Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Vombat
Vombatlar (lat. Vombatidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin i̇kikəsicidişlilər dəstəsinə aid heyvan fəsiləsi. Avstraliyanın cənub-şərqində və Tasmaniyanın dağlıq ərazilərində yaşayır. Vombatlar gəmiricilərə xas iri ön dişlərə və güclü ətrafları (ön və arxa ayaqları) sahibdir. Onlar torpağın altında geniş yuva şəbəkəsi qurur. Vombat balaca, qısa quyruqlu, kisəli heyvandır. Qısa quyruğu yırtıcılar tərəfindən tutulmasını çətinləşdirir. Digər kisəlilərdən əsas fərqi odur ki, kisəsinin ağzı bədəninin gerisindədir. Bunun bala vombatlar üçün böyük əhəmiyyəti var. Beləki, vombat yeri qazarkən torpaq kisəsinə dolmur.
Ağbat
Ağbat — Arsakda, tarixi Qarabağ ərazisində qədim məntəqə adı. Eramızdan əvvəl ikinci əsrdən etibarən indiki Qarabağ ərazisi və ondan cənubda olan (Cənubi Azərbaycanda) bəzi ərazilər Arsak adlanırdı (məsələn, Ərdəbil şəhristanındakı tarixi Ərşaq bölgəsi). Sonradan Qarabağ toponiminin işlədilməsi Arsak sözünü sıxışdırmışdır. == Tarixi == Ağbat alban xristian dini mərkəzlərindən olmuş Xotavəng monastırının (indiki Kəlbəcər rayonunun Vəng kəndində; kəndin keçmiş adlarından biri də Xotavəng/Xotavank olmuşdur) mülklərindən biri olmuşdur. Ermənicə yazılışda əvvəlinə "H" səsinin əlavəsi ilə haqbat kimidir (yenə orada). Azərbaycan dilində ağ və türk dillərində bət "üz", "səth" sözlərindəndir. 1590-cı ilə aid mənbədə Ağbat adlı bir kənd Borçalı bölgəsində də var. Məzmunca Baranbet (Goranboy rayonu), Girdəbad (Quba rayonu), Tupabad (Zəngilan rayonu) Salavat, Batabat və b. dağ adları ilə eynidir. XVII əsrə aid mənbədə Bərdə mahalında Eranbat kəndi qeyd olunur.
Qısatüklü vombat
Qısatüklü vombat və ya Tasmaniya vombatı (lat. Vombatus ursinus), — Vombatlar fəsiləsinə, Kisəlilər infrasinfinə daxil olan yaşayan növ. Çağdaş növ Qısatüklü vombatlar cinsinə (Vombatus) daxildir. Yetkinlərin boyu 80 ilə 130 sm, çəkisi 17 ilə 40 kq arasında dəyişir. Tasmaniya və Flinders adalarında tapılan fərdlər materikdə olan fərdlərdən daha kiçikdir. Uzuntüklü vombatlar tüksüz burunları ilə fərqlənirlər. == Sinoninləri == Həm cinsin həm də növün sinoimləri olduqca çoxdur.
Le-Vibal
Le-Vibal (fr. Le Vibal, oks. Lo Bisbal) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Lessak kantonuna daxildir. Kommunanın dairəsi — Pon-de-Salar. INSEE kodu — 12297. Kommuna təxminən Parisdən 510 km cənubda, Tuluza şəhərindən 135 km şimal-şərqdə, Rodezdən isə 15 km şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 482 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 292 nəfərdən (15-64 yaş) 214 nəfəri iqtisadi cəhətdən fəal, 78 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73.3%, 1999-cu ildə 73.6%).
Qubat Əliyev
Əliyev Qubat Hüsür oğlu (Sumqayıt şəh., 04.02.1994 - 08.11.2020, Şuşa şəh.) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. == Həyatı == 4 fevral 1994-cü ildə Sumqayıtda doğulub. Şuşa şəhərində həlak olmuşdur.
Elvin Qəbat
Elvin İbrahim Qəbat (1 sentyabr 1914, Nyu-York, Nyu-York ştatı – 16 iyun 2000) — amerikalı biotibbi alim və kəmiyyət immunokimyasının qurucularından biri. Qəbat 1977-ci ildə Kolumbiya Universitetinin Luiza Qross Horvits Mükafatına, 1991-ci ildə ABŞ Milli Elm Medalına və 1995-ci ildə Amerika İmmunoloqlar Assosiasiyasının Ömür Boyu Uğur Mükafatına layiq görülüb. O Con Qəbat-Zinin atasıdır. Elvin Qəbat 1965–1966-cı illərdə Amerika İmmunoloqlar Assosiasiyasının prezidenti, ABŞ Milli Elmlər Akademiyasının müxbir üzvü, Amerika İncəsənət və Elmlər Akademiyasının üzvü olmuşdur. O, anticisimlərdəki amin turşusu qalıqlarını dəyişən bölgələrinə görə nömrələmək üçün özünün eyniadlı Qəbat nömrələmə sxemini işləyib hazırladı. 1969-cu ildə o, insan və siçan Ben Cons zülallarının və yüngül immunoqlobulin zəncirlərinin amin turşusu ardıcıllığını toplamağa və hizalamağa başladı.