Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
II Fəlluca Döyüşü
II Fəlluca Döyüşü və ya hərəkatın kod adı ilə “Fantom Furi” yaxud “Əl-Fəcr” hərəkatı, I Fəlluca Döyüşünün uğursuz olmasından sonra ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Krallıq əsgərlərinin dəstəyi ilə Fəllucadakı İraq Müqavimətinə hücum etdikləri qarşıdurmadır. 8-16 Noyabr 2004 tarixləri arasındakı döyüş vaxtı ABŞ tərəfindən dəstəklənən İraq Müvəqqəti Hökuməti də müqavimətçilərə qarşı gerçəkləşdirilən hərəkatı təsdiqləmişdir. Döyüş 1968-ci ildə Vyetnam Müharibəsindəki Hue Döyüşündən sonra ABŞ Silahlı Qüvvələrinin daxil olduğu ən qanlı qarşıdurma olaraq bilinməkdədir. Fəllucaya qarşı eyni ilin Aprel ayında gerçəkləşdirilən və I Fəlluca Döyüşü olaraq bilinən hərəkat “Skot Helvenston Hadisəsi”nin məsullarının tapılması üçün gerçəkləşdirilmiş, fəqət uğursuz olmuşdu. Bundan sonra şəhərdəki müqavimətçilər yaxınlaşan yeni hərəkat üçün hazırlıqlar etmiş və buna görə də şəhər güclü qarşıdurmalara səhnə olmuşdur. == Nəticəsi == Döyüş Fəlluca şəhərini tamamilə məhv etmişdi. Binaların 65%-ı yıxılmış, geriyə qalanı isə istifadəyə yararsız vəziyyətdə idi. Şəhərdəki 120 məscidin yarısı ciddi şəkildə zərər görmüşdü. Şəhərin döyüşdən öncə 350 min nəfər olan əhalisi döyüşdən sonra 25-30 minə qədər düşmüşdü. Şəhərə qayıdan fəllucalılar girişdə ABŞ ordusu tərəfindən barmaq izi testlərinə məruz qalırdı.
Əl-Məlca
Geri qalmış üç nəfəri də (bağışladı). Hətta yer üzü öz genişliyinə baxmayaraq onlara dar gəlmiş, ürəkləri (kədərdən) sıxılmış və yəqin bilmişdilər ki, Allahdan (Onun əzabından), ancaq Onun Özünə sığınmaqdan başqa çarələri yoxdur. Sonra (Allah) peşman olsunlar deyə onların tövbəsini qəbul etdi. Həqiqətən, Allah tövbələri qəbul Edəndir, Rəhmlidir. İnsanların hamısı dua etməyə möhtacdır. Dua edən insan, qarşısına çıxa biləcək çətin, ya da asan hər cür vəziyyəti, bütün hadisələri, kainatın Yaradıcısı və hakimi olan Allaha yönəltmiş, Ona sığınmış deməkdir. Bir problemi həll etmənin, ya da bir zərəri önləmənin bütün yollarının kainatdakı bütün qüdrətin sahibi olan Allaha dayandığını bilmək, bütün işlərdə Onu vəkil tutmaq və yalnız Ona sığınmaq qullar üçün böyük bir güvən qaynağıdır. Bu sığınma, gücü məhdud və sonlu varlıq olan insanın, gücü sərhədsiz bir qüdrət qarşısında acizliyini qəbul edərək ehtiyacını Ondan istəməsiylə reallaşır. İnsanı yalnız bir damla sudan yaradan, bütün varlıq aləmini yoxdan var edən Allah üçün hər hansı bir adamın çətinliyini, ya da ehtiyacını aradan qaldırmaq çox asandır. Ondan başqa sığınılacaq heç kim, heç bir məbud yoxdur.
I əl-Fəlluca Döyüşü
I Fəlluca Döyüşü, 2003-cü ildə İraqın işğalından sonra ABŞ Silahlı Qüvvələrinin 2004-cü ilin Aprel ayında İraq Müqavimətinin əlində tutulan Fəlluca şəhərini almağa çalışdığı uğursuz hərbi əməliyyatıdır. Bölgəyə ABŞ hərbi hərəkatının gerçəkləşdirilməsinə səbəb olaraq 31 Mart günü bölgədə ABŞ ordusu üçün vəzifəsini yerinə yetirən silahlı xüsusi təhlükəsizlik şirkəti "Bləkvater" mənsubu 4 ABŞ vətəndaşının müqavimətçilər tərəfindən öldürülməsi göstərilir. Döyüş vaxtı şiddətli qarşıdurmalar və ölü sayının artması, ABŞ-nin ölkəni ilk işğal etdiyi dövrdə işğalı müdafiə edən Səddam Hüseyn rejiminə müxalifləri belə ABŞ-yə qarşı müqavimətə qoşulmağa təhrik etdiyi deyilir.
