Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Listera
Listera Adans. — Genista bitki cinsinin sinonimi. Listera R.Br. — Neottia bitki cinsinin sinonimi.
Stefan
Stefan — kişilərə verilən ad. I Stefan — I Quaramın böyük oğlu. Stefan Banax — polyak riyaziyyatçısı. Stefan Brankoviç — Serbiya hökmdarı. Stefan Çarnetski — Polşa zadəganı, general və hərbi komandir. Stefan Xalturin — Rusiya inqilabçısı, Narodnaya Volya təşkilatının üzvü. Stefan Kakaş — alman diplomatı, səfir. Stefan Quttenberq — uşaqlara qarşı zorakılıq hərəkatının fəalı. Stefan Lambez — Haiti futbolçusu Stefan Malarme — Fransa yazıçısı və şairi. Stefan Nemaniç — Serbiya kralı Stefan Örn — İsveçli bəstəkar.
İstehza
İroniya ( q.yun. εἰρωνεία «bəhanə») — trop, burada həqiqi məna gizlədilir və ya aşkar mənaya zidd olur. İroniya insanda belə hal yaradır ki, sanki, müzakirə predmeti görünən kimi deyildir İroniya — bu sözlərin mənfi halda ifadə olunmasıdır. Məsələn: «Sən igidsən!», «Kamallı-ağıllısan…» Burada müsbət fikirlər mənfi məna daşıyır.
İstedad
İstedad — insanın müəyyən bir fəaliyyət sahəsində təzahür edən təbii (fitri) qabiliyyəti. == Terminin mənşəyi == Qərb dillərində istedad mənası verən talant sözü yunan ölçü sistemində ən yüksək çəki vahidi olan " talant " çəki vahidindən gəlir. Əhdi-Cədid “ İstedadlar haqqında məsəl ”i ehtiva edir, burada saxlanmaq üçün ağalarından talantlarla gümüş alan üç quldan bəhs edilir. Birinci və ikinci qullar onlardan istifadə edib çoxaldırdılar. Üçüncüsü isə talantını torpağa basdırdı və heç bir gəlir gətirmədi. “ İstedadın torpağa basdırılması” ifadəsi buradan gəlir. == Ümumi məlumat == İstedad insana müəyyən bir fəaliyyəti uğurla, müstəqil və ilkin olaraq yerinə yetirmək imkanı verən qabiliyyətlərin yüksək inkişaf səviyyəsini müəyyən edir. Qabiliyyətlərin bu kombinasiyası bizə öz yeniliyi, yüksək performans səviyyəsi və sosial əhəmiyyəti ilə seçilən fəaliyyət məhsulunu əldə etməyə imkan verir. İstedadın ilk əlamətləri artıq uşaqlıqda görünə bilər, lakin istedad sonradan da görünə bilər. İstedad musiqi, ədəbiyyat, təbiət elmləri, texnika, idman sahəsində insan fəaliyyətinin müxtəlif sahələrində, təşkilati-pedaqoji fəaliyyətdə, müxtəlif istehsal növlərində özünü göstərə bilər.
İstra
İstra — Rusiya Federasiyasında yerləşən şəhər, Moskva vilayətinə daxildir.
Stela
Stela və ya stel — ucaldılmış və hündürlüyü enindən uzun olan monolitik bir daşdan ibarət olan bir əsərdir. Söz yunan dilində stele, yəni, "dik dayanan blok" sözündən yaranmışdır. Taxta olanları da tapılmışdır. Fərqli şəkildə istifadə olunan müxtəlif növ stellər var. Məsələn, xüsusilə Qədim Yunanıstanda tapılan məzar daşları şəklində stellər var. Bunlara qəbir stelləri də deyilir. Amarnada sərhədləri işarələyən Akhenaten steli var; stellər həm də sərhəd göstəriciləri kimi istifadə olunmuşdurlar. Bunlardan başqa, hərbi qələbələri xatırladan stellər də mövcuddur. Mesopotamiyada stellər əsasən padşahların əmrlərinin yazılmış olduğu abidələr kimi tapılmışdır. Stellər, Qədim Yaxın Şərqdə, Yunanıstanda və Misirdə və həmçinin müstəqil şəkildə Çində bəzi Buddist mədəniyyətlərində və Mezoamerikan mədəniyyətlərində görünmüşdür.
Stera
Cratystylis (lat. Cratystylis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Stera Ewart == Növləri == Cratystylis centralis Albr.
