Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Monoxrom, təkrəng
Monoxrom və ya monoxromatik bir şəkil, obyekt və ya palitrası tək bir rəngdən (və ya eyni rəngli dəyərlərdən) ibarətdir. Yalnız boz çalarları istifadə edən şəkillər boz şkala (adətən rəqəmsal) və ya ağ-qara (adətən analoq) adlanır. Fizikada monoxromatik işıq dar bir dalğa uzunluğu olan elektromaqnit şüalanmaya aiddir ki, bu da fərqli anlayışdır.
Atəşdən köynək
Atəşdən köynək (türk. Ateşten Gömlek) — Türkiyə yazıçısı Xalidə Ədib Adıvarın romanı, Türkiyədə baş verən müstəqillik uğrunda mübarizə illərinə həsr olunan ilk roman. == Yazılış tarixçəsi == Yazıçı romanın ön sözündə əsərin adını ideya olaraq, Yaqub Qədri Qaraosmanoğludan götürdüyünü etiraf edərək özündən asılı olmayaraq, hər dəfə Anadoluya baxdıqda ruhunda-canında məhz “atəşdən köynək” hiss etdiyini vurğulayır: “Mənim “Atəşdən köynəyi”mi zaman söndürüb bir kənara atmasa, türk romanları arasında iki “Atəşdən köynək” olacaq. Bəlkə də, əlli il sonra kitabxana rəflərində yan-yana qoyulan bu iki kitab Hans Andersonun nağılları kimi dilə gəlib bir-birlərinə keçmiş günlərdən danışacaqlar”. Xalidə Ədib Yaqub Qədriyə yazdığı məktubda da bu məsələyə toxunaraq, bu metoforik ifadəyə görə ona həm minnətdarlığını bildirmiş, həm də əfv diləmişdir. == Məzmunu == == Filmoqrafiya == == Qaleriya == Xalidə Ədib Adıvar Xalidə Ədib Adıvar və həyat yoldaşı Adnan Adıvarın məzarı "Atəşdən köynək" filminin afişası, 1932.