Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Uniya
Uniya (lat. unio – birlik, təşkilat) — dövlətlər arasında ittifaqın, birliyin növü. == Haqqında == Uniyanın personal və real növləri mövcuddur. Personal uniyada iki və daha çox monarxiya quruluşlu dövlətlərin bir dövlətin tərkibində birləşir, lakin hər biri özünün hakimiyyət və idarəetmə orqanlarını saxlayır. Məsələn, Millətlər Birliyinin üzvü olan 54 ölkədən 15-i şəxsi uniya münasibəti vəziyyətindədir, yəni Böyük Britaniya və və Şimali İrlandiya krallıqlarına birləşmişlər və özlərinin monarxları yoxdur. (Avstraliya, Yeni Zelandiya, Kanada, Barbadas, Yamayka və b.) İngilis kraliçası eyni zamanda bu ölkələrin hər birinin kraliçasıdır. Lakin həmin ölkələrdə onun funksiyasını əsasən hər bir ölkənin hökuməti tərəfindən namizədliyi təqdim olunmuş və kraliça tərəfindən təsdiqlənmiş general-qubernator yerinə yetirir. Real uniya öz dövlət başçısı, öz pul sistemi, birləşmiş ordusu və digər xarici siyasəti həyata keçirən vacib dövlət orqanları olan monarxiya quruluşlu dövlətlərin daha sıx birliyidir. == İstinadlar == == Əlavə ədəbiyyat == Alberto Alesina and Enrico Spolaore. 2003.
Nisa
4-cü surə ən-Nisa (Qadınlar) surəsi (Mədinədə nazil olmuşdur, 176 ayədir) Surədə iman və ədalətə dəvət, keçmiş ümmətlərdən ibrət götürülməsi, Allah düşmənləri ilə dostluq rabitələrinin qırılması, yetimlərin himayəsi, izdivac və irs hökmləri, ilahi rəhbərə itaətin zəruriliyi, Allah yolunda hicrət və cihad barədə danışılır. Surənin ilk 35 ayəsində ailə məsələləri bəyan olunduğuna görə surə "Nisa", yəni "qadınlar" adlandırılmışdır. Surənin 58-ci ayəsinin Məkkədə nazil olması haqqında da iddialar yer alır.
Inga unica
Inga unica (lat. Inga unica) — paxlakimilər fəsiləsinin i̇nqa cinsinə aid bitki növü.
Fəxrul Nisa
Fəxrul Nisa (1091, Bağdad - 1179 Bexda) — Kürd əslli hədis alimi, atasının adı Ahmət bin əl-Fərəc bin Ömər əl- Dinavəri'dir. Əbi Xəttab əl-Batırvani, Əbi Abdullah əl-Hüseyn bin Əhməd əl-Neabi və Talha bin Məhəmməd əl-Zeynəbi kimi bir çox alimdən dərs aldı.
Ləşt nişa
Ləşti-Nişa — İranın Gilan ostanında yerləşən şəhər. Ləşti-Nişanın əhalisinin əksəriyyətini giləklər təşkil edir.
Ləşti-Nişa
Ləşti-Nişa — İranın Gilan ostanında yerləşən şəhər. Ləşti-Nişanın əhalisinin əksəriyyətini giləklər təşkil edir.
Nisa Surəsi
4-cü surə ən-Nisa (Qadınlar) surəsi (Mədinədə nazil olmuşdur, 176 ayədir) Surədə iman və ədalətə dəvət, keçmiş ümmətlərdən ibrət götürülməsi, Allah düşmənləri ilə dostluq rabitələrinin qırılması, yetimlərin himayəsi, izdivac və irs hökmləri, ilahi rəhbərə itaətin zəruriliyi, Allah yolunda hicrət və cihad barədə danışılır. Surənin ilk 35 ayəsində ailə məsələləri bəyan olunduğuna görə surə "Nisa", yəni "qadınlar" adlandırılmışdır. Surənin 58-ci ayəsinin Məkkədə nazil olması haqqında da iddialar yer alır.
Nişa Tulu xaqan
Nişa Tulu xaqan (əsl adı - Aşina Nişu 阿史那泥孰, taxt adı - Tulu xaqan, tam titulu və adı - 吞阿娄拔奚利邲咄陆可汗) — Qərbi Göytürk dövlətinin VIII xaqanı. == Hakimiyyətə gəlməsi == 631-ci ildə Qaraşəhrə qaçmışdı. Si Yabqunun taxtdan endirilməsindən sonra, Nuşibilər tərəfindən xaqan elan edilmişdi. Atası Yanq Soux Teginin beşinci oğlu Bağa Şad idi. Tan sülaləsi tərəfindən xaqan kimi tanınmışdı, sonrakı il xəstələnərək öldü. İrbis İşbara Yabqu xaqanın atasıdır.
