Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Aseptik meningit
Aseptik meningit (ing. Aseptic meningitis) — beyin və onurğa beynini əhatə edən membranın serebrospinal maye testinin nəticəsi mənfi olan xəstələrdə beyin qişasının iltihabı. Aseptik meningitə viruslar, mikobakteriyalar, spiroketlər, göbələklər, dərmanlar və bədxassəli xəstəliklər səbəb olur. Həm meningit, həm də aseptik meningit üçün testlər əsasən eynidir. Bel ponksiyonu vasitəsilə serebrospinal maye nümunəsi götürülür və infeksiyanın olub olmadığını müəyyən etmək üçün leykositlərin hüceyrələrinin sayı üçün yoxlanılır və faktiki səbəbi görmək üçün əlavə testlər götürülür. == Etiologiyası == Etiologiyasına görə aseptik meningit 2 növ olur: yoluxucu və qeyri-infeksion. Bu günə qədər diaqnozun qoyulmasında bütün irəliləyişlərə baxmayaraq, dəqiq etiologiya yalnız 30-65% hallarda müəyyən edilə bilib. Qalan etiologiyası naməlum hallar "idiopatik" kimi adlanır. Yoluxucu səbəblər baxımından ən çox yayılmış agent virusdur, həmçinin bakteriyalar, göbələklər və parazitlər də daxildir. Xəstəliklərin yarıdan çoxu enteroviruslar tərəfindən törədilir (məs.
Septik artrit
Septik artrit, infeksion artrit – ən çox fiziki yükə məruz qalan iri oynaqların, xüsusilə diz oynağında qəflətən başlayan şişkinlik və yüksək temperatur və bir oynağın zədələnməsi ilə gedən haldır.
Septik şok
Septik şok — İnfuziyaya baxmayaraq hemodinamikanın düzəlməməsi septik şok adlandırılır. Hazırda septik şok ümumi iltihab sindromunun ağır formalarındın biri kimi qəbul edilir və mahiyyətcə hipovolemik və vazodilatator şok hesab edilir. Orqanizmin bütün orqanlarında baş verən iltihab (ÜİS) kapilyar keçiriliyicini artıraraq plazma itirilməsinə – hipovolemiyaya səbəb olur (sekvestrasiya, ödem, üçüncü sahə). Eyni zamanda iltihab mediatorları diffuz vazodilatasiya törədərək perferik müqaviməti azaldırlar. Septik şok ən çox travmalarda və iltihabi-destruktiv xəstələrdə rast gəlir. Erkən septik şok qarının boşluqlu orqanlarının zədələnməsi nəticəsində adətən ilk 24 saat ərzində baş verir. Gec septik şok isə travmatik zədələnmənin törətdiyi infeksiyon ağırlaşmalara bağlı olaraq 24 saatdan sonra (ən çox 3–5-ci günlər) meydana gəlir. Peritonit, pankreatit, yanıq, anaerob fleqmonalar, kəskin bağırsaq keçməzliyi, kəskin qaraciyər yetməzliyi, müsariqə trombozu septik şşokun ən çox rast gələn səbəbləridir. Septik şok 2 şəkildə – hipodinamik və hiperdinamik şəkildə ola bilər. Hipodinamik şok hemorragik şok əlamətləri şəklində (taxikardiya, soyuq dəri, sidiyin azalması) büruzə verir.
Seltik FK
"Seltik" (ing. Celtic Football Club) — Şotlandiyanın Qlazqo şəhərini təmsil edən peşəkar futbol klubu. Oyunlarını 60,830 nəfərlik Seltik Park stadionunda oynayan Seltik yaşıl-ağ rənglərə malikdir. == Tarixi == == Rəqabətləri == Daim prinsipiallığı ilə seçilən matçda komandalar arasında ölüm-dirim mübarizəsi dərəcəsində rəqabətin olması həm də siyasi xarakter daşıyır. Səbəbi Reyncersin "Protestant və Kraliçə klubu", Seltikin isə kraliçəyə boyun əyməyən katoliklərın komandası olmasıdır.
Seltik Park
Seltik Park (ing. Celtic Park) — Qlazqo şəhərində yerləşən futbol stadionu. Seltik futbol klubuna məxsusdur. Seltik azarkeşləri arasında Paradise (Cənnət) deyə bilinir. Şotlandiyada ən böyük futbol stadionudur. Tutumu 60.830 nəfərdir.
Avetik Bağdasaryan
Avetik Bağdasaryan (erm. Ավետիք Պաղտասարեան; bilinmir, Diyarbəkir – bilinmir), daha çox Oxucu Tiqranakertsi (erm. Ընթերցող Տիգրանակերտցի; daha az – Amdetsi, erm. Ամդեցի) — XVII–XVIII əsrlərdə yaşamış erməni alimi, tarixçisi və səyyahı. O, müxtəlif sahələrdə – astronomiya, təqvimşünaslıq, riyaziyyat, tarixşünaslıq, musiqişünaslıq üzrə elmi irs ərsəyə gətirmişdir. Onun əsərləri riyazi fənlər üzrə dövrün erməni elmi məktəbinin vəziyyətini təmsil edir. == İstinadlar == == Əlavə ədəbiyyat == Л. Алишан. Աւետիք Պաղտասարեան, ընթերցող Տիգրանակերտցի-1 // Базмавеп. № 7. 1897.