Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Semeru
Semeru (ind. Semeru) — İndoneziyanın Yava adasındakı ən hündür vulkan. Semeru vulkanik kompleksin cənub ucunda — Tengger kalderasında yerləşir. Vulkanın kraterində lava gölü var. Semeru hündürlüyü — 3676 m (adanın ən yüksək nöqtəsi), bir neçə kraterə malikdir; müasir kraterin diametri 500–650 m, dərinliyi 220 m-ə qədərdir. Vulkan andezit və bazaltlardan ibarətdir. Bu, Bromo Tengger Semeru Milli Parkının əsas görməli yeridir.
Bertalan Semere
Bertalan Semere (mac. Bertalan Szemere; d. 27 avqust 1812, Vatta, Avstriya imperiyası – ö. 18 yanvar 1869. Peşt, Avstriya-Macarıstan imperiyası) — Macarıstan şairi və Macarıstan krallığının III baş naziri. == İlk illəri == Semere Vattada kasib ailənin övladı olaraq dünyaya gəlmişdir. Atası Major Laslo Semere, anası Erzsebet Karove olmuşdur. Təhsilini Miskolc, Kesmark və Sarospatak şəhərlərində almışdır. Şerə maraq duyan Semere gənc yaşlarında "Felső-Magyarországi Minerva" ("Yuxarı Macarıstan Minerva") adlı əsərini nəşr etdirmişdir. Ferens Kölcsey və Mihaly Vörösmartydən təsirlənmişdir.
Nelson Semedo
Nelson Kabral Semedo (doğum 16 noyabr 1993, Lissabon, Portuqaliya) — İspaniya təmsilçilərindən olan "Barselona" klubunda və Portuqaliya milli futbol komandasında müdafiənin sağ cinahında çıxış edən peşəkar Portuqaliya futbolçusudur.
San Severo
San Severo — İtaliyanın Apuliya regionunda şəhər.
Severo-Kurilsk
Severo-Kurilsk (rus. Северо-Курильск) və ya köhnə adıyla Kaşivabara (yap.
Severo-Kurilsk sunamisi (1952)
Severo-Kurilsk sunamisi - 5 noyabr 1952-ci ildə səhər saat beş radələrində baş vermiş və nəticədə SSRİ ərazisinin Saxalin və Kançatka vilayətlərini əhatə edən güçlü sunami. == Sunami == Sunamini yaradan səbəb 5 noyabr tarixində Sakit okeanda (4.11.52 16:58:22 qrinviçə görə), Kamçatka yarımadasının yaxınlığında maqnitudası 8,3 bal güçündə olan zəlzələ olmuşdur. Onun ocağı Şpunski burnundan 130 kilomeyr aralıda, 20 – 30 km dərinlikdə baş vermişdir. Zəlzələnin təsir güçü 700 km məsafədə yayılmışdı. Zəlzələ dalğası Kronoski yarımadasından Şimali Kuril aralarına qədər uzanırdı. Yeraltı titrəyişlər yarım saat müddətində davam edir. Ancaq zəlzələ böyük dağıntılar yaratmır. Demək olar ki ondan zərər çəkən olmur. Ancaq zəlzələ ardından güçlü sunami baş vermişdir. Zəlzələdən bur saat sonra birinci dalğa sahillərə hücum çəkmişdir.
Əli ibn Məhəmməd Səməri
Əbülhəsən Əli ibn Məhəmməd Səməri (v. ən tezi 940 və ən geci 941) — İmam Mehdinin xüsusi nümayəndəsi.
Bemera
Hemera
Hemera (yun. Ήμέρα, mənası gün deməkdir) qədim yunan mifologiyasında və Hesiod teoqoniyasına görə günü tərənnüm edən Xaosdan sonra törənmiş ilk tanrılardan biri, Niks və Erebin qızı və Efirin bacısı. Titanomaxiya poemasına görə Hemera Geya-Yerin, Uran-Göyün, Pont-Dənizin, Tartar-Sonsuzluğun, Okean anasıdır.
Nemuro
Nemuro (yap. 根室市) — Yaponiyanın Hokkaydo adasında və Hokkaydo prefekturanın Nemuro sabprefekturanın eyni adlı paytaxt.
