Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Booking.com
Booking.com — 1996-cı ildə Amsterdamda (Hollandiya) yaradılmış onlayn otel bron sistemidir. 2005-ci ildə sistem Amerika şirkəti The Priceline Group tərəfindən 133.000.000 ABŞ dollarına alınıb (2018-ci ilin fevralında adı Booking Holdings NASDAQ: BKNG olaraq dəyişdirilib).
Həssənal Bolkiah
Həssənal Bolkiah və ya Həsənal Bolgiah (malay Hassanal Bolkiah; 15 iyul 1946[…], Bandar Seri Begavan) — Bruney sultanı, Bruneyin baş naziri, müdafiə naziri və maliyyə naziri. == Sərvəti == 2010-cu ildə Bruney sultanının şəxsi sərvəti 20 milyard dollar həcmində qiymətləndirilmişdir. Onun 1984-cü ildə 400 milyon dollara tikilən sarayı 200.000 m2-lik ərazini əhatə edir və Nurul İman adlanır. 1788 otağı, 257 hamamı, 5,000 nəfərlik dövlət zalı, 1500 nəfərlik məscidi, 110 avtomobillik qarajı var. Bundan əlavə, sultanın sərəncamında daha üç saray mövcuddur.
Google Books
"Google Books" və ya "Google Kitablar" — "Google" tərəfindən rəqəmsallaşdırılan kitablar üçün tammətnli axtarış xidməti. Burada ABŞ-nin ən böyük kitabxanalarından 10 milyondan çox kitab mövcuddur. 2010-cu ilə qədər layihədə 15 milyona yaxın kitab var idi, onlardan 1 milyonu ictimai mülkiyyətdə olmuşdur. Layihənin əməkdaşları dünyada mövcud olan kitabların sayını (təkrar nəşrlər istisna olmaqla) 130 milyon olaraq qiymətləndirmiş, onilliyin sonuna qədər hər şeyi rəqəmsallaşdırmaq niyyətində olduqlarını açıqlamışdılar. 2017-ci ilin məlumatına görə, təxminən 25 milyon kitab rəqəmsallaşdırılmışdır. Bundan sonra rəqəmsallaşma sürəti çox azalmışdır.