ölən adamın sağ ikən; gücünün, cəsarətinin, qəhrəmanlığının da simvoludur. Köhnə Türklərdə adamın xatırlanması üçün məzarının və ya bəzi kurganların ətrafına tikilən daş. Balballar Göy türk soylularının həyatdaykən öldürdükləri düşmənlərini işarələyirdi. Məsələn, Orxon çayı sahilindəki Kültigin abidəsində aparılan qazıntılar zamanı məzarın ətrafında yüzlərlə balbal tapılmışdı. İnanışa görə, Göytürk döyüşçüsünün öldürdüyü düşmənləri, o biri dünyada onun xidmətində olacaq.
Baobab
Baobab (lat. Adansonia digitata) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinin adansoniya cinsinə aid bitki növü. Böyük baobab (lat. Adansonia grandidieri) Madaqaskarda olan 6 növdəki baobab ağacının ən böyüyü və ən məşhurudur. Adansoniya cinsi altında nəsli təhlükə altında olaraq təsnif edilmişdir. Növ Madaqaskar adası üçün endemikdir. Adansoniya adını isə ilk dəfə onu təsnif və tətqiq edən, Fransız bioloq Alfred Grandidier (1836-1921) xatirəsinə ithaf olunub. Hünürlüyü 18 m-dir. Gövdəsinin həcmi 30 tona, diametri 9 m-ə çatır. Bu yumşaq və süngərvari nəhəng gövdə, bir su anbarı vəzifəsini yerinə yetirir, yarpaqlarına və budaqlarına nisbətdə bu gövdəsi kobud və şişmandır.
Baqlad
Baqlad (mac. Baglad) — Macarıstanın Zala medyesində yerləşən kənd.
Batbat
Batbat (lat. Hyoscyamus) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin batbat cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == İkiillik, 30-80 sm hündürlükdə, yumşaq tüklü, vəzili, pis qoxulu, gövdəsi düz, budaqlı, bəzən sadə, düzdayanan, yuxarısı qövsvari əyilmiş, sıx yarpaqlanmış bitkidir. Yarpaqlarının uzunluğu 4-25 sm, eni 1,5-11 sm, aşağıda saplaqlı, uzunsov-yumurtavari, oyuqvari lələkvari dilimlidir, gövdə yarpaqları, gövdəyə sarılmış, yumurtavari və ya uzunsov, kənarları oyuqlu iri dişli, bəzən bütövdür. Çiçəkləri iri, oturaq, meyvəyanı kasacıqları 25–30 mm uzunluqda, zanbaqvari, bərk, dibi tüklü-yapışqanlıdır. Tac 25-45 mm uzunluqda, çirkli-açıq-sarı və ya çirklisarı, bənövşəyi damarcıqlarla örtülmüşdür. Toxumları 1-1,5 mm uzunluqda, böyrəkvari və ya yumru-böyrəkvari, boz-qonurdur. == Yayılması == BQ qərbi, BQ şərqi, BQ Quba sahəsi, Samur-Dəvəçi və Xəzər sahili ovalıqların rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışdır. Ruderal yerlərdə, bəzən alaq kimi bostanlarda, bağlarda və əkinlərdə bitir. == Növləri == Ağ batbat (Hyoscyamus albus L.) Qızılı batbat (Hyoscyamus aureus L.) Hyoscyamus desertorum (Asch.
Bağban
Bağban — "bağ salan", "bağçılıqla məşğul olan" deməkdir. Bağban (Ucar) — Ucar rayonunun inzibati ərazi vahidində kənd. Bağban (Kürdəmir) — Kürdəmir rayonunun Böyük Kəngərli inzibati ərazi vahidində kənd. Keçmış adı Barlıdır.