Numéro
Numéro — aylıq beynəlxalq qadınlar üçün moda jurnalı. Birinci nömrəsi 1998-ci ildə Fransada təsis edilmişdi. Groupe Alain Ayache nəşriyyat evində buraxılır. == Numéro Homme == Numéro Homme kişilər üçün moda jurnalıdır. Numéro ailəsinə daxildir. == Tarix == Numéro 1998-ci ildə Elisabeth Djian tərəfindən təsis edilib. O indi jurnalın şef-redaktor vəzifəsində işləyir. Onun özünün dediyinə görə, "Mən əsl ağıllı qadınlar üçün moda junalı yaratmağı arzulayırdım. Ağıllı qadın, hansı ki, üz qırışlarını aparan kremlərdən yox, musiqi, dizayn və mədəniyyət haqda oxuyur." 2010-cu ilin sentyabr ayında Numéro Çin jurnalı çap edilmişdi, bu isə bu ölkədə olan böyük tələbatla izah etmək olar.
Semeni
Sement
Sement (lat. caementum – ovulmuş daş) və ya ağ sement — süni qeyri-orqanik bərkidici tikinti materialı. Əsas inşaat materiallarından biri. Su, su məhlulları və başqa maye ilə qarışdırıldıqda, tədricən bərkiyib daşa dönən elastik kütlə əmələ gətirir. Əsasən beton istehsalı və tikinti məhlullarında istifadə olunur. Sementin xüsusiyətlərindən biri rutubətdə daha da bərkiməsidir. Bu onu prinsipial olaraq başqa, ancaq havada bərkiyən mineral bərkidici maddələrdən (gips, əhəng) fərqləndirir.
Semmyo
Senmyo (宣命) və ya semmyo – yapon dilində yazılmış qədim imperator ediktləri. == Tarixi == Nara dövrünə qədər bütün imperator ediktləri yapon dilində yazılırdı. VIII əsrdə Çindən təsirlənərək yaradılmış Ritsuryo sistemindən sonra imperator ediktləri klassik Çin dilində yazılmağa başlamışdır. Çin dilində yazılan imperator ediktləri şoşo və çokuşo adlanırdı. Yapon dilində yazılmış imperator ediktləri üçün "senmyo" terminindən istifadə etmək Heyan dövründə başlamışdır. Senmyolar Mərkəzi İmperiya İşləri Nazirliyi tərəfindən yazılırdı və xüsusi carçı tərəfindən imperatorun adından oxunurdu. Bu carçı adətən yüksək rütbəli şəxs olurdu. Ediktin oxunduğu kütlə dövlət zadəganları və önəmli şəxslərdən ibarət olurdu. Senmyo taxta çıxma, taxta namizədlik, imperator ailəsində ölüm, dövr adı dəyişikliyi, diplomatik missiya, yüksək rütbəli şəxslərin tərifi və ya tənqidi, vəhy kimi hallarda oxunurdu. Senmyo ton baxımından qədim yapon ayin duaları olan noritolara oxşayırdı, çünki şintoizm konsepsiyasına malik idi və imperatorun müqəddəsliyi ideyasına əsaslanırdı, lakin noritodan fərqli olaraq senmyoda buddist və konfusiçi fikirlər də öz əksini tapırdı.
Senerq
Senerq (fr. Sénergues, oks. Senèrgas) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Konk kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12268. Kommuna təxminən Parisdən 480 km cənubda, Tuluza şəhərindən 140 km şimal-şərqdə, Rodezdən isə 30 km şimalda yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 487 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 279 nəfər (15-64 yaş) arasında 199 nəfər iqtisadi fəal, 80 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 71.3%, 1999-cu ildə 66.1%).
Serebro
Serebro – rus pop qrupu. == Tarixi == Qrup 2006-cı ildən fəaliyyət göstərir. Qrupun üzvləri:Yelena Temnikova, Anastasiya Karpova və Olqa Seryabkinadır. Qrupun produseri məşhur Maksim (Maks) Fadeevdir. Serebro 2007-ci ildə "Song #1" adlı mahnı ilə Rusiyanı Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş və finalda 207 bal toplayaraq 3-cü olmuşdur. 2009-cu ildə Serebro OpiumROZ adlı ilk albomunu ictimaiyyətə təqdim edir. Qrup Russian Music Awards və Qızıl Qrammafon kimi mükafatların sahibidir. Həmçinin Britni Spirsin "Oops!…I Did It Again" adlı mahnısının plaqiatını elədiyi üçün utancverici "Qızıl Qaloş" mükafatına da sahib çıxıb.
