Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mübaliğə
Sözün lüğəvi mənası şişirtmə deməkdir. Hadisə və ya fikrin şişirdilmiş şəkildə verilməsi mübaliğə adlanır. Ədəbiyyatşünaslıqda mübaliğəyə hiperbola da deyilir. Mübaliğədən həm nəzmdə, həm də nəsrdə ifadəni gücləndirmək üçün istifadə olunur. Həmin ritorika sənətlərindən biri olan mədhiyyə, qəsidə, gözəlləşdirmə kimi şeir növlərində sevgili və dövlət xadimlərinin xüsusiyyətlərini qabartmaq üçün mübaliğə sənətindən istifadə edilir. Ədəbiyyatda daha çox şişirtmə adı ilə tanınan mübaliğə sənətindən həm şairlər, həm də roman və hekayə müəllifləri istifadə edirlər. Mübaliğə sənətinin məqsədi hekayəni daha güclü etmək və oxucunu heyran etməkdir. Roman, hekayə və nağıl kimi hadisə yazılarında mübaliğə sənəti adətən personajın gözü ilə edilir. Personajın hiss və düşüncələrini şişirdilmiş şəkildə ifadə etmək personajın düşdüyü vəziyyəti daha aydın başa düşməyə imkan verir. Mənzum əsərlərdə isə adətən kimisə tərifləyəndə və ya tənqid edərkən mübaliğədən istifadə olunur.
Mübahisəli şəhər (roman)
"Mübahisəli şəhər" –Avropa müqavimət hərəkatı haqqında yazıçı Süleyman Vəliyevin romanıdır. Roman Kerçdə əsir düşən 416-cı Azərbaycan diviziyası əsgərlərinin Müqavimət Hərəkatında iştirakını təsvir edir. == Yazılma tarixi == "Mübahisəli şəhər" 1946–1947-ci illərdə, stalinizm vaxtlarda qələmə alınıb, lakin 1948-ci ildə ölkədə başlanan düşmən axtarışları keçmiş hərbi əsirlərin işlərinə yenidən baxılma kampaniyası ilə nəticələnir və 1949-cu ilin yayında Süleyman Vəliyev Sibirin Lena çayı sahillərindəki qızıl mədənlərinin paytaxtı olan Bodaybo şəhərinə sürgün edilir. Beləliklə, romanın çapı dayandırılır. 1957-ci ildə, artıq Bakıya qayıdandan sonra, yazıçının "Mübahisəli şəhər" romanı yazıldıqdan 10 il sonra "Azərbaycan" jurnalında çap olundu, lakin o zaman Yuqoslaviya-SSRİ əlaqələrində soyuqluq yarandığı üçün romanın kitab şəklində çapına icazə verilmədi. Nəticədə, 1962-ci ildə roman Moskvada rus dilində nəşr olundu. Yalnız bundan sonra bu əsər Bakıda da kitab şəklində Azərbaycan dilində çap edilir. == Süjeti == Romanın azərbaycanlı qəhrəmanı Aslan bombardman zamanı düşərgədən qaçır. Faşistlərdən uzaqlaşan kimi, o Triest yaxınlığındakı dağlarda məskən salmış partizanlara qoşulmaq qərarına gəlir. Şəhərdə slovenlər və italyanlardan ibarət olan güclü partizan hərəkatının mövcud olduğunu əsirlər də bilirdilər.
Hindistanın mübahisəli ərazilərinin siyahısı
Hindistanın mübahisəli ərazilərinin siyahısı — Hindistanda bir çox mübahisəli ərazilər var. Böyük anlaşmazlıqlar Çin və Pakistanla, kiçik anlaşmazlıqlar isə Banqladeş, Nepal və Şri-Lanka ilə yaşanır.