Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kristalloqrafik sinqoniya
Kristallik Sinqoniyalar Bütün kristallar 7 sinqoniyaya bölünür: Triklin Monoklin Romb Triqonal Tetraqonal Heksaqonal Kub Bu 7 sinqoniya daxilində 32 sinif ayrılır: Triklin — 2 (monoedr və pikanoid) Monoklin — 3 (domat, sfenoif, prizma) Romb - 3 (rombik piramida, rombik disfenoid, rombik dipiramida) Triqonal - 5 (triqonal piramida, romboedrik, ditriqonal piramida, triqonal trapesoedr, triqonal skalenoedr) Heksaqonal — 7 (triqonal dipiramida, heksaqonal piramida, heksaqonal dipiramida, ditriqonal dipiramida, diheksaqonal piramida, heksaqonal trapesiya, diheksaqonal dipiramida) Tetraqonal - 7 (tetraqonal disfenoid, tetraqonal piramida, tetraqonal dipiramida, tetraqonal skalenoedr, ditetraqonal piramida, tetraqonal trapesiya, ditetraqonal dipiramida) Kub — 5 (pentaqontriteraedr, didodeaker, heksatetraedr, pentaqontrioktaedr, heksaoktaedr) sinifə bölünür. Sinqoniyaların və siniflərinin adlarından göründüyü kimi onlar yuyanca rəqəm və sözlər ile adlandırılmışdır. Dilimizə tərcümə etdikdə: mono — bir, klin — ox, triklin — üç ox, heksaqonal — altı bucaq, tetraedr — dörd üz və s. deməkdir.
Kristalloqrafiya
Kristalloqrafiya — kristallar və kristallik maddə haqqında elm. Həndəsi, fiziki və kimyəvi kristalloqrafiyaya bölünür. Həndəsi kristalloqrafiya simmetriya və kristallik cisimlərin formaları, fəza qəfəsləri quruluşların həndəsi qanunları haqqında təlimləri birləşdirir. Fiziki kristalloqrafiya kristalların fiziki xassələrini tədqiq edir və kristalların rentgenometriyası və optikası kimi müstəqil sahələrə ayrılır. Kimyəvi kristalloqrafiya kristallik cismlərin kimyəvi quruluşunun kompleks məsələlərini tədqiq edir. Kristalların forma və həndəsi quruluşunun, onların fiziki xassələri və kimyəvi tərkibi ilə əlaqədar məsələlər kristalloqrafiya müstəqil sahəsi olan kristallokimyanın tədqiqat obyektidir. Kristalloqrafiya mineralogiyanın bir qoludur, mineralların forma və daxili quruluşlarını araşdırır. X-şüaları ilə həyata keçirilən quruluş tədqiqatlarında, atom və ya molekulların üç ölçülü tənzimlənməsi araşdırılır. Mineral kristallarında fiziki-kimyəvi olaraq atom və molekulları müəyyən bir qaydada olurlar. Amorf (formasız) kristallarda və ya minerallarda, atomlar və ya molekullar ixtiyari bir sıralanma nümayiş etdirirlər.