Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Məhəmməd Əl-Həcri
Həcc
Həcc (ərəb. حَجّ‎) – İslam dinin sütunlarından biri. Qurani-Kərimdə qeyd olunur: "Camaatı Həccə çağır ki, piyada ya dəvələrin üstündə uzaq yerlərdən sənin yanına gəlsinlər." == Həccin hökmləri == Həcc Allahın evini ziyarət etmək və orada göstəriş verilən əməlləri yerinə yetirməkdir. Qurani-Kərimdə həccin vacib olduğu insanlar barəsində buyurulur: "Allah-taala bu evin ziyarətini Həccə getməyə qüdrəti olan şəxslərə vacib etmişdir.". Ümumiyyətlə quran və hədislərdə həccin ömrü boyu aşağıda göstərilən şərtlərə malik olan müsəlmana bir dəfə vacib olması qeyd olunur: 1. Hədd-büluğa çatmış olsun. 2. Aqil və azad olsun. 3. Həccə getməsi vasitəsilə tərk edilməsi şəriətdə həccdən daha böyük olan haram bir işi etmək məcburiyyətində qalmamalı və ya həccdən daha mühüm olan vacib bir əməli tərk etmək məcburiyyətində qalmamalıdır.
Həcm
Həcm – skalyar fiziki kəmiyyət. Həcmi BS-də m3 ilə SQS sistemində isə sm3 ilə ölçürlər. Bundan başqa mayelərin həcminin ölçmək üçün litrdən də istifadə olunur. Maye və bərk cisimlərin həcmini ölçmək üçün menzurkadan istifadə olunur.
Həcv
Həcv – satiranın şəxsi məzmun daşıyan və ancaq şeirlə yazılan bir növüdür. Klassik sənət ənənəsinə görə şair və aşıqlar özlərinin sənət və şəxsiyyətlərinə təhqiramiz münasibət hiss etdikləri zaman həmin hadisəyə və hadisənin səbəbkarına ünvanlanmış vulqar sözlərlə dolu şeir qoşurlar ki, bu da “həcv” adlanır. Həcvlərdə etik çərçivə gözlənilmədiyindən həcv qoşan aşıq və ya şair qarşı tərəfi aşağılamaq üçün vulqar ifadələrdən, söyüş və təhqirlərdən istifadə etməkdən də çəkinmir.
Həcər
Hacər — İbrahim peyğəmbərin zövcəsi. == Tövratda Həcər == İbranicə Hagər olaraq adlandırılan bu sözün mənası “qaçmaq, qaçış” deməkdir. Həcər isə “getmək, hicrət etmək, şirkdən uzaq olmaq, yaşıdlarından üstün olmaq mənasını verən hecr kökünə aid ola bilər və Cənubi Ərəbistanda məskunlaşma mərkəzi olan Hecerlə əlaqəli olduğu güman edilir. Tövrata görə, Quranda adı çəkilməyən Həcər Misirli cariyədir. Tövratda açıq şəkildə bildirilməsə də, Həcər də Hz.İbrahimə verilən cariyələr arasında olmalıdır. Tövrata görə, uzun müddət övladı olmayan Sara dövrün qaydalarına uyğun olaraq Həcəri ərinə ikinci arvad kimi təqdim edir. Həcər hamilə qalanda Saraya münasibəti dəyişir; Sara onunla pis davranır və onu qaçmağa məcbur edir. == İslama görə == İslami mənbələrdə Həcərin Misir və Kıpt padşahlarından birinin qızı olduğu bildirilir. Atasının Menfis əhlindən olduğu və oranın şahı olduğu bildirildiyi kimi Həcərin Hz. İbrahimin Misirə gəldiyi zaman işdə olan fironun cariyələrindən olduğu da bildirilir.
Fəcr Surəsi
89-cu surə
Hicr Surəsi
15-ci surə ər-Hicr (Daşlı sahə) surəsi (Məkkədə nazil olmuşdur, 99 ayədir). Surə adını 80-ci ayədə adı çəkilən Səmud qövmünün yaşadığı yer olan Hicr sözündən götürmüşdür.
