Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Short Message Service
SMS (ing. Short Message Service — qısa mesaj xidməti) — mobil telefon vasitəsilə mətn ötürülməsinə və qəbul edilməsinə imkan verən sistem. SMS-in yaradıcısı hesab olunan konkret şəxs və ya şirkət yoxdur. GSM layihəsi beynəlxalq əməkdaşlığın nəticəsi olduğu üçün SMS-in yaranması da 1 şəxsin deyil, yaxın əməkdaşlıq çərçivəsində fəaliyyət göstərən şəxslərin əməyinin nəticəsidir. 1 SMS 160 simvoldan ibarət olur. 160 simvolun yaradıcısı "Doyç Telekom" (Deutsche Telekom) şirkətinin əməkdaşı Fridhelm Hillebranddır.
Internet Message Access Protocol
İnternet-məlumatlara erişmə protokolu(en. IMAP (Internet Messaging Access Protocol ~ ru. протокол доступа к интернет-сообщениям ~ tr. İnternet Mesaj Erişim Protokolü). İnternetdə məlumatlara (mesajlara) erişmək üçün protokoldu. 1986-cı ildə Stenford Universitetində işlənib hazırlanıb. elektron poçt məktublarını hostinq serverdə olduğu kimi oxumağa imkan verir. Məktublarla bağlı edilən bütün əməliyyatlar (silmə, cavabvermə, yönləndirmə, yerdəyişmə) serverdə öz əksini tapır. Bu isə o deməkdir ki, eyni e-poçt hesabı ilə işləyən və digər webmail və ya IMAP kliyentdən daxil olan istifadəçilər də bu dəyişiklikləri görmüş olurlar.POP3 protokolu ilə müqayisədə daha geniş imkanlara malikdir: gələn poçtun gözdən keçirilməsi zamanı yalnız başlıqların oxunması ilə kifayətlənməyə imkan verir. POP3 protokolunda olduğu kimi, IMAP server və poçt müştərisi arasında əlaqə üçün SMTP protokolundan istifadə edir.
Məşuqə
Məşuqə — münasibətdə olduğu şəxsin evli olmasına baxmayaraq həmin kişi ilə sevgi-məhəbbət münasibətlərini davam etdirən qadınlar üçün istifadə edilən ifadə. Daha çox kişi partnyorun evli olduğu vəziyyətlər üçün istifadə olunur. Belə münasibətlər zamanı kişi və qadın bir yerdə yaşamır və münasibətin vəziyyəti adətən gizli saxlanılır.