ANİİA
Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası (qısaca: ANİİA) — Azərbaycan Respublikasında fəaliyyət göstərən assosiasiyalardan biri. == Tarixi == Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası 2016-cı ilin noyabr ayından fəaliyyətə başlayıb və ilk günlərdən Azərbaycanda narçılıqla məşğul olan fiziki və hüquqi şəxsləri öz ətrafına toplamağa nail olmuşdur. Dəqiq qeydiyyatlar nəticəsində bu sahədəki mövcud problemləri aradan qaldıran ANİİA narçılığın inkişafı istiqamətində aqrotexniki maarifləndirmə işləri aparmış və bu sahədə fəaliyyət göstərən yerli və xarici mütəxəssislərlə görüşlər keçirərək yüksək təcrübələr əldə etmişdir. Assosiasiya "Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyi adı ilə 31 oktyabr 2016-cı il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Assoasiasiyanın ilk yığıncağı 17 mart 2017-ci il tarixində keçirilmişdir. Assosiasiya müvafiq dövlət qurumlarının daimi hərtərəfli dəstəyilə öz fəaliyyətini göstərilən etimada uyğun olaraq davam etdirməkdədir. ANİİA rəhbərliyi və üzvləri Respublika əhəmiyyətli tədbirlərdə hər zaman təmsil olunur. Ölkə başçısı cənab İlham Əliyevin də iştirakı ilə ölkəmizdə və Belarusiya, Polşa, Ukrayna, Latviya, BƏƏ, Rusiya, Türkiyə kimi ölkələrdə təşkil edilən biznes forumlarda İqtisadiyyat Nazirliyinin birbaşa dəvəti ilə iştirak edirlər. Assosiasiya üzvləri AZPROMO-nun dəstəyi ilə keçirilən beynəlxalq sərgi və tədbirlərdə, narın ixracı ilə əlaqədar təşkil olunan bütün xarici forumlarda AZPROMO-dan olan həmkarları ilə birgə iştirak edirlər. == Məqsədi == Assosiyasiyanın məqsədi nar təsərrüfatı ilə məşğul olmaq istəyən fermerlərə təmənnasız şəkildə xidmət göstərmək, Azərbaycan narının dünya bazarında "Made in Azerbaijan" brendi kimi tanınmasına dəstək verməkdir.
Aniva
Aniva (rus. Ани́ва) ya da Rutaka (yap. 留多加) — Rusiya Federasiyasında yerləşən şəhər. Saxalin vilayətinin tərkibinə daxildir.
Benisa
Benisa (isp. Benisa) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Marina-Alta ərazisinin 69,71 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 13369 nəfərə çatmışdır. == Qalereya == == Həmçinin bax == Marina-Alta Denia Xavea == İstinadlar == == Xarici keçidlər == Página oficial del Ayuntamiento de Benisa Arxivləşdirilib 2011-07-23 at the Wayback Machine Índice estadístico de Benisa.
Cunila
Cunila (lat. Cunila) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi.
Edişa
Edişə (Cəlilabad)
Eniva
Eniva (yap. 恵庭市) — Yaponiyanın Hokkaydo adasında və eyni adlı prefekturanın İşikari sabprefekturada yerləşən şəhər.
Manisa
Manisa — Türkiyənin Egey regionunda şəhər və Manisa ilinin inzibati mərkəzi. "Şahzadələr şəhəri" olaraq da tanınır. Antik dövrdə "Magnesia", Roma İmperiyası dövründə tam adıyla "Magnesia ad Sipylum" olaraq xatırlanmışdır. Dünya dillərindəki maqnit və maqnezium sözlərinin mənşəyi Manisanın adıdır. Ənənəvi Beynəlxalq Mesir pastası Festivalı təşkil edilir. Festivalı fəaliyyətlərinə qürur qonağı ölkələr üçün gecə təşkil edilir.
Nisan
Nisan (ivr. ‏נִיסָן‏‎) Yəhudi təqviminə görə rəsmi ilin yeddinci ayıdır (artıq illərdə səkkizinci aydır və il 1 tişreydə başlayır) və dini ilin birinci ayıdır (dini il 1 nisanda başlayır). 30 gün davam edən bu ay Miladi təqvimində mart-aprel aylarına düşür. Nisan adı Babil dilindən gəlib, Tövratda Babil Sürgünündən əvvəl bu aya bahar mənasını verən Aviv adı verilmişdi.
Nisaz
Nisaz (fars. نساز‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 921 nəfər yaşayır (215 ailə).
Nissa
Nissa (lat. Nyssa) — zoğalkimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == == İstinadlar == Nissa:The Plant List saytında takson barədə məlumat.