Həcc surəsi
22-ci surə
Həcc ziyarəti
Həcc (ərəb. حَجّ‎) – İslam dinin sütunlarından biri. Qurani-Kərimdə qeyd olunur: "Camaatı Həccə çağır ki, piyada ya dəvələrin üstündə uzaq yerlərdən sənin yanına gəlsinlər." == Həccin hökmləri == Həcc Allahın evini ziyarət etmək və orada göstəriş verilən əməlləri yerinə yetirməkdir. Qurani-Kərimdə həccin vacib olduğu insanlar barəsində buyurulur: "Allah-taala bu evin ziyarətini Həccə getməyə qüdrəti olan şəxslərə vacib etmişdir.". Ümumiyyətlə quran və hədislərdə həccin ömrü boyu aşağıda göstərilən şərtlərə malik olan müsəlmana bir dəfə vacib olması qeyd olunur: 1. Hədd-büluğa çatmış olsun. 2. Aqil və azad olsun. 3. Həccə getməsi vasitəsilə tərk edilməsi şəriətdə həccdən daha böyük olan haram bir işi etmək məcburiyyətində qalmamalı və ya həccdən daha mühüm olan vacib bir əməli tərk etmək məcburiyyətində qalmamalıdır.
Həci Hüseynov
Həci Kərim oğlu Hüseynov (12 iyun 1996, Sumqayıt, Azərbaycan — 25 oktyabr 2020;, Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Həci Hüseynov 13 iyun 1996-cı ildə Sumqayıt şəhərində anadan olub.. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Həci Hüseynov Füzulinin azad edilməsində savaşıb. Oktyabrın 23-dən 24-nə keçən gecə maşınında əsgərləri apararkən düşmən öndəki maşının qabağına minamyot atıb qəhrəmanımız maşının istiqamətini dəyişmək istəyəndə maşın dərədən aşıb və elə oradaca Şəhidlik zirvəsinə ucalıb. Həci Hüseynov Xocasən kənd qəbiristanlığında torpağa tapşırılmışdır. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Həci Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Həci Hüseynov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Həci Hüseynov "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Həci Hüseynov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Həcər Ağayeva
Ağayeva Həcər Maqsud qızı (1986) — Azərbaycan aktrisası, Azərbaycanın əməkdar artisti (2021). == Həyatı == Orta təhsil aldığı Azərbaycan Dövlət incəsənət Gimnaziyasinin xoreoqrafiya şöbəsini 2004-cü ildə bitirib. Həcər Ağayeva 2005-ci ildə S.Vurğun adına Dövlət Rus Dram Teatrının nəzdində aktyorluq studiyasını bitirib. 2004-2009 illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr rejissoru fakültəsində təhsil alıb. 2004-cü ildən S.Vurğun adına Rus Dram teatrın aktrisasıdır. Akademik Milli Dram Teatrında, ÜNS Teatrında, Teatr Xadimləri İttifaqının nəzdində Gənc Aktyorların laboratoriyasında tamaşalarda çıxış edib. 17 mart 2021-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülmüşdür. Ailəlidir Yoldaşı Ələkbərov Elmar Övladları Ələkbərov Elmir Ələkbərova Yasmin == Filmoqrafiya == Bir dəfə Qafqazda (film, 2007) Cavid ömrü (film, 2007) (rol: Firəngiz) Tanrıverdinin nağılı (film, 2008) (rol: Şəms) Laplandiyalı qonaq (film, 2009) Sonuncu dərviş (film, 2009) (rol: Maral Rəhmanzadə) Aramızda qalsın (film, 2011-2013) (rol: Əfsanə) Vəkil hanı?
Həcər Hüseynova
Həcər Hüseynova (tam adı: Hüseynova Həcər Emin qızı, 20 fevral 1962, Kirovabad) — filologiya üzrə elmlər doktoru, dosent. Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı və fəaliyyəti == 1962-ci ilin fevral 20-də Azərbaycanın Gəncə şəhərində anadan olub. 1979-cu ildə 18 saylı orta məktəbi, 1984-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinı bitirib. 1984–2002-ci illərdə Bakıdakı 269 və 146 saylı orta məktəblərdə Azərbaycan dili və ədəbiyyatı müəlimi işləmişdir. 2002-ci ildə "Səməd Vurğunun bədii əsərlərində onomastik vahidlərin linqvistik xüsusiyyətləri" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. 2012-ci ildə "Mir Cəlal Paşayevin bədii əsərlərinin dil və üslub xüsusiyyətləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. 2016-cı ildə Azərbaycan Prezidentinin xüsusi təqaüdünə layiq görülüb. Hazırda ADPU-nun filologiya fakültəsində işləyir, filologiya üzrə elmlər doktoru, dosentdir. Mir Cəlal irsinin təbliği ilə məşğul olan "Müəllim sözü" qəzetində baş redaktorunun müavinidir.
