Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Düzləndirmə nişanları
Düzləndirmə nişanları (ing. Registration marks) — təbəqələrin, yaxud sənədin elementlərinin bir-birinə nəzərən dəqiq üst-üstə qoyulması üçün qrafika, yaxud mətn emal edən proqramın səhifədə qoyduğu işarə. Adətən, mürəkkəb, kombinasiya edilmiş sənədə aid olan hər bir element üçün öz nişanı qoyulur. Onlar dəqiq üst-üstə düşürsə, onda elementlər bir-birlərinə nəzərən düzgün mövqedə yerləşir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Düzləndirmə əməliyyatı
Düzləndirmə — yeyilmiş pardaq dairələrinin kəsicilik qabiliyyətini və forma dəqiqliyini artırmaq üçün düzləndirici aləti ilə tətbiq edilən prosesdir. Burada ilk növbədə pardaq dairəsinin doğuranı üzrə verilmiş mikrohəndəsə yaradılır ki, onun dəqiq fırlanması və profil dəqiqliyi təmin edilsin. Digər tərəfədən dairənin işçi səthində dənəciklərin arasında yığılmış yonqar hissəcikləri təmizlənir və eyni zamanda yeyilmiş dənəciklər məcburi sındırlma nəticəsində yeni kəsici tillərə yiyələnir. Düzləndirmə baş verən mexaniki yonma pardaq dairəsi ilə düzləndirici alət arasındakı qarşılıqlı təsirlə müəyyən olunur. Dairə alət cütünün nisbi hərəkəti dairənin lazımı topoqrafiyasının və bununla lazımı pəstah səthinin alınması üçün zəmin yaradır. Pardaq dairəsinin profilinin alınması iki istiqamətdə aparıla bilər: Profilləşdirmə düzləndirici alətin kinematik hərəkəti nəticəsində yaranır, yəni alətin oxboyu və uzununa istiqamətdə hərəkəti zamanı o pardaq dairəsinin işçi səthində verilmiş profili kəsir. Düzlındiricin həndəsi forması o qədər də rol oynamır. Kəsən tili tək almazdan olan düzləndirici kənarda aldığı kəsmə dərinliyi (ta) ilə pardaq dairəsinin eni boyunca uzununa verişlə (Va) hərəkət etdirilir. NC idarə olunan dəzgahlarda düzləndirmə prosesi avtomatlaşdırılmış şəkildə aparılır. Profillərin açılmasında əsasən diyircəkli düzləndirici alətlərdən istifadə olunur.
Mikroboşluqlu düzləndirmə
Mikroboşluqlu düzləndirmə (ing. microspace justification, ru. выравнивание (текста) раздвижкой символов) - vərəqin qıraqlarına nəzərən sətrin düzləndirilməsi zamanı sətri doldurmaq üçün sözlərin simvollarının arasına təkcə tamölçülü deyil, həm də kiçik boşluqların artırılması. Yaxşı yerinə yetirilmiş mikroboşluqlu düzləndirmə mətnə daha gözəl, peşəkar görünüş verir, həddən artıqlıq isə sözlərin vizual bitişikliyini pozur. Peşəkar masaüstü nəşriyyat sistemlərində və səhifələmə proqramlarında belə bir funksiya vardır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Şahbulaq (dəqləşdirmə)
Şahbulaq (Ağdam) — Ağdam rayonunun Maqsudlu kənd inzibati ərazi dairəsində kənd. Şahbulaq (Şərur) — Şərur rayonunun inzibati ərazi dairəsində kənd. Şahbulaq qalası — Qarabağ xanı Pənahəli xan tərəfindən inşa etdirilmiş XVIII əsr qala divarları. Şahbulaq məscidi — Pənahəli xan tərəfindən 1751-1752-ci illərdə inşa etdirilmiş məscid. Şahbulaq qalası (Naxçıvan) — хаlq аrаsındа Dəyirmаn qаyаsı dа аdlаnır. Şahbulaq yaşayış yeri — Şərur rayonunun Şаhbulаq kəndi ərаzisində yеrləşən yer. Şahbulaq nekropolu — Şаhbulаq kəndin cənub-şərq qurtаrаcаğındа çаy yаtаğının sаğ tərəfində yеrləşir. Şahbulaq dağı — Goranboy rayonu ərazisində dağ. Şahbulaqçay — Şahbuz rayonu ərazisində çay.
Yerləndirmə
Yerləndirmə (torpaqlama) — şəbəkənin, elektrik qurğusunun və ya avadanlığın hər hansı bir nöqtəsinin yerləndirici qurğu ilə əlaqələndirilməsidir. Əsas xassələri ondan ibarətdir ki, yerləndirici qurğu yerlə kontakta girərək onunla elektrik birləşməsi yaradır. Bu qurğu elektrik cərəyanını yerə ötürməyə xidmət edir. == Yerləndirici qurğular == Elektrotexnikada yerləndirici qurğuları təbii və süni olaraq iki qrupa bölürlər. === Təbii yerləndirici === Təbii yerləndirməyə aid olan konstruksiyalar yerlə daimi kontaktda olurlar. Ancaq onların müqaviməti tənzim olunmadığından və onların müqavimətinə heç bir tələb qoyulmadığından təbii yerləndirmənin konstruksiyalarını elektrik avadanlıqların yerləndirməsində istifadə etmək olmaz. Təbii yerləndiricilərə boruları misal göstərmək olar. === Süni yerləndirici === Süni yerləndirmə elektrik şəbkəsinin, elektrik qurğu və avadanlığının hər hansı bir nöqtəsinin yerləndirici qurğu ilə məqsədli olaraq elektrik əaqləndirilməsidir. Yerləndirici qurğu (YQ) yerləndirici (yerlə bir başa və dolayı yolla əlaqədə olan keçirici hissə və ya bir-biri ilə əlaqələndirilmiş keçirici hissələr tolumu) və yerləndirməli olan hissəni yerləndirici ilə birləşdirən (yerləndirici) naqildən ibarətdir. Yerləndirici sadə metal içlik şəklində (çox vaxt polad, nadir hallarda mis) və ya xüsusi formalı mürəkkəb elementlərdən hazırlanır.