Estela Navaskues
Estela Navaskues (3 fevral 1981) — İspaniyalı marafonçu. Estela Navaskues İspaniyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Estela Navaskues birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınasada, məsafəni sona gədər qət edə bilmədi.
Estela Ximenez
Estela Ximenez (29 mart 1979) — İspaniyanı təmsil edən bədii gimnast. == Karyerası == Estela Ximenez İspaniyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində qızıl medalın sahibi olub.
I Stefan
I Stefam (gürc. სტეფანოზ I, Step'anoz I; VI əsr – 627) — I Quaramın böyük oğlu idi. Atasının yerinə keçib Sasanilərin marağını müdafiə edən siyasətə yönəlmişdi. Bu bizanslıları əsəbləşdirmiş, I İrakli tərəfindən yandırılaraq edam edilmişdi. Tonq Yabqu xaqan tərəfindən yerinə qohumu I Adarnes təyin olunmuşdu.
Listera caurina
Neottia banksiana (lat. Neottia banksiana) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin neottia cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Listera banksiana Lindl. === Heterotipik sinonimləri === Listera caurina Piper Neottia caurina (Piper) Szlach. Ophrys caurina (Piper) Rydb.
Listera convallarioides
Neottia convallarioides (lat. Neottia convallarioides) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin neottia cinsinə aid bitki növü.
Listera cordata
Neottia cordata (lat. Neottia cordata) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin neottia cinsinə aid bitki növü.
Listera ovata
Neottia ovata (lat. Neottia ovata) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin neottia cinsinə aid bitki növü.
Mahder Assefa
Mahder Assefa (d. 5 oktyabr 1987, Əddis-Əbəbə) — aktrisası.
Qloriya Estefan
Qloriya Estefan (isp. Gloria María Milagrosa Fajardo García de Estefan; 1 sentyabr 1957[…], Havana) — Kuba əsilli ABŞ müğənnisi, mahnı müəllifi və aktrisası. Karyerası ərzində 130 milyondan artıq mahnısı satılmış və 5 Qremmi mükafatına layiq görülmüşdür. Qloriya Havanada dünyaya gəlmiş, lakin Kuba inqilabından dərhal sonra, 16 aylığında ailəsi ilə Mayamiyə köçmüşdür. 1975-ci ildə "Miami Sound Machine" qrupunda solist kimi çıxış etməyə başlamış və 1976-cı ildə qrupun rəhbəri Emilio Estefanla ailə qurmuşdur. 1984-cü ildən ABŞ-də və Latın Amerikası ölkələrində solo konsertlərlə çıxış etməyə başlamışdır. 1980-ci illərdə onun mahnıları çartlarda yüksək yerlərə qalxmış, bir neçə mahnısı Billboard Hot 100-də ilk onluğa daxil olmuşdur. 20 mart 1990-cı ildə, onun içində olduğu avtobusun yük maşını ilə toqquşması nəticəsində, Qloriyanın onurğa sütunu ciddi zədələnmiş və cərrahiyyə əməliyyatı keçirmişdir. 1991-ci ildə isə avtobioqrafik "Coming Out of the Dark" albomu ilə yenidən hit-paradların zirvəsinə qayıtmışdır. 1994-cü ildə Atlantada XXVI Yay Olimpiya Oyunlarının bağlanış mərasimində çıxış etmişdir.
Stefan (dəqiqləşdirmə)
Stefan — kişilərə verilən ad. I Stefan — I Quaramın böyük oğlu. Stefan Banax — polyak riyaziyyatçısı. Stefan Brankoviç — Serbiya hökmdarı. Stefan Çarnetski — Polşa zadəganı, general və hərbi komandir. Stefan Xalturin — Rusiya inqilabçısı, Narodnaya Volya təşkilatının üzvü. Stefan Kakaş — alman diplomatı, səfir. Stefan Quttenberq — uşaqlara qarşı zorakılıq hərəkatının fəalı. Stefan Lambez — Haiti futbolçusu Stefan Malarme — Fransa yazıçısı və şairi. Stefan Nemaniç — Serbiya kralı Stefan Örn — İsveçli bəstəkar.
Stefan durnaotu
Stefan durnaotu (lat. Erodium stephanianum) - durnaotu cinsinə aid bitki növü.