Həcər Nəsrullayeva
Həcər Məmməd qızı Nəsrullayeva (1924-2005) - Azərbaycan oftalmologiyasının inkişafında tanınmış alim, tibb elmləri doktoru, professor, institutun elmi işlər üzrə direktor müavini (1995-2005) == Həyatı == Həcər Nəsrullayeva 1946-cı ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb institutunu bitirib, Azərbaycan ET oftalmologiya institutunda 1958-ci ildən işləmişdir. Həmin «Hipertoniya xəstəliyi və hamilə qadınlarda hipertoniya simptomu ilə keçən toksikoz zamanı gözün elastotonometrik müayinələri» mövzusunda namizədlik, 1968-ci ildə isə «Gözün arxa hissəsinin patologiyası zamanı görmə itiliyinin funksional vəziyyəti» mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. Prof. H.M.Nəsrullayeva 1971-ci ildən özünün cəhdi ilə yaradılan gözün sinir-damar patologiyası şöbəsinə rəhbərlik etmişdir. Geniş elmi erudisiyanın, zəngin klinik təcrübənin sahibi olaraq, prof. H.M.Nəsrullayeva bir çox illər ərzində biokimyəvi, biofiziki, morfohistokimyəvi və başqa müayinələrdən istifadə edərək, göz dibinin sinir-damar aparatının müxtəlif mənşəli patologiyası, şəkərli diabetlə əlaqədar əmələ gələn kataraktanın patogenezi problemlərinə həsr olunmuş tədqiqatlarla məşğul olmuşdur. O, 250-yə yaxın elmi əsər, o cümlədən 3 monoqrafiya, 7 metodik tövsiyələr, 3 müəlliflik şəhadətnamə, 32 səmərələşdirici təklif yaratmışdır. 1993-cü ildə H.M.Nəsrullayevaya professor elmi adı verilmişdir. Respublikada oftalmoloq kadrlarının hazırlanması işinə böyük məsuliyyətlə yanaşaraq, prof. H.M.Nəsrullayeva oftalmologiya sahəsində bir sıra yüksəkixtisaslı elmi və təcrübi mütəxəssislər hazırlamışdır.
Həcər dağları
Həcər dağları (ərəb. جبال الحجر‎, Cəbəl-əl-Həcər, Daşlı dağlar), həmcinin Oman dağları — Oman sultanlığı ərazisində yerləşən dağlar == Coğrafiya == Həcər dağları Ərəbistan yarımadasının şərqində, aypara formasında 450 km məsafədə uzanır. Şimal-qərbdən cənub-şərqə doğru istiqamətlənir. Omanın Birləşmiş Ərəb Əmirlikləri ilə sərhəddən başlayaraq onun Hind okeanı sahillərinə (Oman körfəzi)qədər uzanır. Həcər dağları Omanın quru daxili bölgələrini nəmli sahil iqlimi müşahidə edilən münbit Əl-Batina düzənliyinindən ayırır. Həcər dağlar qərbi (Əl Həcər-əl-Qabri) və şərqi (Əl Həcər-əl-Şarki) olmaqla iki yerə bölünür. Bu ikli hissə arasında Samail vadisi yerləşir. Buradan ölkənin sahil hissəsini daxili rayonlarla birləşdirən rahat yollar keçir. Belə ki, dağların digər hissələrində rahat aşırımlar olduqca azdır. Bu baxımdan Samail boyunca, avtomobil yolları, həmçinin neft kəmərləri, elektrik və telefon xətləri keçir.