Serera
Serera (cırtdan planet). Serera (mifologiya) - Qədim Roma mifologiyasında əkinçilik ilahəsi.
Sermeryo
Sermeryö (fr. Sermérieu) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Morstel kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38483. Kommunanın 2016-cı il üçün əhalisi 1657 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 223 ilə 385 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 430 km cənub-şərqdə, Liondan 50 km şərqdə, Qrenobldan 60 km şimal-qərbdə yerləşir.
Səmirom
Səmirüm — İranın İsfahan ostanının şəhərlərindən və Səmirüm şəhristanının mərkəzidir. == Əhalisi == 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 26,260 nəfər və 6,593 ailədən ibarət idi.
Səmədov
Səmədov — Azərbaycanda daha çox işlədilən soyad. Abutalıb Səmədov — Azərbaycan Naminə Alyans Partiyasının sədri. Aleksandr Səmədov — əslən azərbaycanlı olan rusiyalı peşəkar futbolçu. Baba Səmədov — Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatı. Cavid Səmədov — opera müğənnisi-bariton. Elşən Səmədov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Aprel döyüşləri şəhidi. Əli Səmədov — Azərbaycan Dövlət Televiziya və Radio verilişləri komitəsində ədəbi-dram redaksiyasında redaktor. Əliqulu Səmədov — azərbaycanlı aktyor və rejissor. Əlixan Səmədov — Azərbaycan musiqiçi və sənətkarı, tanınmış, virtüoz balaban ifaçısı və ustadı. Azərbaycanın xalq artisti (2018).
Səməni
Səməni — hər il mart ayında Novruz Bayramı ərəfəsində Şərq ölkələrində və Azərbaycanda taxıl buğdasından qablarda göyərdilən etnoqrafik element. Almanlar səmənini pasxa bayramına cücərdir, adına isə "Ostergras" deyirlər. Həyat və bolluq rəmzi, baharın ilk müjdəçilərindən hesab olunur. Səməni ilk çərşənbə axşamına yaxın vaxtda göyərdilir və Novruz bayramından sonra da evlərdə, iş yerlərində və ictimai yerlərdə görünən yerlərə qoyulur. == Tərif və məna == Səməni əsasən toxumluq buğdadan qoyulmalıdır. Sini qablarda göyərdilən səməni həm də yazda səpiləcək toxumun keyfiyyətini yoxlamağa imkan verir. Əgər səməni yaxşı cücərib boy atsa, bu həmin toxumdan bol məhsul alınacağından xəbər verir. Bəzən suda isladılmış başqa toxumlardan da səməni qoyurlar. Bayram süfrəsi nemətləri arasında səməni mütləq olmalıdır. Səməni yalnız evdə hazırlanmalıdır.
Səmərra
Samərra (ərəb. سَامَرَّاء‎ Sāmarrāʾ) — İraqda şəhər, Səlahəddin mühafəzasıın inzibati mərkəzi. Dəclə çayının sahilində yerləşir. Keçmişdə Abbasilər xilafətinin paytaxtı olmuşdur. Samərra şəhəri şiələr arasında məzhəbi əhəmiyyəti var. Bunun səbəbidə onların iki imamı Həsən Əskəri və Əliyyə-Nəqi türbələrinin orada olmasıdır. == Tarixi == Abbasilər dövründə, 892-ci ildə Bağdaddan 120 km Şimalda xəlifə üçün iqamətgah hazırlandı və bu iqamətgah Samərra (kim görsə heyrətlənər) adlandı. Bu şəhər qədim mədəniyyət mərkəzidir ki, Übeyd mədəniyyətinin kökü sayılır. Azərbaycan xalqının qəhrəman oğlu Babək bu şəhərdə edam olundu.
Şəcərə
Nəsil şəcərəsi — qəbilə, nəsil, sülalə daxilində əcdadların özəkdə, nəsillərin isə budaqlarda göstərilməsi ilə qohumluq münasibətlərinin ağac şəklində təsviri.
