Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Valknut
Valknut bir-birinə bağlı üç üçbucaqdan ibarət bir simvoldur . Qədim german xalqlarının arxeoloji qeydlərindən müxtəlif obyektlərdə görünür. "Valknut " termini müasir inkişafdır; tarixən simvola istinad etmək üçün hansı termin və ya terminlərdən istifadə edildiyi məlum deyil. Alimlər simvol üçün müxtəlif izahatlar təklif etdilər, bəzən onu Odin tanrısı ilə əlaqələndirdilər və o, 9-cu əsrə aid Snoldelev Daşında tapılan üç buynuzlu simvolla müqayisə edildi və onunla əlaqəli ola bilər. Bir versiyaya görə Skandinaviya bütpərəst simvolu, müasir dövrdə əsasən neo-bütpərəstlər tərəfindən istifadə olunur.Onlar üç dünyanın - Tanrılar dünyası (Asgard), insanlar dünyası ( Midgard) və ölülər dünyasının ( Helheim) birləşməsini təmsil edir. Əsasən qurban və edam yerlərində rast gəlinir. Beləliklə, o, insan ruhunun dirilər dünyasından ölülər dünyasına keçidini simvolizə edirdi. Bununla belə, açıq-aydın ölümcül döyüşə gedən döyüşçülərin bədənlərinə döymə vuruldu və beləliklə onları axirətə hazırladı.
Viktoriya Meranut
Viktorina Möran (fr. Victorine Meurent) — fransız rəssamı. Eduard Manenin ən sevimli modeli kimi tanınmış olmasına baxmayaraq, onun özü də məşhur rəssam idi. Onun əsərləri nüfuzlu Paris İncəsənət Mərkəzində dəfələrlə sərgilənmişdir. 1876-cı ildə münsiflər heyəti onun əsərlərini qəbul etdi. Həmin münsiflər heyəti bu sərgidə Manenin rəsmlərini qəbul etməmişdi. == Ədəbiyyatda Möran == İrlandiyalı yazıçı Corc Moore, "Mənim Ölü Həyatımın xatirələri" adlı yarı-avtobioqrafik romanda sənətçini canlandırmışdl. Debra Finerman tərəfindən yazılmış, tarixi roman Mademoiselle Victorinedə də Ondan ilhamlanmışdı. O, "Manet in Love" adlı bir filmdə də görüldü. == Həyatı == Viktorina bir sənətkar ailəsində dünyaya gəldi.
Əsrarül-məlaküt
"Əsrarül-məlakut" (Kainatın sirləri) — XIX əsr Azərbaycan maarifçi-alimi, tarixçisi Abbasqulu ağa Bakıxanovun 1839–1840-cı illərdə yazdığı astronomiyaya dair essesi. Əsər fars dilindədir və kosmoqrafiya məsələlərinə həsr olunub. Əsəri ərəb dilinə müəllif özü tərcümə edib. Bakıxanovun fikrincə, bu əsər onun yarımçıq qalmış "Ümumi coğrafiya"sının "riyazi hissəsini" təmsil edir. Əlyazmanın ərəb dilinə tərcüməsi eyni nüsxələrdə mühafizə olunur. == Əsərin tarixi == === Yaranması === Abbasqulu ağa Bakıxanov 19-cu əsrin 30-cu illərinin sonlarından Polşa astronomu Nikolay Kopernikin vəfatının 300 illiyinə hazırlıqla əlaqədar kosmoqrafiya məsələlərini öyrənməyə başladı. Hələ 30-cu illərin əvvəllərində Bakıxanovun diqqətini Böyük coğrafi kəşflər və Varşavada olarkən Bakıxanovun sistemi ilə maraqlandığı Kopernik tərəfindən dünyanın heliosentrik sistemi cəlb etmişdi. Həmin vaxt Bakıxanovun əlində "Kəşfül-Karaib" əsərinin əlyazması var idi, onun son səhifəsində belə bir qeyd vardı: "Kopernik 1543-cü ildə Yerin fırlanmasını sübut etdi. Varşava, 8 noyabr 1833-cü il". Kopernikin "Göy cisimlərinin fırlanması haqqında" adlı əsərinin Tiflisdə nəşri ilə əlaqədar "astronom Kopernikin abidəsinin ucaldılması üçün" könüllü ianələr toplanmağa başlaması da Bakıxanovun kosmoqrafiya məsələlərinə diqqətini çəkdi.
Melkit Katolik Kilsəsi
Melkit Katolik Kilsəsi, və ya rəsmi adı ilə Mələki Rum Katolik Patriarxlığı (ərəb. بطريركيّة الروم الملكيّين الكاثوليك‎‎ [ərəbcədə ملكي “məlik aid olan” mənasını verər]) — Antioxiya Pravoslav Kilsəsinin rəhbərliyində daxili çəkişmələr nəticəsində XVIII əsrin əvvəllərində Roma Papasının hakimiyyətini tanıyan bir qrup rumi ortodokslardan ayrıldı.
Viktoriya Meranut İspan geyimində (tablo)
Viktoriya Meranut İspan geyimində (fr. Mlle V. en costume d'espada) - Eduard Mane tərəfindən 1862-cü ildə çəkilmiş rəsm əsəri.