Həcər İsababayeva
İsababayeva Həcər Muştaq qızı —Azərbaycanın qabaqcıl poçt işçisi."Azərpoçt"un 2 saylı filialının 9 saylı poçt şöbəsində poçtalyonu Sosialist Əməyi Qəhrəmanı == Həyatı == Həcər İsababayeva 1938-ci ildə Bakıda anadan olub.Ailəsi əslən Qubanın Alpan kəndindən olsa da, paytaxtda, Abdulla Şaiq küçəsi 99 ünvanında yaşayıblar.Ailədə 4 uşaq olublar– iki qardaş və iki bacı.Atası müharibədə olduğu üçün ailədə dolanışığ çətin olub Həyat elə gətirdi ki, Həcər xanım 3 uşağa – bacı və iki qardaşa baxmalı olur.Həcər xanımın uşaqlıq illəri Müharibə dövrünə təsadüf elədiyi üçün düzgün təhsil ala bilməyib,15 yaşında "Azərpoçt"un 2 saylı filialının 9 saylı poçt şöbəsində poçtalyon çalışmağa başlayır və ömrünün 63-ilini bu işə həsr edir, və xalq arasında "Həcər xala" adı ilə sevilir. Həcər İsababayeva ötən əsrin 50-ci illərindən bu günə kimi qabaqcıl poçtalyon kimi böyük şöhrət qazanıb. 1972-ci ildə ona əmək nailiyyətlərinə görə, "Lenin" ordeni və 1978-ci ildə Sosialist Əməyi Qəhrəmanı adı verilib. H.İsababayeva 15 il Azərbaycan SSR Ali Sovetinin deputatı olub. Bir sıra ölkələrdə - Almaniya, Türkiyə, İsveçrə, İtaliya, Fransa və eləcə SSRİ ölkələrində Azərbaycanı təmsil etib. Bu ölkələrdə keçirilən tədbirlərdə çıxış edib. Bəstəkar Eldar Mansurov Həcər xanımın poçtalyon fəaliyyətinə "Xoş müjdəli Həcərim" mahnısı həsr edib. Həcər xanımın bir övladı – Namus Şahbalayev 1993-cü ildə Qarabağ müharibəsində şəhid olub. Qubanın Alpan kəndində dəfn etdilib.
Həzr qəzası
Həzr qəzası (ərəb. قضاء الحضر‎) — İraq Respublikasının Ninəvə mühafazasında inzibati ərazi vahidi, inzibati mərkəzi Həzr şəhəridir. == Ərazisi == 2009-cu ilə olan rəsmi məlumata əsasən qəza 9.738 km² ərazini əhatə edir. == İnzibati-ərazi bölgüsü == İnzibati cəhətdən iki nahiyyəyə (ərəbcə: ناحية) bölünür: Həzr nahiyyəsi (ərəbcə: ناحية الحضر) və Təl nahiyyəsi (ərəbcə: ناحية التل). == Əhalisi == 10 oktyabr-20 dekabr 2009-cu il siyahılarına əsaslanan rəsmi təxminlərə görə Həzr qəzasının əhalisi 49.420 nəfər olmuşdur. Eyni təxminlərə görə bütün Nineva mühafazasında 3.106.948 nəfər əhali yaşamışdır. Və bu rəqəmlər nəzərə alındıqda məlum olur ki, Həzr qəzasında yaşayan əhali bütün mühafazada yaşayan əhalinin 1.59%-ni təşkil edirdi.
Həşr Surəsi
59-cu surə
Əl-Həcc
22-ci surə
Həcər (ad)
Həcər — qadın adı. Həcər (xalq qəhrəmanı) — xalq qəhrəmanı Qaçaq Nəbinin yoldaşı. Həcər Ağayeva — Azərbaycan aktrisası. Həcər Nəsrullayeva — tibb elmləri doktoru, professor.
Həcər (dəqiqləşdirmə)
Həcər — qadın adı. Həcər (xalq qəhrəmanı) — xalq qəhrəmanı Qaçaq Nəbinin yoldaşı. Həcər Ağayeva — Azərbaycan aktrisası. Həcər Nəsrullayeva — tibb elmləri doktoru, professor.
