Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
DOSAAF
DOSAAF (rus. Добровольное общество содействия армии, авиации и флоту (ДОСААФ)) və ya OADKYC (azərb. Orduya, Aviasiyaya, Donanmaya Könüllü Yardım Cəmiyyəti‎) — könüllüləri ölkənin müdafiə və milli təhlükəsizliyinin möhkəmlənməsinə təşviq etmək məqsədi ilə yaradılmış ictimai dərnək. == Tarixi == Müdafiə, Aviasiya və Kimyəvi qurulucuğa yardım (rus. ОСОАВИАХИМ) Cəmiyyətin əsası 1927-ci ildə qoyulmuşdu. SSRİ Nazirlər Kabinetinin 1948-ci il 16 yanvar tarixli qətnaməsi ilə Müdafiə, Aviasiya və Kimyəvi qurulucuğa yardım Cəmiyyəti ləğv olundu və onun əsasında üç müstəqil könüllü cəmiyyət təşkil olundu: Orduya Yardım Könüllü Cəmiyyəti (Dosarm), Donanmaya Yardım Könüllü Cəmiyyəti (Dosflot), Aviasiyaya Yardım Könüllü Cəmiyyəti (Dosav). SSRİ Dosflot Cəmiyyəti hərbi-dəniz işinin təbliğatı, üzvlər və əhali arasında dəniz biliklərinin yayılması, SSRİ hərbi-dəniz qüvvələri ehtiyatına daxil olan mükəlləfiyyətlilərin hazırlanması və ixtisasların təkmilləşdirilməsi, hərbi-dəniz idmanı və dəniz modelçiliyinin inkişafı məqsədilə təşkil olunmuşdur. SSRİ Dosflot üzrə 1949-cu il 24 fevral tarixli, 3/c saylı əmri ilə Azərbaycanın ilk kontr-admiralı Cəlil Cavadov Azərbaycan SSR Dosflot cəmiyyəti respublika komitəsi sədr müavini təyin olundu. 1949-cu il iyulun 18-də Azərbaycan Dosflota “Bakı fəhləsi” (“Bakinskiy raboçiy”), “Sovet Dağıstanı” (“Sovetskiy Daqestan”), “Markin” dəniz kanoner gəmiləri verilmişdir. Azərbaycan Dosflot cəmiyyəti geniş fəaliyyətə başladı: iri müəssisələrdə motorçular, sükançılar, üzgüçü, qayıq starşinaları dərnəkləri, həmçinin hərbi-dəniz işinin əsasları üzrə dərnəklər təşkil olundu.
İosafat Barbaro
İosafat Barbaro (it. Giosafat Barbaro) (1413–1494) — Venesiya taciri, səyyahı və diplomatı. == Həyatı == 1413-cü ildə Antonio Barbaro və Françeskina Barbaronu ailəsində doğulmuşdu. Məşhur Barbaro ailəsinin üzvü idi. 1434-cü ildə Nona Duodo ilə evlənmiş, 3 qızı və Ciovanni adlı oğlu olmuşdur. == Fəaliyyəti == === Tana səyahəti === 1436-cı ildə Venesiyanı tərk edərək Azov dənizi sahilindəki Genuya koloniyası olan Tana şəhərinə ticarət məqsədilə gəlir və 1452-ci ilədək burada qalır. 1437-ci ildə Alanların son hökmdarının qəbrini kəşfə çıxan və bu kurqandan xəzinə əldə etmə cəhdləri uğursuz oldu. Daha sonra bu kurqan rus arxeoloq Aleksandr Miller tərəfindən tapıldı və əslində mətbəx olduğu üzə çıxdı. Tanada olduğu müddətdə Barbaro tatar dilini və şərq adətlərini öyrənir. 1438-ci ildə Böyük Orda xanı Kiçik Məhəmməd xanın hücumu ərəfəsində ona diplomat olaraq göndərildi.
Dördqat Sovet İttifaqı Qəhrəmanı
Dördqat Sovet İttifaqı Qəhrəmanı (rus. Четырежды Герои Советского Союза) — 2 nəfərə verilmiş SSRİ-nin qəhrəmanlıq medalı. Dördüncü dəfə Sovet İttifaqı qəhrəmanı adı verilən şəxslərə dörd dəfə "Qızıl Ulduz" medalı verilir.