Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Horbadıq
Horbadeğ, Orbatex — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 13 km şimal-qərbdə, Erdəpin kəndinin yaxınlığında yerləşir. Kəndin adı erməni mənbələrində Xorvadeğ formasında da qeyd edilir. Fikrimizcə, kəndin adı türk dilində "çuxur, xəndək", "yarğan" mənalarında işlənən or sözü ilə , fars dilində "kənd, qışlaq" mənasında işlənən değ (dex) sözünün birləşməsindən əmələ gəlmişdir. Türk dilində "yarğan, çuxur", "xəndək" mənasında işlənən or (hor) sözü erməni dilində xor, xorf formalarında işlənir. Toponimin əvvəlindəki "h" samiti əlavə edilmiş səsdir. Or (hor) və değ sözlərinin arasındakı "ba" isə bitişdiricidir. Quruluşca mürəkkəb toponimdir. == Əhalisi == Kənddə 1831-ci ildə 35 nəfər, 1873-cü ildə 263 nəfər, 1886-cı ildə 342 nəfər, 1897-ci ildə 406 nəfər, 1904-cü ildə 592 nəfər, 1914-cü ildə 651 nəfər, 1916-cı ildə 503 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd ermənilərin təcavüzünə məruz qalaraq sakinləri deportasiya olunmuş və kəndə xaricdən köçürülən ermənilər yerləşdirilmişdir.
Zorbalıq
Zorbalıq, bəzən bulliyinq (həmçinin bullinq, ing. bullying) və ya təkləmək kimi qeyd olunur — bir insanın qəsdən başqa bir insana zərər verdiyi aqressiv davranış forması. Buna ad qoymaq, ələ salmaq, sataşmaq, şayiələr yaymaq, döymək və əşyaları götürmək daxildir. Zorbalıq müxtəlif izah olunur. Birləşmiş Krallıqda zorbalığın hüquqi izahı olmasa da, ABŞ-nin bəzi ştatlarında zorbalığa qarşı qanunlar var. Zorbalıq əsas dörd növə bölünür - emosional (bəzən əlaqəli kimi qeyd olunur), şifahi, fiziki və kiber. Zorbalıq fərdi və ya qruplaşma forması ala bilər. Zorbalıq mədəniyyəti insanların bir-biri ilə qarşılıqlı olduğu hər hansı bir kontekstdə inkişaf edə bilər. Zorbalıq adətən məktəbdə, ailədə, iş yerində, evdə və qonşuluqda mövcüd olur. Zorbalıq üçün əsas platforma sosial şəbəkə saytlarıdır.