Barrel (həcm vahidi)
Barrel (ing. barrel — çəllək) — maye həcminin qədim ingilis ölçü vahidi. Qısaca: br. == Pivə barreli == Pivə və elin ölçülməsi üçün İngiltərədə qədimdən pivə barrelindən istifadə edirdilər: 1 pivə barreli = 2/3 xoqsxed = 2 kilderkin = 4 ferkin. Müxtəlif əsrlərdə pivə barrelinin ölçüsü müxtəlif olurdu. Məsələn: 1454-cü ildə pivə və elin ölçü asılı olaraq barrelin ölçüsü müxtəlif olurdu . 1 barrel = 32 el qallon 147,88 litr = 36 qallon pivə 166,36 litr. 1688-ci ildə: 1 barrel = 34 el qallonu = 157,12 litr. 1803-cü ildə: 1 barrel = 36 el qallonu = 166,36 litr. 1824-cü ildə: 1 barrel = 36 ingilis qalonu = 163,66 litr.
Hucr ibn Adi
Hucr ibn Adi el Kindi (ərəb. حُجْر ٱبْن عَدِيّ ٱلْكِنْدِيّ‎; VII əsr – 660) — İslam peyğəmbəri Məhəmmədin səhabəsi idi. İslamın dördüncü Rəşidun xəlifəsi və şiələrin ilk imamı olan Əlini açıq şəkildə lənətləmək ənənəsinə etiraz etdiyinə, sarsılmaz dəstəyi və təriflərinə görə,Osmanı korrupsiyasına görə ittiham etdiyi üçün Əməvilər xəlifəsi I Muaviyə tərəfindən ölüm hökmünə məhkum edildi. Kində qəbiləsinə aid idi. == Başlıq == Hucrə iki ad verilmişdi: "əl-Kindi" və "əl-Adbar". Birinci adı "əl-Kindi" idi, yəni ərəb qəbiləsindən olan Kində adlı şəxs. Hucrə verilən ikinci ad isə "əl-Adbar" idi. == Xarakter və tərcümeyi-hal == Bəzi rəvayətlərə görə, son istəyi, ölüm onu ​​qorxutmasın deyə oğlunu əvvəl və Əlini lənətləmək vəziyyətinə düşməməsi üçün edam edilməsi idi. == Türbəsi == Hucr və oğlu Humaam ibn Hacar və bir sıra digər səhabələr Suriyanın paytaxtı Dəməşqin kənarındakı Adrada basdırılır. Məzarının ətrafında bir məscid tikilmişdir ki, bu da müsəlmanlar üçün ziyarət yeridir.
Həcc Ziyarəti (1991)
Həcər (xalq qəhrəmanı)
Həcər (doğum 1840, Qubadlı, Yuxarı Mollu. - ölüm 1914, Qubadlı, Aşağı Mollu.) — Azərbaycanın xalq qəhrəmanı Qaçaq Nəbinin həyat yoldaşı və silahdaşı. Həcər Qaçaq Nəbi ilə birlikdə əlinə silah götürüb iyirmi beş ildən artıq at belində qaçaq həyatı keçirmiş, Azərbaycandakı kəndli hərəkatında fəal iştirak etmişdir. == Həyatı == Azərbaycanda qaçaq hərəkatının igid iştirakçılarından biri olan Həcər 1840-cı ildə Gəncə vilayəti, Zəngəzur qəzasının (indiki Qubadlı rayonunun) Yuxarı Mollu kəndində anadan olmuşdur. Onun atası Molla Xanalı Ortabab kəndli idi. Nəbi ilə Həcər Nəbinin valideynləri vəfat edəndən sonra evlənmişdilər. Ailələrin iqtisadi cəhətdən fərqli durumda olmaları bir-birini sevən iki gəncin ailə qurmasına mane ola bilməmişdir. Çar hökuməti və yerli məmurlar Nəbini ələ keçirmək üçün dəfələrlə Həcəri qazamata salsalar da, istəklərinə nail ola bilməmişlər. Sonradan Həcər də Nəbinin dəstəsinə qoşularaq onun ən yaxın silahdaşına çevrilmişdir. 1894-cü ildə Nəbinin dəstəsi Cənubi Azərbaycandan Naxçıvana qayıdarkən ehtiyat tədbiri olaraq Qaçaq Nəbi dəstəsini iki hissəyə bölmüş, dəstənin birinə özü, digərinə isə Həcər başçılıq etmişdir.