Nitsa
Nitsa (fr. Nice) — Fransada şəhər. Fransız Rivyerasının ən çox səyahət edilən şəhəri – Nis şəhəri soyuq şimal küləklərindən qoruyan Dəniz sahili Alp dağları ilə əhatə olunan Mələklər buxtasının sahilində yerləşir. == Coğrafiyası == Nitsa Avropa qitəsinin cənubunda və Fransanın cənub-şərq hissəsində yerləşir. Nitsa – Alp, Provans, Korsika və İtalyanın görüşdükləri yerdir. Şəhər Mavi sahilin ən mənzərəli mərkəzi hissəsində yerləşir. Arxa planda Alp dağlarının zirvələri görünür. Bu zirvələrdən bəzilərinin hündürlüyü dəniz səviyyəsindən 3000 metrə çatır. Nitsa əlverişli iqlimə malikdir. Nitsanın iqlimi mülayim və sabitdir (havanın temperaturu +10 dərəcədən aşağı, yayda isə +25 dərəcədən yuxarı olmur).
Punica
Nar (lat. Punica) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin ağlarotukimilər fəsiləsinə aid bitki cinsi. Nar ilkin olaraq Aralıq dənizi bölgəsində görülmüşdür . 16-cı əsrin sonlarında İspanlar Amerikaya, 1769-cu ildə isə ispan köçkünləri Kaliforniyaya gətirmişlər. Meyvənin mövsümü Cənub yarımkürədə martdan may ayına qədər, Şimal yarımkürəsində isə sentyabrdan fevral ayına qədər olur . Sağlam sarkotestalar və ya şirə kimi nar çörək bişirməkdə, yemək hazırlamaqda, şirə qarışıqlarında, yemək qarnirlərində, kokteyl və şərab kimi spirtli içkilərdə istifadə olunur. Nar Yaxın Şərq və Qafqaz regionunda, şimal və tropik Afrikada, İranda, Hindistan yarımadasında, Mərkəzi Asiyada, Cənub-Şərqi Asiyanın daha quru hissələrində və Aralıq dənizi hövzəsində geniş şəkildə becərilir. == Etimologiyası == Narın adı orta əsrlərdə Latın pōmum "alma" və qranātum "toxumlu" sözlərindən yaranmışdır. Ola bilsin ki, köhnə fransız dilində meyvə, pomme-qranat sözündən qaynaqlanan nar qədim ingilis dilində "Qrenadanın alması" kimi tanınırdı - bu termin bu gün yalnız heraldik blazonlarda qalır. Bu, Latın qranatusunu İspaniyanın Qranada şəhərinin adı ilə qarışdıran xalq etimologiyasıdır ki, bu da əlaqəsi olmayan ərəb sözündəndir.
Snina
Snina (slovak. Snina, ukr. Сніна, mac. Szinna) — Slovakiyanın Ukrayna ilə sərhəddi yaxınlığında şəhər. Snina Pçolinka çayının Tsiroxa çayına töküldüyü yerdə, Viqorlat və Bukovske Vrhi dağ yamaclarında yerləşir.
Şueişa
Şueişa Inc. (yaponca: 株式会社集英社, Hepbörn: Kabushiki-gaisha Shūeisha, hərfi tərcümədə İntellekt Toplama Nəşriyyatı MMC) — Çiyoda, Tokyo mərkəzli bir yapon şirkəti. 1925-də yapon naşiri Şoqakukanın əyləncə nəşrləri diviziyası kimi yaranan kompaniya növbəti il müstəqil bir şirkətə çevrilmişdir. Şueişa tərəfindən nəşr olunan manqa jurnallarına şonen jurnalları Weekly Shōnen Jump, Jump SQ və V Jump, seynen jurnalları Weekly Young Jump, Grand Jump və Ultra Jumpın da nəşr olunduğu Jump xətti daxildir. Bunlardan başqa, həmçinin Non-no kimi bir sıra digər jurnallar da Şueişa tərəfindən çap olunmaqdadır. Şoqakukan ilə birlikdə Şueişa Şimali Amerikada manqalar yayımlayan Viz Medianın sahibidir.
Raisa
Raisa — qadın adı. Raisa Atambayeva — Qırğızıstan Respublikasının birinci xanımı. Raisa Kudaşeva — Sovet şairi və yazıçısı. Raisa İsmayılova — Azərbaycan balerinası, Azərbaycan SSR əməkdar artisti (1967). Raisa Əhmədova — çeçen xalq şairəsi. Raisa Nedaşkovskaya — Ukrayna aktrisası. Raisa Sarbi – çuvaş şairi.Çuvaşıstanın əməkdar incəsənət xadimi.
Alisa (Alisa möcüzələr ölkəsində)
Alisa və ya Elis – Luis Kerrollun Alisa möcüzələr ölkəsində və Alisa güzgü arxasında əsərlərinin baş qəhrəmanıdır. Personajın prototipi Alisa Plezens Liddell (ing. Alice Pleasance Liddell) adlı şəxsdir.
Ageratina enixa
Ageratina enixa (lat. Ageratina enixa) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü.