Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Köçürən zond mikroskopu
Köçürən zond mikroskopu — Bu zondlar müasir dövrün mikroskoplarıdır. Hissəciyin üst hissəsini zond vasitəsilə köçürmək mümkün olduğundan atom və molekulların belə hərəkətini görmək mümkün olur.
Qayıqda üç kişi, (köpəkdən savayı)
Qayıqda üç adam (İti nəzərə almasaq) (ing. Three Men in a Boat (To Say Nothing of the Dog)) — ingilis yazıçısı Cerom K. Ceromun 1889-cu ildə nəşr olunmuş, Temza çayında Kinqston və Oksford arasında qayıq gəzintisindən bəhs edən yumoristik hekayəsi. == Yazılma tarixçəsi == Cerom Klapka Cerom 21 iyun 1888 ci ildə subaylığın daşını ataraq, ərindən 9 gün olar boşanmış, Ceorcina Ellizabet Henrietta Maris ilə evlənir. Balayını Temza çayı boyu səyahətdə keçırən Cerom növbəti əsəri, “Qayıqda üç kişi (İti nəzərə almasaq)” ing. Three Men in a Boat (To Say Nothing of the Dog) yumoristik romanın üçün materiallar toplamış olur. Balayı səyahətindən qayıdan Cerom sərgüzəştlərinin təsiri altında “Qayıqda üç kişi (İti nəzərə almasaq)” romanını yazmağa başlayır. Personajların prototipləri Cerom K. Ceromun dostları Corc Uinqrey (ing. George Wingrave) və Karl Henşel (ing. Carl Hentschel) olurlar. Novellada Temza çayı və ətrafında baş verən hadisələr, dostların düşdükləri komik vəziyyətlər təsvir edilir.
Ömürdən uzun gecə (film, 1996)
== Məzmun == Filmin qəhrəmanı Təvəkkül (Hüseynağa Atakişiyev) vəzifə sahibi, varlı bir adamdır. Lakin başı işə qarışdığından o, ən əziz adamlarını-atasını (Vidadi Əliyev) və bacısını (Kübra Dadaşova) tamamilə unutmuşdur. Atasının xəstəliyinə belə o biganə yanaşır. Lakin bir gecə yata bilmir və bütün gecəni vicdanı ona rahatlıq vermir. Bütün həyatı gözü qabağında canlanır. Gecə ilə atasının evinə gedir. Lakin artıq gecdir. Uzun müddətdir ki, oğlunun laqeydliyi ucbatından xəstə yatan atası vəfat etmişdir... == Film haqqında == Film Hidayətin eyniadlı povesti əsasında ekranlaşdırılmışdır.
İmam Mustafayev. Ömürdən səhifələr (film, 1989)
== Məzmun == Film görkəmli dövlət və elm xadimi, akademik İmam Mustafayevə, onun seleksiya sahəsində elmi fəaliyyətinə həsr olummuşdur. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Tofiq Mütəllimov Ssenari müəllifi : Toğrul Cuvarlı Operator: Rafiq Əliyev Bəstəkar: Rauf Əliyev Səs operatoru: Şamil Kərimov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 352.