Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Berliner
Berliner — 470 × 315 mm (18,5 × 12,4 düym) ölçülü, ölçüsünə görə A3 və A2 formatları arasında yerləşən qəzet kağızı formatı. Format XX əsrin əvvəllərində yaranıb və adını Berlin şəhərinin adından alaraq, o dövrdə daha geniş istifadə edilən North German və French formatları ilə rəqabətə başlayıb. Hazırda Fransada Le Monde və Le Figaro, İtaliyada La Repubblica və La Stampa, Belçikada De Morgen, Böyük Britaniyada The Guardian, İsraildə "Ha-Arets", Xorvatiyada Vjesnik, ABŞ-də Journal & Courier (Lafayet, İndiana ştatı), Braziliyada Jornal do Brasil qəzetləri bu formatda çap olunurlar. Avropada Berliner Zeitung qəzetinin qısaca Berliner adlandırılması bəzən bu formatın adı ilə bağlı çaşqınlıq yaradır. Lakin bu qəzet berliner formatında çap olunmur. Almaniyada yalnız 2 milli qəzet berliner formatından istifadə edir: Die Tageszeitung (qısaca "taz" da adlandırılır) və Junge Welt. Əksər alman qəzetləri daha böyük olan, 570 × 400 mm ölçülərə malik nordisch formatında çap olunurlar.
Belişen
Belişen - XVIII əsrin ortalarına aid ermənicə mənbədə Göycə mahalında kənd adı. [150, 360].
Alen Berliner
Alen Berliner(fr. Alain Berliner, 21 fevral 1963, Brüssel[d]) — Belçika ssenaristi, rejissoru. == Həyatı == Alen Berliner 21 fevral 1963-cü ildə Brüsseldə anadan olub. Film həyatına rejissor assisenti kimi başlayıb. Alen Berliner 2010-cu ildə Onore de Balzak eyni adlı romanı əsasında Şaqren dərisi filmini çəkib.
Emil Berliner
Emil Berliner (alm. Emil Berliner‎; 20 may 1851[…], Hannover – 3 avqust 1929[…], Vaşinqton) — Alman və amerikan ixtiraçısı, 29 sentyabr 1887-ci ildə qramofonun ilk patentini almışdır. == Həyatı == 1899-cu ildə Emil Berliner Peterburqda səsyazma studiyası açır. 1901-ci ildə "Emil Berliners Qrammofon" şirkəti əsasında "Qrammofon" adlı ingilis səhmdar cəmiyyəti yaranır. Gələn il "Qrammofon"un bölmələri Moskvada, Kiyevdə, Varşavada, Riqa və Tiflisdə açılır. Həmin il Riqada qramvallar buraxan fabrik tikilir. == İstinadlar == == Xarici keçidlər == [1] Звукозапись — самое начало… Arxivləşdirilib 2007-10-09 at the Wayback Machine — Архив журнала "Звукорежиссёр". 09.03.
"Berlinin alınmasına görə" medalı
"Berlinin alınmasına görə" medalı — İkinci dünya müharibəsində qələbə mükafatı.. == Təsisi == Medal İkinci dünya müharibəsi zamanı Berlinin ələ keçirilməsi şərəfinə 9 iyun 1945-ci il tarixində SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə yaradılıb. == Təsviri == Dəyirmi, 32 mm diametrli, tunc medal. Arxasında döşə asılması üçün xüsusi sancaq yerləşdirilmişdir. Medalın üzərində "Berlinin alınmasına görə" sözləri, ən yuxarı hissəsində isə sovet ordusunun rəmzi olan 5 guşəli ulduz həkk edilmişdir.
Beynəlxalq Nadir Rast Gəlinən Xəstəliklər Günü
Beynəlxalq Nadir Rast Gəlinən Xəstəliklər Günü nadir xəstəliklərə diqqəti cəlb etmək, nadir xəstəlikləri olan şəxslər və onların ailələri üçün müalicə və tibbi təqdimat imkanlarını artırmaq məqsədilə fevralın son günündə qeyd olunan xüsusi gün. Bu tarix ona görə seçilib ki, uzun illərdə 29 fevral ən nadir tarixdir. Nadir Xəstəliklər üzrə Avropa Təşkilatı 2008-ci ildə naməlum və ya diqqətdən kənarda qalan xəstəliklər haqqında məlumatlılığı artırmaq üçün bu günü yaratmışdır. Bu təşkilata görə, bir çox nadir xəstəliklərin müalicəsi qeyri-kafi olduğu kimi, nadir xəstəlikləri olan şəxslərə və onların ailələrinə dəstək olmaq üçün sosial əlaqələr də yetərincə deyil; Bundan əlavə, hazırda xüsusi xəstəlikləri (QİÇS, xərçəng və s.) olan şəxslərə həsr olunmuş çoxsaylı günlər olsa da, əvvəllər nadir xəstəliklərdən əziyyət çəkənləri təmsil edən gün yox idi.