Stefan Çarnetski
Stefan Çarnetski (pol. Stefan Czarniecki; 1599[…] – 16 fevral 1665) — Polşa zadəganı, general və hərbi komandir. Çarnetski 1648-ci ildə Hmelnitski üsyanında Reç Pospolita tərəfində II. Jan Kazimierz Wazanın yanında tatarlar və kazaklarla mübarizə aparmışdı. 1664-cü ildə Kiyevə ataman təyin edilmişdir. 16 fevral 1665-ci ildə Sokołówkada ölən Stefan Çarnetski həmçinin Odla və qılınclada da təsvir edilmişdir. Çarnetski sülaləsindəndir.
Stefan Örn
Stefan Örn — İsveçli bəstəkar. Anders Bagge ilə birlikdə Drip Drop mahnısının musiqisinin müəllifi. Drip Drop mahnısını 2010 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edən Səfurə Əlizadə tərəfindən ifa edilmişdir.
Stefan Şarbonye
Stefan Şarbonye (fr. Stéphane Charbonnier; 21 avqust 1967[…], Konflan-Sen-Onorin[d] – 7 yanvar 2015[…], XI arondisman) — fransız karikaturist və jurnalist. "Charlie Hebdo" jurnalının əməkdaşı. 2015-ci il 7 yanvar tarixində "Charlie Hebdo" dərgisinə edilən silahlı hücum zamanı öldürülüb.
Stefan Banax
Stefan Banax (pol. Stefan Banach; 30 mart 1892[…], Krakov, Sisleytaniya – 31 avqust 1945[…], Lvov) — polyak riyaziyyatçısı. == Həyatı == 1924-cü ildən Lvov Universitetinin professoru olub. Müasir funksional analizin yaradıcılarından biri. Xətti funksionalların və operatorların öyrənildiyi xətti fəzanı (Banax fəzası) daxil etmiş və onun əsas xassələrini öyrənmişdir. "Xətti operasiyalar nəzəriyyəsi" əsəri polyak (1931), fransız (1933) və ukrayn (1948) dillərində nəşr edilmişdir.
Stefan Batori
Stefan Batori (mac. Báthory István, pol. Stefan Batory; 27 sentyabr 1533 – 12 dekabr 1586[…], Qrodno, Böyük Litva knyazlığı) — Reç Pospolita kralı (1576-1586-cı illərdə), Transilvaniya voevodası IV İştvanın oğlu. == Həyatı == Transilvaniyada şahzadə IV İştvan Batori və Macarıstan vəliəhdi Stefan Teleqdinin qızı Katerina Teleqdinin ailəsində anadan olub. Padua Universitetində oxuyub. 1571-ci ildə qısa bir vətəndaş müharibəsi nəticəsində Transilvaniya şahzadəsi oldu. 1574-cü ildə Valua kralı Henrinin qaçmasından sonra Polşa-Litva Birliyində kralsızlıq dövrü başladı. Pravoslav Qərbi Rus əyanları (aralarında Kşiştof Qrayevski də seçilirdi) Moskva krallığı ilə ittifaq bağlamaq və türklərə və Krım tatarlarına qarşı birgə mübarizə aparmaq üçün çar IV İvanı Polşa tacına namizədlər kimi irəli sürdü. Daha sonra namizəd olaraq, Osmanlı ilə mübarizə kursundan da sadiq qalan və Moskva tərəfindən dəstəklənən, Müqəddəs Roma İmperatorluğunun imperatoru II Maksimilian və Maksimiliyanın oğlu, Avstriya arxduke Ernst irəli sürülüb. Osmanlı sultanı II Səlim ağalara məktub göndərərək, Müqəddəs Roma İmperatorluğunun imperatoru II Maksimilyanı kral seçməməyi tələb etmiş və Osmanlı İmperiyasının vassalı Transilvaniya şahzadəsi Stefan Batory də iddiaçılardan biri kimi göstərilmişdir.
Stefan Brankoviç
Stefan Brankoviç (1417, təq. 1425 və ya təq. 1426, Belqrad, Serbiya despotluğu – 9 oktyabr 1476 və ya 1476, Udine) — Brankoviç ailəsinin Serbiya tarixindəki üçüncü hökmdarı. == Mənbə == Cawley, Charles (15 March 2012), Medieval Lands-A prosopography of medieval European noble and royal families Fine, John Van Antwerp Jr. (1994) [1987].
