Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Səvrilik
Səvri məzhəbi (ərəb. المذهب الثوري‎) və ya Səvrilik — islamın sünni qolunda ilkin hüquq məktəblərindən (məzhəblərindən) biri. Məzhəbin banisi-eponimi Kufədən (müasir İraq) olan məşhur müsəlman hüquq alimi (fəqih) və mühəddis Süfyan əs-Səvridir (716–778). İslman fiqh məktəbləri arasında qısa ömürlü olanlarındandır. Müsəlman İspaniyasına qədər yayılmış və oradan Maliki məzhəbi tərəfindən sıxışdırılmışdır. Səvrinin hüquq məktəbi 11-ci əsrin əvvəllərində tamamilə yox olmuş və onun ardıcılları dörd sünni məzhəbinə (Maliki, Hənəfi, Hənbəli və Şafii) qoşulmuşdur.
Dirilik (jurnal)
Dirilik — Azərbaycan türklərinin milli varlığını qoruyub saxlamaq uğrunda mübarizə aparan jurnal. 1914-cü il sentyabr ayının 16-dan 1916-cı ilin ortalarına kimi çap olunmuş siyasi türk məcmuəsi. == Fəaliyyəti == "Dirilik" jurnalı 1914-cü ilin sentyabr ayının 16-da mətbuat fəaliyyətinə başlamışdır. Bu jurnal Mirzə Bala Məmmədzadənin yazdığı kimi, həm də siyasi bir türk məcmuəsi idi. 1914-cü ildə 8, 1915-ci ildə 9, 1916-cı ildə isə 7 nömrəsi çap olunmuşdur. 1916-cı ilin ortalarında nəşri dayandırılmışdı. Məcmuənin sahibi-imtiyazı Əbülfəzl Mətləbzadə, müdiri isə Əliabbas Müznib idi. Məhəmməd Əmin Rəsulzadənin, Kazımoğlunun, Əbdülxalıq Cənnətinin, Əli Səttarlı, Cəfər Cabbarlının, Əliağa Vahidin iştirak etdiyi bu məcmuədə ədəbi nümunələr də oxuculara çatdırılırdı. Mətbuat tarixinin araşdırıcıları "Dirilik" jurnalını ədəbi-məfkurə mərkəzlərindən biri hesab edirlər. Cümhuriyyət ideyasının müəlliflərindən olan Məhəmməd Əmin Rəsulzadənin milli şüur konsepsiyasının proqramı olan "Dirilik nədir?" adlı məşhur əsəri də bu jurnalda çıxmışdır.
Dirilik Suyu (1991)
Dirilik suyu (film, 1991)
Dövrəli su təchizatı sistemi
Dövrəli su təchizatı sistemi — Sudan qənaətlə istifadə etmək üçün yaradılır. Suyu soyutduqdan, təmizlədikdən sonra yenidən istehsalata verirlər, su mənbəyindən (anbar, kanal) isə suyu ancaq su itkilərini tamamlamaq üçün götürürlər.