Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Entoni Blinken
Antoni Con Blinken (ing. Antony John Blinken; 16 aprel 1962, Yonkers[d], Nyu-York ştatı) — 26 yanvar 2021-ci ildən ABŞ-nin 71-ci dövlət katibi vəzifəsində çalışan Amerika dövlət xadimi və diplomatı. O, bundan əvvəl 2013–2015-ci illərdə milli təhlükəsizlik üzrə müşavir müavini və 2015–2017-ci illərdə prezident Barak Obama dövründə dövlət katibinin müavini vəzifələrində çalışıb. Bill Klinton administrasiyası dövründə Blinken 1994–2001-ci illərdə Dövlət Departamentində və Milli Təhlükəsizlik Şurasında yüksək vəzifələrdə çalışıb. 2001–2002-ci illərdə Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində baş elmi işçi olub. O, 2002–2008-ci illərdə Senatın Xarici Əlaqələr Komitəsinin Demokratlar heyətinin direktoru vəzifəsində çalışarkən 2003-cü ildə İraqın işğalını müdafiə edib. O , Obama-Bayden prezidentlik keçidinə məsləhət verməmişdən əvvəl 2008-ci ildə Co Baydenin prezidentlik kampaniyasının xarici siyasət müşaviri olub. 2009–2013-cü illərdə Blinken prezidentin köməkçisinin müavini və vitse-prezidentin milli təhlükəsizlik üzrə müşaviri vəzifələrində çalışıb. Obama administrasiyasında işlədiyi müddətdə o, ABŞ-nin Əfqanıstan, Pakistan və İranın nüvə proqramı ilə bağlı siyasətinin hazırlanmasına kömək edib. Dövlət xidmətini tərk etdikdən sonra Blinken konsaltinq firması olan WestExec Advisors-un həmtəsisçisi olaraq özəl sektora keçdi .
Linkin Park
Linkin Park — Alternativ metal üslubunda mahnılar ifa edən Kaliforniyalı musiqi qrupu. İki Qremmi mükafatına layiq görülmüşdür. 1996-cı ildə Aqura-Hills şəhərində yaradılan qrup "Linkin Park" kimi 1999-cu ildən tanınmışdır. Debyut albomu "Hybrid Theory" 2005 ildə brilyant sertifikatlaşdırılmışdı. "Collision Course" albomu Jay-Z ilə meydana gəldi. 2002 il "Reanimation" albomu remikslərdən ibarətdir. Studiya albomları: "Hybrid Theory" (2000), "Meteora" (2003), "Minutes to Midnight" (2007), A Thousand Suns (2010), Living Things (2012) və The Hunting Party (2014) == Qrupun tarixçəsi == === İlk illər (1996–2000) === Qrubun əsası əslində Los-Anceles-də bir universitetdə təhsil alan üç tələbə; Mayk Şinoda, Rob Bourdon və Brad Delson tərəfindən qoyulmuşdur. Mayk, Brad, Rob bir-birlərini tanıdıqdan sonra qrup yaratmaq fikrinə düşdülər. Maykın hip-hop söyləyə bilir, Brad Gitaranı, Rob isə zərb alətini çala bilirdilər. Universiteti bitirdikdən sonra qrup yaratmaq fikirləri daha da gücləndi.
Linkin Park Underground
Underground EP — Linkin Park tərəfindən hazırlanan canlı və yaxud remix mahnılar əsasında hazırlanmış EP-lərdir. Sayca 10 EP mövcuddur. Sonuncu albom 2010-cu ildə çıxmışdır. == Albomların siyahısı == == Underground 1.0 == Əslində adı Hybrid Theory EPdir. Ancaq Underground seriyasının ilk albomu olmuşdur. Bu albom digər EP-lərdən fərqli olaraq mahnıları remix və ya canlı deyildir. Carousel – 3:01 Technique – 0:40 Step Up – 3:55 And One – 4:31 High Voltage – 3:31 Part of Me – 12:43 == Underground 2.0 == 2002-ci ildə satışa çıxarıldı. A.06 – 0:54 With You (Live) – 3:45 Pts. Of. Athrty (Christal Method Remix) – 4:57 Dedicated (Demo 1999) – 3:10 High Voltage (Live) – 3:45 My December – 4:20 == Underground 3.0 == 2003-cü ildə satışa çıxarıldı.
Linkin Parkın diskoqrafiyası
Linkin Park diskoqrafiyası — Amerikalı Nu metal Alternativ Rok qrupu Linkin Parkın çıxardığı albom sinql və s. aiddir.
Meteora (Linkin Parkın albomu)
Meteora – Linkin Parkın 2-ci studiya albomudur. 25 mart 2003 tarixində Warner Bros. tərəfindən şatışa çıxardılmışdır. Albomun ilk sinqlı Somewhere I Belong mart ayında yayımlandı. Sonra müvafiq olaraq "Faint", "Lying from You", "From the Inside", "Breaking the Habit" və "Numb" sinqlları yayımlandı. Meteora Modern Rock mahnıları siyahısının ən uğulu albom sayılır. Bu albom 2003-cü ildə Qremmi mükafatı almışdır. İndiyədək dünya üzrə 10 milyonun üzərində satış rəqəminə çatmışdır. Albomun 8-ci mahnısı "Figure.09" S.W.A.T filminin soundtreki olmuşdur. 12-ci mahni "Session" isə "The Matrix Reloded" filminin soundtreki olmuşdur.
Underground seriyası (Linkin Park EP)