Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sendford Fleminq
Sendford Fleminq (ing. Sandford Fleming; 7 yanvar 1827, Kerkoldi[d], Fayf[d] – 22 iyul 1915) — Kanadanın dəmiryol şəbəkəsini yaratmış mühəndis. == Həyatı == Sendford Fleminq 7 yanvar 1827-ci ildə Şotlandiyada anadan olub. 14 yaşında topoqrafın köməkçisi kimi işləyib. 18 yaşında qardaşı ilə birgə Kanadaya köçür. Bir çox böyük şəhərləri gəzdikdən sonra, nəhayət Piterboroya yerləşirlər. Sendford Fleminq 1849-cu ildə Kanadada universitetə daxil olur. Sendford Fleminq 1851-ci ildə "Üçqəpiklik bəbir" ilk Kanada markasını yaradır. Fleminq topoqraf kimi çalışırdı. 1855-ci ildə ona Şimali Kanada Dəmir Yolunun aparıcı mühəndisi vəzifəsi verilir.
Ketrin Lenqford
Ketrin Lenqford (ing. Katherine Langford; 29 aprel 1996, Pert) — Avstraliya aktrisası. Karyerasına müstəqil filmlərə çəkilərək başlayıb. Netflix orijinal televiziya serialı "13 səbəb"in ilk iki mövsümündə oynadığı Hanna Beyker roluna görə ulduz olub. Bu serialdakı ifasına görə "Qızıl Qlobus" mükafatına namizəd göstərilib. Ketrin bir çox uğurlu ekran əsərində öz istedadını nümayiş etdirib: "Sevgilərlə, Saymon" (2018), "Bıçaqlar çəkildi" (2019) və "Spontaneous" (2020). Ketrin 2020-ci ildə daha bir Netflix istehsalında baş rol ifaçısı olub. "Cursed" (azərb. Lənətli‎) serialında qalıcı təəssürat buraxmağı bacarıb. == Həyatı == Ketrin Enn Lenqford 1996-cı il aprelin 29-da Qərbi Avstraliya ştatının paytaxt şəhəri Pertdə anadan olub.