Bağdad
Bağdad (ərəbcə: بغداد) — İraqın paytaxtı. Əhalisi 6 milyon nəfərdir (2011) Bağdad Yaxın Şərqin ən iri şəhərlərindən biridir. Bağdad İraqın siyasi, iqtisadi və mədəniyyət mərkəzidir. Burada hökumət, bütün mərkəzi dövlət və dini müəssisələr və diplomatik nümayəndəliklər yerləşir. Burada həmçinin çoxlu universitetlər, təhsil müəssisələri, teatrlar, muzeylər və tarixi abidələr vardır. == Etimologiya == Bağdad Abbasilər dövründə,əsası 752-ci ildə qoyulub.O vaxtlar şəhəri Mədinə-əs-Səlam yəni "sülh şəhəri"adlandırıblar.Məşhur azərbaycan coğrafiyaşünas və səyyah Şirvaninin fikrincə şəhərin adı Ənuşirəvan tərəfindən salınan bağla əlaqəlidir.Rəvayətə görə "Dad" müqəddəs şəxs imiş.Bu fikrə əsasən Bağdad sözünün mənası "Dadın bağı" deməkdir.Bağdad sözünün qədim fars dilində "Allahverdi" olduğu deyənlər də çoxdur.
Taybad
Taybad və ya Təyyibat-İranın Rəzəvi Xorasan ostanının şəhərlərindən və Taybad şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 46,228 nəfər və 10,230 ailədən ibarət idi.
Madabad
Madabad (Xudabəndə) — İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. Madabad (Mahnişan) — İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd.
Barbar
Barbarlar (yun. bάrbαroi, lat. barbari, çin. 華夷之辨 – yadellilər, əcnəbilər) – qədim yunanların, sonra isə romalıların, həmçinin hindlilərin, Uzaq Şərq xalqlarının, yapon və çinlilərin dil və mədəniyyətcə onlara yad olan başqa tayfa və xalqlara verdikləri addır. == Tarixi == Eramızın başlanğıcında ən çox german tayfalarını barbar adlandırırdılar. Yeni dövrün tarix ədəbiyyatında "Barbar" termini Roma imperiyasını istila edib, onun ərazisində müstəqil krallıqlar (barbar krallıqlar) yaradan xalqları müəyyənləşdirmək üçün işlədilmişdir. Roma imperiyasında quldarlığın ləğvi və feodal münasibətlərinin formalaşmasında barbar istilaları mühüm rol oynamışdır. Məcazi mənada – imperialist müharibə qızışdırıcıları, irqi ayrı-seçkilik və apartheyd siyasəti yeridənlər, kobud, qəddar adamlar, mədəni sərvətləri dağıdanlar və b. da barbar adlandırılır. === Avropa dəmir dövrü === Antik dövrdə bu söz yunanlar tərəfindən yunan olmayan xalqlara qarşı istifadə olunurdu.
Badam
Badam (lat. Prunus subg. Amygdalus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. Badam yarımcinsinin 40 növə qədər ağac və kolu məlumdur. Azərbaycanda 4 növü yayılmışdır. Badam yabanı halda Orta Asiyada, Dağıstanda, Azərbaycanda bitir. Naxçıvanın dağlıq hissələrində yabanı badamlıqlar vaxtilə böyük sahələr tutmuşdur. "Badamlı" adını daşıyan suyu ilə məşhur olan kənd keçmişdə yabanı badamlıqla əhatə olunduğu halda, indi əl çatmayan yerlərdə azacıq badam ağacları qalmışdır. Qeyd etmək lazımdır ki, mədəni badam sortları yabanı badama çox yaxındır və ancaq meyvələrinin böyüklüyü, qabıqlarının nazikliyi ilə fərqlənirlər. Badam yarpaqlar əmələ gəlməmiş mart-apreldə (bəzən fevralda) çiçəkləyir.
Balba
Başad
Bаlаd
Balad — İraqın Səlahəddin mühafəzəsində şəhər.
Aarya Babbar
Aarya Babbar (24 may 1981, Bombey) — Bollivud və Pəncab filmlərində çəkilən hind aktyoru.
