Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qış sarayının Feldmarşallar zalı
Feldmarşallar zalı (rus. Фельдмаршальский зал) — Sankt-Peterburqdakı Qış sarayında Neva enfiladasına açılan böyük zaldır. Zal Rusiya feldmarşallarının şərəfinə inşa edilmişdir. == Tarixi == Zal 1833–1834-cü illərdə memar Ogüst Monferranın layihəsi əsasında inşa edilmişdi. 1834-cü ildə zalda inşaat işləri tamamlandıqdan sonra, onun divarlarında Rusiya feldmarşallarının portretləri asılmışdı: Pyotr Rumyantsev-Zadunayski (F. Rise), Qriqori Potyomkin (A. Viqi), Aleksandr Suvorov (N. S. Froste), Mixail Kutuzov (P. Basin), İvan Dibiç-Zabalkanski (P. Basin), İvan Paskeviç (F. Krüger). Portretlər zaldakı yeddi nişdən altısında yerləşdirilmişdi. 17 dekabr 1837-ci ildə Qış sarayında baş vermiş və 30 saat ərzində nəhəng sarayı məhv etmiş yanğın məhz bu zaldan başlamışdı. Birinci dünya müharibəsi zamanı Feldmarşallar zalı hospital palatası kimi istifadə olunmuşdu. 1917-ci ildən sonra zaldakı bütün rəsmlər çıxarılmış və ölkənin muzeylərinə paylanmışdı. 2004-cü ildən etibarən əsərlərin yenidən zala qaytarılmasına və bərpasına start verilmişdir.