Stefan Czarniecki
Stefan Çarnetski (pol. Stefan Czarniecki; 1599[…] – 16 fevral 1665) — Polşa zadəganı, general və hərbi komandir. Çarnetski 1648-ci ildə Hmelnitski üsyanında Reç Pospolita tərəfində II. Jan Kazimierz Wazanın yanında tatarlar və kazaklarla mübarizə aparmışdı. 1664-cü ildə Kiyevə ataman təyin edilmişdir. 16 fevral 1665-ci ildə Sokołówkada ölən Stefan Çarnetski həmçinin Odla və qılınclada da təsvir edilmişdir. Çarnetski sülaləsindəndir.
İstəhr
İstəhr (fars استخر‎), ilk adı Stəhr — İranda Əhəmənilərin paytaxtı Persepolisdən Pasargada gedən yolun 5 kilometrində qədim şəhər. Fars ostanının Mərvdəşt şəhristanına daxildir. == Tarixi == İstəhr zərdüştiliyin mərkəzlərindən biri olub. Makedoniyalı İskəndər tərəfindən onun İrana yürüşü vaxtı yandırılıb. Xeyli sonra, Ərdəşirin dövründə Sasanilər dövlətinin paytaxtı olur, lakin sonra paytaxt Bişapura və Mədainə köçürülür. Ərəb istilaları vaxtı İstəhr ərəblərə ən inadlı müqavimət göstərən İran şəhərlərindən biri idi, və ancaq şiddətli mühasirədən və döyüşdən sonra yenildi. Şəhərin alınmasından sonra o öz əhəmiyətini itirir. Ticarətin mərkəzi isə Şiraza köçür. == Arxeoloji qazıntılar == Hal hazırda - İstəhr arxeoloji qazıntılar mərkəzidir. Yerin səthi o qədər də zəngin deyil.
İstəxr
İstəhr (fars استخر‎), ilk adı Stəhr — İranda Əhəmənilərin paytaxtı Persepolisdən Pasargada gedən yolun 5 kilometrində qədim şəhər. Fars ostanının Mərvdəşt şəhristanına daxildir. == Tarixi == İstəhr zərdüştiliyin mərkəzlərindən biri olub. Makedoniyalı İskəndər tərəfindən onun İrana yürüşü vaxtı yandırılıb. Xeyli sonra, Ərdəşirin dövründə Sasanilər dövlətinin paytaxtı olur, lakin sonra paytaxt Bişapura və Mədainə köçürülür. Ərəb istilaları vaxtı İstəhr ərəblərə ən inadlı müqavimət göstərən İran şəhərlərindən biri idi, və ancaq şiddətli mühasirədən və döyüşdən sonra yenildi. Şəhərin alınmasından sonra o öz əhəmiyətini itirir. Ticarətin mərkəzi isə Şiraza köçür. == Arxeoloji qazıntılar == Hal hazırda - İstəhr arxeoloji qazıntılar mərkəzidir. Yerin səthi o qədər də zəngin deyil.
İştaha
İştaha və ya İştah — insanın qida qəbuluna xüsusi emosional halı. İştaha qida maddələrinə tələbatın xoş emosiyaları əsasında baş verir. Həzm sisteminin fəaliyyətində də dəyişiklik olur. Bu zaman tüpürcək və mədə şirəsi ifraz olunur. Həzm orqanlarının fəaliyyətinin artması iştahanı artırır. İştaha, əsasən, həzm mərkəzinin və mərkəzi sinir sisteminin qıcıqlanmasından, habelə orqanizmin ümumi vəziyyətindən asılı olaraq törəyir. Şərti reflekslər iştahanın nizamlanmasında böyük rol oynayır. Normal iştaha üçün qida rejiminin, qidanın keyfiyyəti və miqdarının, həzm sistemi vəziyyətinin böyük əhəmiyyəti var. İştahanı saxlamaq üçün tez-tez və az miqdarda qidalanmaq lazımdır. Şirniyyat iştahanı azaldır.
İstək
İstək — yerinə yetirilməsi(başqası tərəfindən) arzu edilən şey. == İstək haqqında == İstəyim yalnız iştə bir şəfqət; Bir təbəssümo hüsni-dilbərdən. H.Cavid. İstəyim xalqıma hər an ucalıqdır, ucalıq; Mənə yaddır qocalıq. S.Rüstəm. Sanki cavanlaşdıyüz il bədənim; Gözümdə qalmadı istəyim mənim. Z.Xəlil.