Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sirat
Əs-Sirat (ərəb. الصراط‎‎‎) ― İslam və zərdüştilik dinlərinə görə cəhənnəm üzərində qurulmuş dar körpüdür. Zərdüşt dinində bu körpünün adı "Çinvat körpüsü" olaraq səslənir. Sırat ərəb dilindən tərcümədə "doğru yol" (ərəb. الصراط المستقيم‎‎) deməkdir. Lüğət alimlərinin bir qismi (o cümlədən, Süyuti) bu kəlmənin ərəb dilinə latın dilindən keçdiyini və "strata" sözündən qaynaqlandığını bildirirlər. Qurani-kərimdə bu söz tez-tez "sıratül-müstəqim" (istiqamətlənmiş, doğru yol) ifadəsi şəklində işlədilir ki, müxtəlif təfsirlərdə bunu İslam dininə inanmaq, halal-haramlara riayət etmək və hətta İmam Əli ibn Əbu Talibin (ə) imamətini qəbul etmək kimi yozurlar. Sırat körpüsü tükdən nazik, qılınc tiyəsindən itidir. Alimlərin bəziləri bu cəhəti hərfi mənada deyil, məcazi mənada qəbul etməyi tövsiyə edirlər. Yəni İslam müqəddəsləri sıratın bu qədər nazik olduğunu bildirməklə, əslində onun üzərindən keçməyin nə qədər çətin və təhlükəli olduğunu göstərmək istəyiblər.
Sirat körpüsü (film, 2007)
Filmdə bir yerdə böyüyən kimsəsizlərdən bəhs olunur. Kimsəsiz gənclərin müstəqil həyata atılmasıyla fəlakətlər baş verir. Uşaq evində bir yerdə böyüyən altı uşaqdan biri Cəbi (Səmimi Fərhad) adam vurmaqdan neçə il həbs yatıb həbsxanadan çıxır. Lakin o "tavan"dadır (qumar borcu). Cəbinin həbsxanadan çıxdığı ilk gün altı dost böyüyüb boya-başa çatdıqları uşaq evini ziyarət edirlər. Lakin görəndə ki, biznesmen Əfrasiyab (Ayşad Məmmədov) uşaq evini artıq sökdürüb və yerində başqa bir bina tikdirəcək, onlar qərara gəlirlər ki, həm qisas, həm də Cəbinin borcunu qaytarmaq üçün Əfrasiyabın evini aparsınlar. Ev oğurlanır və cəhənnəmə gedən yolun bütün qapıları uşaqların üzünə açılır. Çünki Əfrasiyabın evindən oğurladıqları seyfin içindən pul əvəzinə 10 kq. narkotik maddə çıxır. Bununla da gənclərin ayağı altındakı Sirat körpüsü yırğalanmağa başlayır.