Abadabad (Pərsabad)
Abadabad (fars. عباداباد‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 152 nəfər yaşayır (27 ailə).
Amir Haddad
Lorent Amir Xlifa Xedider Haddad (ivr. ‏לורן עמיר חליפה חדידר חדד‏‎; 20 iyun 1984, Sarsel) və ya sadəcə Amir Haddad (ivr. ‏עמיר חדד‏‎) — yəhudi əsilli Fransa müğənnisi. O, 2006-cı ildə İsrailin Kokhav Nolad musiqi yarışmasında iştirak etmişdir. 2011-ci ildə ifaçının Vayehi adlı debüt albomu işıq üzü görmüşdür. Həmin ildə eyni zamanda Amir Fransanın The Voice səs yarışmasında iştirak etmiş və nəticədə üçüncü yeri qazanmışdır. O, "J'ai cherché" mahnısı ilə Fransanı 2016 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı == Haddad 20 iyun 1984-cü ildə Fransanın paytaxtı Paris şəhərində Tunis və Mərakeşdən olan Səfərad yəhudiləri ailəsində dünyaya göz açmışdır. O, bir neçə il Fransanın Sarsel şəhərində yaşamış və 1992-ci ildə səkkiz yaşında ikən İsrailin Herzliya şəhərinə köçmüşdür. O, uşaq yaşlarından musiqi ilə maraqlanmış və hətta sinaqoqlarda çıxış etmişdir.
Ağ batbat
Ağ batbat (lat. Hyoscyamus albus) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin batbat cinsinə aid bitki növü.
BamBam (müğənni)
Kunpimook Bhuvakul (tay กันต์พิมุกต์ ภูวกุล ;2 may 1997, Banqkok) səhnə adı ilə BamBam(kor. 뱀뱀;tay แบมแบม) ,taylandlı repçi,müğənni, mahnı müəllifi və Cənubi Koreya-lı oğlan qrupu Got7 -nin üzvüdür. == Bioqrafiya == BamBam 2 may 1997-ci ildə Banqkok,Taylandda doğulmuşdur.Ailəsi anası və üç qardaşından ibarətdir. Atası 3 yaşında ikən dünyasını dəyişmişdir. BamBam, Koreya mədəniyyəti ilə maraqlanırmış və Rain fanatı olaraq anası ilə qrupun bir neçə konsertlərinə getmiş və buna görə müğənni olmaq arzusunda olmuşdur. Ondan ilhamlanaraq, 10 yaşında rəqs etməyə və oxumağı öyrənməyə başladı. O Blackpink üzvü Lisa ilə "We Zaa Cool" rəqs qrupunun bir hissəsi oldu. 2007-ci ildə Tayland Rain Cover Dance Yarışmasında birincilik qazandı və 2010-cu ildə Tayland LG Entertainer Competition -da ikinci oldu. 13 yaşında Taylandda JYP World Tour Audition -dan keçdi və stajyer olmaq üçün Cənubi Koreya-ya köçdü. 9 Aprel 2018-ci ildə, BamBam hərbi xidmətə getmək üçün Taylanda qayıtdı, bölgəsində könüllü və qırmızı vərəqə toplama kvotasına görə xidmətdən azad edildi.
Banabad (Sərdəşt)
Banabad (fars. بناباد‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 609 nəfər yaşayır (117 ailə).
Bağdad (el)
Bağdad mühafəzəsi — İraqın 18 mühafəzəsindən biri. Bağdad mühafəzəsinin ərazisi 734 km² , 1997-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 5.423.964 nəfər, inzibati mərkəzi Bağdad şəhəridir .Bağdad elində 50 min türkman ailəsi məskunlaşmışdır . Vilayətin əhalisi 2007-ci ilə olan rəsmi təxminə əsasən 7,145,470 nəfərdir.