Əsməra
Əsməra (tiqr. ኣስመራ, Asmera) — Eritreyanın paytaxtı və ən böyük şəhəri. Adı əvvəllər "Asmara" kimi tələffüz edilirdi. Toxuculuq, tikiş, ayaqqabı, yeyinti, keramika sənayesi müəssisələri vardır. Şəhərdə yerli universitet, aeroport və dəmiryol vağzalı vardır. Şəhər italyan memarlığı əsasında inşa olunduğu üçün "Kiçik Roma" ləqəbinə malikdir. == Əhalisi == Əhalisi 2009-cu ilin hesablamalarına görə 649 000 nəfərdir. Əsas etnik qruplar tiqrai (77 %) və tiqredir (15 %). Əhalinin 60 % Eritreya pravoslav kilsəsinin inancları, 15 % — katoliklər, 25 % — müsəlmanlardır (sünnülər). == Qardaşlaşmış şəhərlər == Fransa Never == Coğrafiyası == Dəniz səviyyəsindən hündürlüyü 2325 metrdir.
Abutalıb Səmədov
Abutalıb Qəmbər oğlu Səmədov (19 fevral 1961, Tovuz) — Azəybaycan siyasətçisi, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini (2008–2016), Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin sədri (2006–2008), Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı, Azərbaycan Naminə Alyans Partiyasının sədri (1994–2023). == Həyatı == 1961-ci il fevralın 19-da Tovuz şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. Rus dilini bilir. Evlidir, 3 övladı var == Siyasi fəaliyyəti == 1992–1993-cü illərdə Azərbaycan Milli İstiqlal Partiyasının yaradılması prosesində iştirak edib və Sumqayıt şəhər təşkilatının sədri olub. 1993-cü ilin mayında partiya üzvlüyündən çıxıb. 1994-cü ilin oktyabrında Azərbaycan Naminə Alyans Partiyasının təşkilat komitəsinə rəhbərlik edib və partiyanın sədri seçilib. 1997–1998-ci illərdə Azərbaycan Respublikası Dövlət Qaçqınlar Komitəsi sədrinin müavini işləyib. 1990, 1995, 2000-ci illərdə parlament seçkilərində namizəd kimi iştirak edib, 2001-ci il yanvarın 7-də 99 saylı Şəmkir şəhər seçki dairəsindən deputat seçilmişdir Milli Məclisin İnsan hüquqları daimi komissiyasının üzvü olmuşdur. 2006–2008-ci illərdə Müəllif Hüquqları Agentliyinin sədri vəzifəsində fəaliyyət göstərmişdir.
Afina şəhəri
Afina (yun. Αθήνα) — Yunanıstanın paytaxtı və təxminən 4 milyon əhalisiylə ən böyük şəhəri. Qədim Yunan mədəniyyətinin də mərkəzi olmuşdur. Afina qədim çağlarda da əhəmiyyətli bir ticarət və mədəniyyət mərkəzi idi. Adı, qoruyucusu olan müharibə ilahəsi Afina'dan gəlməkdədir.1896 və 2004 Yay Olimpiya Oyunları'na ev sahibliyi etmişdir. == Afina mifologiyada == Mifologiyada Afina şəhərinə ad verilməsi tanrılar arasında bir müsabiqənin nəticəsində olub.Dəniz Tanrısı Poseydon şəhərə sahib olmaq üçün öz üç dişli nizəsini qayaya vurmuş və vurduğu yerdən at çıxmışdır,bəzi mənbələrdə su fışqırdığı qeyd olunur.Bundan sonra müdriklik tanrıçası Afina,öz nizəsini yavaşca yerə toxundurub və oradan meyvələrlə dolu,gümüş yarpaqlı zeytun ağacı bitib.İnsanlar zeytun ağacını daha faydalı hesab etdikləri üçün şəhərin adını Afina qoyublar. == Tarixi == Yaxın Şərq tərəfdən baxdığımızda Avropanın ilk şəhəri demək olar. Avropadan baxdıqda isə Qərbdən Şərqə bir körpü rolu oynadığını görürük. Tarixi eradan əvvələ gedən şəhərdə günümüzə qədər gəlib çıxmış tunc dövrünə aid abidələrin qalıqları var. == Turizm == Yunanıstanın paytaxtı Afina təxminən, 4 milyona yaxın əhalisi və isti qilimi ilə turistlərə xoş əhval bəxş edir.
Ageratina seleri
Ageratina seleri (lat. Ageratina seleri) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü.