Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dissonans (1978)
Film Bakı İdman Malları Fabrikinin həndbolçu qızlarından, daha doğrusu onların çox gərgin keçən bir oyunundan bəhs edir. Bir çox illərdir ki, onların üzv olduğu "Spartak" komandası təkcə SSRİ birinciliklərində deyil, beynəlxalq idman aləmində də respublikamızın idman şərəfini qoruyurlar. Reportaj-filmdə həndbolçuların oyunları dinamik və təsirli şəkildə əks etdirilmişdir. Filmdə idmanın müasir dövrdə əhəmiyyətindən, onun ölkəmizdə daha da inkişaf etdirilməsi üçün yaradılmış imkanlardan və qarşıda duran perspektivlərdən çox maraqlı bir tərzdə danışılır. 1) 1979-cu ildə Leninqradda VII Ümumittifaq idman filmləri kinofestivalı Sənədli filmə Qızıl Medal verilmişdir. 2) 1979-cu ildə Aşqabadda XII Ümumittifaq kinofestivalı Sənədli filmə parlaq, dinamik kinoreportaja görə münsiflər heyətinin Diplomu verilmişdir. 3) 1980-ci ildə Moskvada Filmə idman jurnalistlərinin Ümumdünya Assosiasiyasının Prizi verilmişdir. 4) 1982-ci ildə Budapeştdə qısametrajlı filmlərin Beynəlxalq kinofestivalı Filmə Bürünc Medal verilmişdir. Rejissor: Teymur Bəkirzadə Ssenari müəllifi: Fəraməz Səfiyev Operator: Hüseyn Mehdiyev Səs operatoru: Kamal Seyidov Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл.
Dissonans (film, 1978)

Koqnitiv dissonans nəzəriyyəsi
Koqnitiv dissonans — psixologiya nəzəriyyəsi. Amerika psixoloqu Leon Festinger tərəfindən 1957-ci ildə təklif olunmuşdur. Bu nəzəriyyəyə görə şəxs iki, bir birinə əks pozisiyanın və ya dərk edərək (cognition – koqnisiya) qəbul etdiyi ideyanın təsiri altındadırsa bu onda psixoloji gərginlik yaradır. Başqa sözlə, insan bir işi istəməyərək, şüurlu surətdə bu hərəkətlə razılaşmayaraq görürsə və ya istəyərək gördüyü işin doğru olmadığını bilirsə bu, onu narahat edir. Məsələn, nikotinin sağlamlığa zərər vurduğunu bilə bilə siqaret çəkmək, köklüyə meylli adamın, çəkisini artıracağını bildiyi halda çox yeməsi, şəxsin, imtahana hazırlaşmayacağı təqdirdə kəsiləcəyini bildiyi halda kənar, əyləncəli işlərə daha cox həvəs göstərməsi. Sadalanan hallarda insanın düzgün hesab etdiyi baxışla (pozisiya) onun hərəkəti və ya istəyi arasında uyğunsuzluq (dissonans) mövcuddur. Bu isə insanın şüurunda gərginlik, sıxıntı yaradır. Bir birinə uyğun gəlməyən iki pozisiyanın təsiri altında olan şəxs üzləşdiyi dilemmanı həll etmək və onu narahat edən gərginliyi azaltmaq üçün üç növ davranışdan istifadə edir: bu pozisiyalardan birini dəyişmək (məsələn, əylənməyi sonraya saxlayıb imtahana hazırlaşmaq); dissonans təşkil edən pozisiyalar barədə əvvəl qəbul etdiyi mühümlüyün azaldılması (məsələn, əgər imtahandan birinci dəfə qiymət almasa, ikinci cəhd imkanından istifadə edə bilmə fikri); bu iki pozisiyanı barışdıran mövqe tutulması (məsələn, əvvəl verilmiş imtahanlardan sonra istirahət etmə haqqının olması). A. Colman. Oxford Dictionary of Psychology.