İbn Həcər Əsgəlani
İbn Həcər Əsgəlani (773 — 852) — görkəmli fəqih və tanınmış mühəddis. == Həyatı və fəaliyyəti == Əsl adı Əbül-Fəzl Əhməd ibn Əli ibn Məhəmməd Kinani Şafiidir. O, Misirdə doğulmuşdur. Erkən yaşlarında Quran hafizi olmuş, sonra Məkkəyə getmiş və orada nüfuzlu alimlərdən dərs almışdır. Orada o, hədis elminə böyük maraq göstərib Hicaz, Şam və Misirin görkəmli alimlərindən hədis elminin sirlərini öyrənmişdir. Sonra İbn Həcər müəllimlik etmiş, İslam elminin müxtəlif sahələrinə aid kitablar yazmışdır. Sonralar isə o, qazi (II) vəzifəsini də icra etmişdir. İbn Həcər 150-ə qədər əsərin müəllifi olmuşdur. Bu əsərlər hələ onun sağlığında ona şöhrət qazandırmışdır. İbn Həcərin ən görkəmli əsəri “Fathül-Bari fi Şərhis- Sahihül-Buxari” əsəri olmuşdur.
Heca
Heca — tələffüz zamanı sözün asanlıqla bölünə bilən hissələrinə deyilir. Sözlər bir, iki, üç və daha artıq hecadan ibarət ola bilər. Hər hecada bir sait hərf olur. Ona görə də sözdə neçə sait hərf varsa, bir o qədər də heca olur. Söz ortasında işlənən qoşa samitlərdən biri əvvələ, ikinci samit isə sonrakı hecaya düşür. Samit səs özündən sonra gələn sait səsin yaratdığı hecaya tabe olur.Elə sözlərdə var ki,tək hecalı olur və hecada sadəcə sait olur. Məsələn:a-ləm,ə-lək və s. Üç samitin yanaşı işləndiyi sözlərdə daha çox ilk iki samit əvvəlki saitə, üçüncü samit isə sonrakı saitə tabe olur. Məsələn: gənc-lik, xalq-lar və s. Sözün hecaya bölünməsi həmin sözün yazılışı üzrə aparılır.
Heçi
Heçi (çin. 河池市) — Çinin Quansi-Çjuan muxtar rayonunda 4 milyona yaxın əhalisi olan şəhər.
Heca vəzni
Heca vəzni (sillabik vəzn) — misralarda heca saylarının bərabərliyinə və ahəngdar bölgülənməyə əsaslanan şeir vəzni. Əksər dünya xalqlarının (türk, fars, rus, fransız, italyan və s.) şeirində işlənmişdir. Heca vəzninin ən mühüm şərti ölçüdür. Xüsusən kiçik ölçülü şeirlərdə (üçhecalıqlardan, səkkizhecalıqlaradək) hecaların sayının bərabərliyi heca vəznində yazılmış şeirlərin yeganə poetik göstəricisi kimi çıxış edə bilir. Azərbaycan milli şeir quruluşunda tələb olunan ən zəruri şərtlər ölçü, bölgü və qafiyədir. Bu üç əsas tələb şeir texnikasının ən vacib atributları olmaqla yanaşı, həm də şeiri nəsrdən fərqləndirən mühüm amillərdən biridir. Ölçü şeir texnikasında daha vacib yer tutur. Çünki məhz ölçüyə görə şeirin vəzni müəyyən olunur. Əslində vəzn şeirin ölçüsü, misraların həcmi deməkdir. Misraların həcmi dedikdə, hər şeydən əvvəl, oradakı hecaların sayı nəzərdə tutulur.
