Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Charly Coombes və The New Breed
Charly Coombes & The New Breed - Musiqi (rock-n-roll) qrupudur. == Qrupun yaradılması və tarixi == Qrup 2009-cu ildə Oksfordda liderləri Çarli Kombes olan dörd gənc tərəfindən "köhnə ruhun və yeni musiqinin vəhdəti" şüarı ilə yaradılmışdır. 2009-cu ildə qrup Amerika Birləşmiş Ştatları, Birləşmiş Krallıqnda müxtəlif səhnələrdə çıxış etmişlər. 2011-ci ildə Braziliya turneləri isə onların məhşurlaşmasına gətirib çıxarmışdır. Qısa müddət ərzində bir zamanların ən yaxşı oyunlarından biri hesab edilən Dream League Soccer seriyasının ilkin versiyasında (2011-2016-cı il üçün nəzərdə tutulan; v2.07) qrupun musiqilərinin çalınması üçün təklif gəlir və qrup təklifi qəbul edir, qrupun populyarlığı daha da artır. Qrup tarixi ərzində 3 albom buraxır: "Wawes", "Panic" və "Noise Control". Sonradan qrup köhnə stabilliyini qoruya bilmir, satışlar sıfıra yaxınlaşır, nəhayət qrup yekdil qərarla dağılır. Qrupun rəsmi internet səhifəsi də bu minvalla tarixin tozlu səhifələrinin arasında itib batır.