Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Deport
Bellore Sanqala
Bellore Sanqala (2 yanvar 1995) — Konqolu üzgüçü. Bellore Sanqala Konqonu 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Bellore Sanqala birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 33.71 saniyəlik nəticəsi ilə 81-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Boris Delone
Boris Delone (3 (15) mart 1890, Sankt-Peterburq – 17 iyul 1980, Moskva) — Rusiyanın ilk alpinistlərindən biri, Sovet riyaziyyatçısı və Nikolay Borisoviç Delonenin atası. Delone sözü kril qrafikasından birbaşa tərcümədir və o, bunu tez-tez nəşrlərdə istifadə edirdi. Delaunay ləqəbini isə o, erkən fransız və alman nəşrlərində istifadə edirdi. == Həyatı == Boris Delone öz soyadını 1812-ci ildə Napoleonun Rusiyaya hücumu zamanı əsir götürülən fransız hərbi qüvvələrinin zabiti olan əcdadı De Launaydan götürmüşdür. De Launay Bastiliya qubernatorunun qardaşı oğlu olub. O, Tuxaçevskidən olan nəcib bir ailədən qadınla ailə həyatı qurur və Rusiyada qalır. Boris gənc yaşlarında olanda ailəsi yay aylarını Alp dağlarında keçirirdi və beləcə, o, alpinistliyi öyrənmişdir. 1913-cü ildə o, Rusiyanın ilk üç dağ alpinistlərindən biri olmuşdur. Rusiya inqilabından sonra, Qafqazda və Altayda dağları fəth edirdi. Beluxa yaxınlığında dağlardan biri (4300 m) onun şərəfinə adlandırılmışdır.