Heer (Vermaxt)
Nasist Almaniyası Quru Qoşunları (alm. Heer‎; azərb. Ordu‎) ― Almaniya Silahlı Qüvvələrinin (Vermaxt) yenidən yaradılması qanunu ilə 1935-ci ilin may ayında qurulan Nasist Almaniyasının quru qoşunları və əsas qüvvəsidir. Əvvəlcə 21 diviziyadan ibarət olmasına baxmayaraq, 1935–1945-ci illər arasında yüzlərlə diviziya böyüklüyünə çatdı. İkinci Dünya müharibəsi dövründə ümumi olaraq təxminən 13 milyon əsgər xidmət edirdi. İkinci dünya müharibəsinin sonunda 1945-ci ilin mayında müttəfiqlərə təslim oldu və 1946-cı ildə rəsmi olaraq ləğv edildi. Adolf Hitlerin silahlanma proqramını açıq elan etməsindən yalnız 17 ay sonra Heer böyüklüyünü qarşısına məqsəd qoyduğu 36 diviziyaya çatdırdı. 1937-ci ilin payızında daha iki korpus yaradıldı. 1938-ci ilin martında Anşlusdan sonra Avstriya ordusunun beş bölməsinin də daxil olması ilə daha dörd korpus yaradıldı. Adolf Hitlerin böyümə dövründə Alman Ordusu Birinci Dünya müharibəsi illərində olduğu kimi Quru (Heer) və Hava (Lüftvaffe) silahlı qüvvələri ilə birləşərək Vermaxt adlandırıldı.
Herr Manneliq
Herr Manneliq (həmçinin Bergatrollets frieri) orta əsrlərə aid İsveç xalq balladası. == Süjet == Bir dişi dağ trollu cəngavər cənab Manneliqə (İsveç dilində: Herr Mannelig) onunla evlənmək təklif edir və bunun müqabilində bir çox dəyərli hədiyyələr və gözəl həyat söz verir. Əgər Manneliq təklifi qəbul edərsə, troll insana dönə biləcək. Amma Manneliq trollun xristian olmaması səbəbindən bu təklifdən imtina edir. Təklifi qarşılıqsız qalan troll yaşadığı evinə qapanır və ağlayır. Onun ağlaması ilə dağlar sarsılır, ağaclardakı quşlar trollun yanına gəlir və onunla birlikdə ağlayırlar, amma trollun göz yaşları da cavabsız qalır.
Enn Heç
Enn Heç (ing. Anne Celeste Heche, 25 may 1969, Avrora[d], Ohayo – 11 avqust 2022, Los-Anceles, Kaliforniya) — ABŞ aktrisası, rejissoru və ssenaristi. == Həyatı == Enn Heç 25 may 1969-cu ildə ABŞ-nin Ohayo ştatının Avrora şəhərində anadan olub. Atası baptist kilsəsində keçirilən xorun rəhbəri olub.1983-cü ildə QİÇS xəstəliyi səbəbindən atasını, bir il sonra isə baş vermiş avtoqəza nəticəsində aktyor karyerasına yeni başlayan özündən yaşca böyük olan qardaşını itirib.1985-ci ildə Enn-in 16 yaşı olarkən o, aktyorluq karyerasına yeni qədəm qoyacaq "Dünya necə fırlanır" adlı operada iştirak etmək üçün ilk təklifi alır. Lakin, anasının məsləhəti ilə ilk əvvəl məktəbi bitirməyi daha vacib hesab edərək bu təklifi rədd edir. Məktəbi bitirər bitirməz Nyu-York şəhərinə köçən Enn burada "Başqa Dünya" adlı serialda çəkilmək təklifini qəbul edir və həmin serialda oynadığı rola görə Emmy mükafatına layiq görülür.90-cı illərdə "Doni Brasko", "Vulkan", "Mən bilirəm siz keçən yay nə etmisiniz", "6 gün 7 gecə" adlı bir neçə uğurlu filmlərdə çəkilməsi kino sənayesində olan rəğmətini daha da artırmışdır.
Qəsr əl-Heyr əl-Qərbi
Qəsr əl-Heyr əl-Qərbi (ərəb. قصر الحير الغربي‎; mənası – "Qərbi rifah sarayı") — Suriyada, Hümsün şərqində ərəb qəsri. 727-ci ildə VI əsrə aid Bizans monastırının yerində tikilmişmişdir. Sarayın tikintisi zamanı Palmira xarabalıqlarından çıxarılmış sütunlar və digər dekorativ elementlərdən istifadə edilmişdir. Hal-hazırda xarabalıqdır, qala yerində tapılan freskalar, stükko relyeflər, heykəltəraşlıq parçaları Dəməşq Milli Muzeyində yerləşdirilmişdir.