Qacar şahzadəsi Məculla Mirzənin portreti
Qacar şahzadəsi Məculla Mirzənin portreti və ya "Gənc oğlanın portreti" — Azərbaycan rəssamı Mirzə Qədim İrəvaninin akvarellə çəkdiyi rəsm əsəri. XIX əsrin ortalarında çəkilən portret, Bakıda Milli incəsənət muzeyində saxlanılır. İrəvaninin başqa bəzi əsərlərində olduğu kimi burada da dekorativlik həcmli plastik forma ilə məharətlə uyğun gəlir.. Rəsmin orta əsrlərin miniatür şərq ənənələri ilə möhkəm bağlı olmasına baxmayaraq, rəssam öz marağını daha çox insanın görünüşündə cəmləşdirib, və bu hansısa müstəvi fonda yox, konkret interyerə malik olan üçölçülü məkanda təsvir edib, bu isə Azərbaycanın təsviri sənətində yeni dövrün başlansının göstəricisi idi. Rəsm əsəri 21 x 12 sm ölçüdə kağız üzərində sulu boya ilə çəkilmişdir. == Təsviri == Qədd-qamətli cavan oğlan ornamentlərlə və göy gül-çiçəkli almazlarla zinətləndirilmiş rombabənzər şəbəkə ilə bəzədilmiş divarın fonunda təsvir edilmişdir. Gənc adamın üzünü uzunluğu çiyinə qədər olan qara saçlar ilə haşiyələnmişdir. Koppuş dodaqlarının dumanlı şəkili sifətə şıltaq ifadə verir. Bu gənc qısa qollu arxalıq geyinib. Geyimin ucunda bitki naxışla bəzədilmiş xətt var.
Melilya
Melilya (isp. Melilla; ərəb. مليلية‎‎) – İspaniyanın Şimali Afrikada yerləşən ərazisi. İspaniya konstitusiyasına görə Seuta ilə birlikdə muxtar statusa malikdir. 12,3 km2 sahəsi olan Melilyanın əhalisi 78 min nəfərdən çoxdur. Xuan Xose İmbroda bölgənin həm prezidenti həm də bələdiyyə başçısıdır. Mərakeş Seuta ilə Melilyanın tarixi əraziləri olduğunu əsas gətirərək hər iki ərazinin onlara geri qaytarılmalı olduğunu bildirir.
Mulça
Mulça - kənd təsərrüfatında mulçalamaq məqsədilə istifadə olunan üzvi və qeyri-üzvi mənşəli materiallar. == Mulçalamaq == Torpaqdan buxarlanmanı zəiflətmək, onun temperaturunu nizamlamaq, torpaq strukturunu dağılmaqdan qorumaq və alaq otlarının cücərtilərilə mübarizə aparmaq məqsədilə torpaq səthinin müxtəlif materiallarla (mulça ilə) örtülməsi. Mulçalamaq məqsədilə mulça kağızı, tol, karton, xırda peyin, saman, daş qırıqları və s.-dən istifadə edilir.
Merula migratoria
Gəzərgi qaratoyuq (lat. Turdus migratorius) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin qaratoyuqlar fəsiləsinin qaratoyuq cinsinə aid heyvan növü.
Turdus merula
Qara qaratoyuq (lat. Turdus merula) — qaratoyuqlar fəsiləsinin qaratoyuq cinsinə aid quş növü.
Elula Perrin
Elula Perrin (31 mart 1929, Hanoy – 22 may 2003, Paris) — vyetnaməsilli Fransa yazıçısı. O, 1969-cu ildə Emi Mori ilə birlikdə Parisdə qadınlar üçün ilk gecə klubu olan "Katmandou"nu qurmuşdur. Məkan 1989-cu ildə bağlanmışdır.
Turdus merula mandarinus
Turdus merula mandarinus (lat. Turdus merula mandarinus) — qaratoyuq cinsinə aid heyvan yarımnövü.
Turdus merula maximus
Turdus merula maximus (lat. Turdus merula maximus) — qaratoyuq cinsinə aid heyvan yarımnövü.
Turdus merula simillimus
Turdus merula simillimus (lat. Turdus merula simillimus) — qaratoyuq cinsinə aid heyvan yarımnövü.