Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Oksidimetriya
Oksidimetriya — analitik kimyada oksidləşmə-reduksiya reaksiyalarına əsasən oksidləşdiricilərin və reduksiyaedicilərin miqdarı təyini üçün həcmi analiz üsullarının ümumi adı. Oksidləşmə-reduksiya reaksiyası üzrə reduksiyaedicinin miqdari təyinində oksidləşdiricilərin titirli məhlulundan istifadə edilir. a O x 1 + b R e d 2 ⇄ β O x 2 + α R e d 1 {\displaystyle {\mathsf {aOx_{1}+bRed_{2}\rightleftarrows \beta Ox_{2}+\alpha Red_{1}}}} İşçi məhlul kimi tətbiq edilən maddələrdən asılı olaraq, oksidimetriyanın bir sıra xüsusi halları məlumdur. Permanqanatometriya Yodometriya Bu üsulun əsasını müxtəlif reduksiyaedicilərin kalium-permanqanat (KMnO4) ilə oksidləşmə reaksiyası təşkil edir. KMnO4 qüvvətli oksidləşdiricidir. O, hər üç mühitdə (turş, qələvi və neytral) reduksiya olunur. Permanqanametriya üsulunda reaksiya əsasən, turş mühitdə aparılır. Bu məqsədlə yalnız H2SO4-dən istifadə etmək məqsədəuyğundur. Belə şəraitdə KMnO4 özü indikator rolunu oynayır. Permanqanatometriya üsulundan tibbdə bir çox məqsədlərlə istifadə edilir.
Asimmetriya
Asimmetriya — Çox vaxt vizual obyektlərə və təsviri sənətə münasibətdə istifadə olunur. Bədii yaradıcılıqda asimmetriya formalaşma və ya kompozisiyanın əsas vasitələrindən biri kimi çıxış edə bilər. Luis Paster, bioloji molekulların asimmetrik olduğunu irəli sürmüşdür, onun dövründə və indi fiziki proseslərin simmetriyası vurğulansa da, zamanından başlayaraq fundamental fiziki asimmetriyalar mövcud olduğu məlumdur. Jan, Yuh-Nung; Yeh Jan, Lily. "Asymmetry across species". Nature Cell Biology. 1 (2). 1999: E42–E44. doi:10.1038/10036. PMID 10559895.