Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İmirzik
İmirzik — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonu ərazisində qədimi kənd İmirzik kəndi Dəvəgözü çayının yanında, Gərniçayın sol axarında yerləşirdi. 1590-cı il tarixli "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə Əmirzik formasında, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. 1930-cu illərdə Vedi (Ararat) rayonunun inzibati ərazi bölgüsünə daxil idi. Kənddə 1873-cü ildə 188 nəfər, 1886-cı ildə 232 nəfər, 1897-ci ildə 348 nəfər, 1904-cü ildə 254 nəfər, 1914-cü ildə 328 nəfər, 1916-cı ildə 456 nəfər azərbaycanlı yaşamışdır. 1918–19-cu illərdə kəndin sakinləri ermənilər tərəfindən qırğınlarla qovulmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar öz kəndlərinə dönə bilmişlər. Burada 1922-ci ildə 65 nəfər, 1926-cı ildə 96 nəfər, 1931-ci ildə 151 nəfər, 1939-cu ildə 269 nəfər azərbaycanlı yaşamışdır. SSRİ Nazirlər Sovetinin 1948-ci ildəki xüsusi qərarı ilə kəndin sakinləri azərbaycanlılar zorla Azərbaycana köçürülmüşdür. Kənd xarabalığa çevrilmişdir, hazırda ölü kənddir. Toponim 24 oğuz tayfalarından biri olan eymur (imir) etnoniminə -zik şəkilçisinin artırılması ilə düzəlmişdir.
Amiri Baraka
Amiri Bakara (7 noyabr 1934, Nyuark - 9 yanvar 2014, Nyuark) — Afroamerikalı yazıçı və şair. Əsl adı Everett Leroy Consdur. 1960-cı ildə ədəbiyyatda yeni cığır açan "Qara İncəsənət Hərakatı"nın banisi sayılır. Bu hərəkatla ədəbiyyatın irqçiliyə qarşı silah kimi istifadə oluna biləcəyini göstərmiş, yazdığı sosialist və anti-irqçi əsərləri ilə ədəbiyyata yenilik qazandırmışdır. Sistemə qarşı öz narazılığını əks etdirən oyun və şeirləri ilə tanınan Amiri Baraka 79 yaşında ABŞ-nin Nyu-Cersi ştatında vəfat edib. == Əsərləri (ingiliscə) == Preface to a twenty volume suicide note; poems. Blues people: Negro music in white America. Dutchman and The slave, two plays. The dead lecturer; poems. The system of Dante's Hell; a novel.
Amriş Puri
Amriş Puri (22 iyun 1932, Calandhar[d], Britaniya Hindistanı – 12 yanvar 2005[…], Mumbay) - tanınmış hind aktyorudur. == Seçilmiş filmoqrafiya == 1970: Prem Pucari (film,1970 1984: Üç muşketyor kimi 1986: Okean 1995: Karan və Arcun 1997: Kömür 2005: Mənə ərə gəl (film,2005) == Hәyatı == Amriş Puri firavan ailədə Calandxar şəhəri yaxınlığında kiçik pəncab şəhərcikində dünyaya gәlib. Ailәdә 4 nәfәr olublar. Şımlada humanitar kolleci bitirib. Ximaçal-Pradeş-in hind ştatında, sonra universitetin və 20 ilin siyasi-iqtisadi fakültəsi Əmək Nazirliyində və İndira Qandinin hökumətində Bombeydə işləyib. Hələ məktəb illərində fizikayla maraqlanırdı, kimya, həmçinin fleytada oyunla və həmişə teatr və kinoda oynamağı arzu edirdi.
Miriş Ağa
Miriş Ağa (əsl adı: Ağa Mirağa; v. 1906, Naxçıvan) — el ağsaqqalı. == Həyatı == Ulu babası orta əsrlərdə Yaxın Şərqdən Naxçıvana gəlmiş Şəms İbn Min əl-Əms adlı müqəddəs bir şəxs olmuşdur. Miriş ağa onun nəslinin son görkəmli nümayəndəsi olmuşdur. "Miriş" soyadı da onun adı ilə bağlı yaranmışdır. Xalqın inam və etiqad yeri olan Miriş ağa şəhərin erməni və rus icmalarının etimadını qazanmışdır. Deyilənə görə, Miriş ağa rəhmətə gedənə qədər Naxçıvan xanı Cəfərqulu və rus keşişi hər il Novruz bayramında ağanın evinə gəlib, onu təbrik edərmişlər. Naxçıvan Dövlət Arxivində saxlanan bir sənəddə deyilir ki, 1905-ci ilin ortalarında Cəhri kəndində qanlı erməni-müsəlman qırğınının qarşısı məhz Miriş ağanın övladları Mir Cəfər, Mir Həsən və Mir Aqilin Naxçıvanda maarif və mədəniyyətin inkişafında mühüm xidmətləri olmuşdur. === Vəfatı === 1906-cı ildə Naxçıvanda vəfat etmişdir. == Mənbə == Naxçıvan Ensiklopediyası.
Amitis
ı Amitis (e.ə. 630 – e.ə. 565) — Midiya hökmdarı Kiaksarın qızı və ya nəvəsi, Babil hökmdarı II Navuxadonosorun arvadı olmuşdur. == Evlənməsi == Amitis Midiya və Babil çarlığı arasında ittifaqa uyğun şəkildə, formal olaraq Babil hökmdarı II Navuxadonosora ərə verilmişdir. == Babil Asma bağı == Babilə köçdükdən sonra çox darıxan və həmişə qəmgin olan Amitisdən bunun səbəbini soruşduqda o, vətəni Midiya, onun bağları və meşələri, təmiz bulaqları və saf havası üçün darıxdığını qeyd edir. Bu sözləri eşidən hökmdar, Babilin ən böyük memarlarını çağıraraq, arvadının darıxmaması üçün Babildə Midiya bağlarına oxşar bağ salmağı əmr edir. Bundan sonra midiyalı xanım Amitisin şərəfinə qədim dünyanın yeddi möcüzəsindən biri olan Babil Asma Bağı salınır.
Kiriakos Amiridis
Kiriakos Amiridis (ö. dekabr 2016, Braziliya) — Yunanıstan Respublikasının Braziliya Federativ Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri (yanvar 2016 – dekabr 2016). == Vəfatı == 2016-cı ilin son günlərində Kiriakos Amiridisin icarəyə götürdüyü avtomobil yanmış vəziyyətdə tapılıb. Polis maşında onun yanmış cəsədini aşkarlayıb.
Edmondo De Amiçis
Edmondo De Amicis - İtaliyan romançı, jurnalist, qısa hekayə yazıçısı və şair. Bundan başqa gəzinti kitabları və uşaq əhvalatlarıyla da tanınmışdır. == Yaradıcılığı == == Türk dilində olan kitabları == Çocuk Kalbi, çev. Babil Çeçen-Ayhan Ergun (İstanbul: Örgün, 1984). Çocuk Kalbi, çev. Kasım Göçmenoğlu (İstanbul: Nehir, 1995). Çocuk Kalbi, çev. Dr.Nurhan Özaltın,Mehmet Aydın (İstanbul:Yalçın 1993) Çocuk Kalbi, çev. Nevin Özkan (İstanbul: Alkım, 1997). Çocuk Kalbi, çev.